Previous Next
Bağla

Azərbaycanda mikro və kiçik sahibkarlar üçün vergi inzibatçılığı sadələşdirilir

11-10-2023 13:42
Azərbaycanda mikro və kiçik sahibkarlar üçün vergi inzibatçılığı sadələşdirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mikro və kiçik sahibkarlar üçün vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Xeberler.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi iqtisadi artımın sürətlənməsinə, iqtisadiyyatın və məşğulluğun dayanıqlığının güclənməsinə, özəl sektorun inkişafına və investisiya fəallığına müsbət təsir edəcək, eyni zamanda, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyini və iqtisadiyyatda şəffaflığı artırmaqla biznes mühitinin daha da sağlamlaşdırılmasına imkan verəcək. Bu sənəddə qeyd olunan hədəflərlə yanaşı, ölkədə icrası davam etdirilən konsepsiyalar, dövlət proqramları, milli fəaliyyət planları və bu kimi digər sənədlərin strategiya ilə əlaqələndirilməsi istiqamətində də zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Hazırda həmin islahatlar çərçivəsində vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsi kiçik və orta sahibkarlıq subyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamanda vergilərin ödənilməsinə sərf edilən vaxtın və inzibati yükün azaldılması ilə bağlıdır. Bu məqsədlə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan “Vahid bəyannamə”nin göndərilməsi prosesi asanlaşdırılacaq. Bəyannamə məzmunca geniş olduğundan, əsasən, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən doldurulması zamanı bəzi çətinliklər yarandığı müşahidə olunur. Həmin çətinliklərin aradan qaldırılması, ödəyicilərin hər dəfə xidmət mərkəzlərinə müraciət etməmələri üçün inzibatçılığın mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur. Layihəyə görə, ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən göndərilən bəyannamənin sadələşdirilmiş interfeys formasında tərtib edilməsi planlaşdırılır ki, bunun üçün də hazırda proqram təminatının hazırlanması istiqamətində işlər aparılır.

Nəzərdə tutulur ki, vergi ödəyicisinin uçot baza məlumatları, həmçinin son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən bəyannamənin məlumat bölmələri avtomatik doldurularaq ödəyiciyə təqdim ediləcək, vergi ödəyicisi məlumatlarla razı olduqda, bəyannaməni təsdiq edib qəbul olunması üçün elektron qaydada vergi orqanına göndərəcək. Əks halda, məlumatlarda dürüstləşməyə zərurət yarandıqda, düzəliş edib bəyannaməni təsdiq edə bilər.

Artıq layihə işləri tamamlanma mərhələsindədir. Proqram təminatı istifadəyə verilməzdən əvvəl vergi ödəyiciləri bəyannamədən istifadəsi qaydası ilə tanış olacaqlar.

Eyni zamanda, sabit qəbz əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinə həmin qəbzi xidmət mərkəzlərinə getmədən ödəmə terminalları vasitəsilə alması üçün texniki imkanların yaradılması nəzərdə tutulur. Layihənin əsas məqsədi vergi ödəyiciləri tərəfindən sabit qəbzin əldə olunmasının sadələşdirilməsi və çevik vergi inzibatçılığının formalaşdırılmasıdır. Vergi ödəyicisi məlumatlarını ödəmə terminallarında daxil edən zaman onun baza - uçot məlumatları, həmçinin öhdəlikləri ekranda əks olunacaq. Terminal vasitəsilə ödəniş etdiyi zaman sabit qəbzi əldə etmiş olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq

26-09-2025

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016

Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib

28-08-2023

Azərbaycanda vergi sahəsində yeni interaktiv e-xidmətlər tətbiq ediləcək

11-02-2023

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024

“Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

06-05-2025

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin vergi öhdəliyi nədir?

24-05-2023

Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb

28-08-2023

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016

Qazaxıstan Azərbaycanda vergi sisteminin rəqəmsallaşması təcrübəsilə tanış olub

17-02-2024

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025

E-xidmətlər üzrə inzibati reqlamentlər təsdiqlənib

18-08-2015

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

06-09-2018

Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

19-08-2025

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023

Instagram və Facebook vasitəsilə xidmətlər göstərəndə vergi ödəməlidir?

01-03-2023

Vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklər

16-06-2017

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə