Previous Next
Bağla

“Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

06-05-2025 14:52
“Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

Vergi orqanları tərəfindən vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin müasirləşdirilməsi və rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xeberler.az məlumat verir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına onların icazəsi ilə çıxış əldə edilməsi vergi ödəyicilərinin hüquqlarına aiddir. Eyni zamanda, təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq əmtəələrin mövcudluğunun, təcrübəyə, işçilərə və digər resurslara malik olmasının yoxlanılması məqsədilə onlar barəsində müvafiq təsdiqedici sənədlər almaq vergi ödəyicilərinin vəzifələri sırasındadır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları” təsdiq edilib.

Qaydalara uyğun olaraq, eyni zamanda, Dövlət Vergi Xidmətinin (DVX) inzibati yükünü artırmadan onun informasiya sistemlərində vergi ödəyicisinə aid kommersiya və vergi sirri təşkil edən məlumatların ötürülməsinə, yaxud idarə edilməsinə imkan verən “Kontragentləri araşdır” yeni elektron xidməti yaradılıb.

“Kontragentləri araşdır” elektron xidmətindən istifadə gücləndirilmiş elektron imza vasitəsilə vergi ödəyicilərinin vergi orqanlarında olan elektron kabinetləri üzərindən həyata keçirilir. Bu zaman sorğu edən şəxs müvafiq ekran vasitəsilə qarşı tərəfin (kontragentin) VÖEN-ini daxil etməklə ona vergi orqanında olan, o cümlədən kommersiya (vergi) sirri təşkil edən məlumatlara baxış imkanının verilməsi ilə bağlı sorğu göndərir. Sorğu edilən tərəf (kontragent) bu sorğunu qəbul və ya məlumatların açıqlanmasından imtina edə bilər.

Xidmətdən istifadə nəticəsində digər dövlət qurumları, bank və başqa maliyyə təşkilatları tərəfindən vergi ödəyicilərinin DVX-yə yönləndirilməklə kağız daşıyıcısında təsdiq olunmuş arayışlar əldə etməsinə ehtiyac qalmır. Eyni zamanda, elektron xidmət vergi ödəyicilərinin əmtəəsiz əməliyyat aparan (riskli), şəffaf fəaliyyət göstərməyən ticarət partnyorları ilə bağlı riskləri minimallaşdırmağa imkan verəcək.

Elektron xidmət bir çox imkanlara malikdir. Bu xidmət vergi ödəyiciləri üçün kontragentlər ilə işin risklərinin qiymətləndirilməsinə, vergi ödəyiciləri arasında müqavilələrin bağlanılması mərhələsində tərəfdaşları haqqında DVX-də mövcud və qanuni (leqal) sayılan məlumatların əldə olunmasına, sorğu edən və sorğu göndərilmiş vergi ödəyicisinin fəaliyyəti ilə bağlı məlumatlara baxmasına və fəaliyyətinin qiymətləndirilməsinə imkan verir.

Bununla yanaşı, “Kontragentləri araşdır” elektron xidməti ictimai nəzarət funksiyasını yerinə yetirməklə vergi ödəyicilərinin şəffaf və qanunvericilik çərçivəsində fəaliyyət göstərmələrini təşviq edəcək. Belə ki, qarşı tərəfin müvafiq məlumatların əldə olunması barədə sorğulardan imtina etməsi biznes fəaliyyəti zamanı sonradan yarana biləcək maliyyə itkilərinin və digər neqativ halların qarşısını almağa imkan verəcək.

Eyni zamanda, kontragentlərlə bağlı məlumatların əldə olunması imkanı riskli vergi ödəyiciləri ilə əməliyyatların sayının azalmasına, riskli əməliyyatların aparılmasına görə Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirlərinin, əlavə vergi hesablamaların qarşısının alınmasına xidmət edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

İlham Əliyev vergi amnistisiyası haqqında qanunu təsdiq edib

13-01-2017

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanıb

08-04-2026

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

16-12-2024

Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib

28-08-2023

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb

28-08-2023

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016

Nazirlik vergi ödəyicilərinə 188 min 256 SMS göndərib

21-12-2016

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı açıqlanıb

15-02-2023

Vergilər Nazirliyi 59 növ elekton xidmət göstərir

09-02-2015

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyənləşir

17-10-2023

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015

Bu il vergi ödəyicilərinə 463 minə yaxın “ASAN İmza” sertifikatı verilib

09-10-2024

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025

Ötən il verilən “ASAN İmza” sertifikatlarının sayı 601 mini ötüb

10-01-2025

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə