Previous Next
Bağla

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır

02-06-2026 14:32
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır

Prezident İlham Əliyev kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.

Xeberler.az məlumat verir ki, fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Nazirliyin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Yeni Agentlik ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi, informasiya infrastrukturlarının dayanıqlılığının artırılması, kibertəhlükələrin aşkarlanması və qarşısının alınması, əhalinin və qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, metodiki dəstəyin göstərilməsi, eləcə də fərdi məlumatların mühafizəsi istiqamətində fəaliyyət göstərəcək.

Sənədə əsasən, Agentlik Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi hesab olunur. Xidmətin bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı yeni quruma ötürüləcək.

Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyətinə rəhbərlik etmək üçün sədr və onun üç müavinindən ibarət İdarə Heyəti yaradılacaq. Agentliyin nizamnaməsi də dövlət başçısı tərəfindən təsdiqlənib.

Fərmanda qeyd olunur ki, Agentlik ölkə üzrə mövcud və potensial kibertəhlükələr barədə məlumatlandırma işini həyata keçirəcək, telekommunikasiya operatorları və internet provayderləri ilə birlikdə qlobal kiberhücumların qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görəcək. Həmçinin informasiya infrastrukturu subyektləri arasında koordinasiyanın təmin edilməsində iştirak edəcək.

Bununla yanaşı, Agentliyə internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatlarla bağlı tədbirlərin görülməsi və fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyətin həyata keçirilməsi səlahiyyətləri də verilib.

Nazirlər Kabinetinə Agentliyin dövlət qeydiyyatına alındığı gündən etibarən bir ay müddətində Elektron Təhlükəsizlik Xidmətinin balansında olan əmlakın yeni qurumun balansına verilməsini təmin etmək tapşırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə Agentliyin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görəcək.

Fərmanla həmçinin bir sıra normativ hüquqi aktlara dəyişiklik edilib, müxtəlif sənədlərdə “Elektron Təhlükəsizlik Xidməti” ifadəsi “Milli Kibertəhlükəsizlik Agentliyi” ilə əvəz olunub. Bununla əlaqədar olaraq, 2013-cü ildə Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında imzalanmış fərman da ləğv edilib.

Yeni qurumun yaradılması ölkədə kibertəhlükəsizlik sisteminin institusional əsaslarının gücləndirilməsi, rəqəmsal infrastrukturun təhlükəsizliyinin artırılması və dövlət nəzarətinin daha səmərəli təşkilinə xidmət edəcək.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

18-10-2024
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

05-06-2026
Kibertəhlükəsizlik üzrə direktorat yaradılacaq

Kibertəhlükəsizlik üzrə direktorat yaradılacaq

26-07-2019
Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022
Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub

18-08-2023
Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib

21-08-2025
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına  start verilib

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022
Oktyabr “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur

Oktyabr “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur

05-10-2022
Nazirlik kiber hücumlara qarşı Microsoft-la birləşdi

Nazirlik kiber hücumlara qarşı Microsoft-la birləşdi

02-04-2018
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

15-04-2024
ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

21-05-2026
AMB və ETX əməkdaşlığı gücləndirir

AMB və ETX əməkdaşlığı gücləndirir

30-10-2025
Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

17-04-2024
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

24-12-2024
ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

31-10-2025
28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28-01-2021
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə