Previous Next
Bağla
REKLAM YERİ

Azərbaycanın dünyada internetin sürətinə görə reytinqi açıqlandı

07-01-2021 13:18
Azərbaycanın dünyada internetin sürətinə görə reytinqi açıqlandı

Azərbaycan dünyada mobil internetin sürətinə görə 139 ölkə arasında 66-ci yeri tutub.

Xeberler.az bildirir ki, bu barədə “Speedtest Global Index” hesabatının noyabr ayı üçün açıqlanan reytinqində deyilir.

Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 176 ölkə arasında 117-ci yerdə qərarlaşıb.

Reytinqə əsasən, son 12 ay ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 30,26 Mb/saniyədən 31,45 Mb/saniyəyə artıb. Sabit internetin yükləmə sürəti isə 21,20 Mb/san- dən 23,04 Mb/san-ə qalxıb.

“Speedtest Global Index” reytinqinə əsasən, bununla belə, noyabr ayında Azərbaycan mobil internetin sürətinə görə bir ildə 1 pillə geriləyərək 66-cı olub. Sabit internetin sürətində isə 13 pillə irəliləyib və 117-ci olub.

Belə ki, dünyada ən sürətli interneti olan ölkələrin ilk üçlüyünün reytinqinə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Cənubi Koreya və Qətər daxil olub. BƏƏ-də mobil internetin sürəti 170,30 Mb/san, Cənubi Koreyada 166,70 Mb/san, Qətərdə isə 159,66 Mb/san təşkil edib.

Ən sürətli sabit internet isə Sinqapur, Honq-Konq və Taylanddadır. Sinqapurda stasionar telefon ilə internetə 241,10 Mb/san-yə qoşulmaq mümkündür. Honq-Konqda sabit internetin sürəti 222,92 Mb/san, Taylandda isə 213,14 Mb/san-dir.

Dünyada ən zəif mobil internet isə Əfqanıstan, Venesuela və Fələstindədir. Belə ki, Əfqanıstanda mobil internetin sürəti 6,31 Mb/san, Venesuelada 7,15 Mb/san, Fələstində isə 7,40 Mb/san təşkil edib. Stasionar telefonla sabit internetin sürətinə görə reytinqin sonuncuları Türkmənistan, Yəmən və Əlcəzairdir. Türkmənistanda bu sürət 3,47 Mb/san, Yəməndə 4,52 Mb/san, Əlcəzairdə isə 4,99 Mb/san təşkil edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan mobil internetin sürətinə görə 7 pillə irəliləyib

16-03-2023

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

19-01-2022

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

18-10-2024

Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

18-01-2023

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-05-2025

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

25-11-2024

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-07-2025

Azərbaycan iyulda mobil internetin sürətinə görə 3 pillə irəliləyib

16-08-2023

Azərbaycan sabit genişzolaqlı internetin sürəti üzrə irəliləyib

16-01-2025

Azərbaycan mobil internetin sürətinə görə 3 pillə irəliləyib

18-04-2023

Azərbaycan mobil internetin sürətinə görə irəliləyib

16-12-2022

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

18-08-2025

Azərbaycan genişzolaqlı internetin sürətinə görə 1 pillə irəliləyib

16-11-2021

Azərbaycan mobil internetin sürətinə görə daha 2 pillə irəliləyib

18-09-2023

Azərbaycan mobil internetin sürətinə görə irəliləyib

16-04-2025

Azərbaycan internetin sürətinə görə geriləyib

16-02-2023

Mobil və sabit internetin sürəti dekabrda azalıb

21-01-2021

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə yerini qoruyub

17-03-2025

Azərbaycan internetin sürətinə görə geriləyib

17-08-2022

Azərbaycan mayda mobil internetin sürətinə görə 3 pillə irəliləyib

16-06-2023

Azərbaycan mobil internetin sürətinə görə 3 pillə geriləyib

21-07-2023

Azərbaycan mobil internetin sürətinə görə dünyada 3 pillə irəliləyib

19-07-2022

Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətində irəliləyib

18-09-2025

Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib

16-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə