Previous Next
Bağla

Azərbaycanda növbəti Sosial Yeniliklər Düşərgəsi keçirildi

27-07-2011 10:37
Azərbaycanda növbəti Sosial Yeniliklər Düşərgəsi keçirildi

İyulun 23-24-də “AF Hotel”-də Azərbaycanda sosial internet ideyalarının reallaşmasına dəstək verən sayca ikinci Sosial Yeniliklər Düşərgəsi baş tutdu.

Düşərgənin ilk günündə seçilmiş ideya sahibləri və iştirakçılar əsas zala toplaşdılar və tədbir açıq elan edildi. Layihənin meneceri Emin Hüseynzadə düşərgə haqqında qısaca məlumat verdi və münsifləri təqdim etdi. Düşərgənin münsifləri müxtəlif ölkələrdən (Azərbaycan, Böyük Britaniya, Çexiya, ABŞ) çoxillik təcrübəyə malik mütəxəssislər idi. Daha sonra düşərgədə yarışmaq üçün seçilmiş altı müxtəlif ideya iştirakçılara təqdim olundu. İştirakçılar bu ideyalar ətrafında komandalara bölündülər və gərgin işə start verildi. İdeya müəllifləri bu ideyaların həyata keçirilməsinə yardım edəcək insanlarla bir komandada işləyərək mükafat uğrunda yarışmağa başladılar. İdeyalar üzərində iş zamanı münsiflər komandalara öz təkliflərini verir, iradları bildirir, onların aradan qaldırılması üçün məsləhətlər verirdilər.

İkinci gün ərzində ideyalar inkişaf etdirilərək layihə şəklinə salındı və layihələrin təqdimatı oldu. Layihələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparıldı, cəmiyyət üçün daha yararlı hesab olunan iki komandanın layihəsi qalib gəldi və onların reallaşması üçün pul mükafatı qazandı. Onlardan biri hər hansı çatışmazlığı və ya problemi olan insanların bu barədə məlumatı yaradılacaq sayta yazaraq digər sayt ziyarətçilərinin dəstəyini qazanması, digəri isə şəhər yollarında olan müxtəlif problemlər barədə insanlara operativ məlumat verilməsini nəzərdə tutur. Qalib gəlmiş ideyalara həmçinin konsaltinq xidməti də göstəriləcək.

Xatırladaq ki, düşərgənin əsas təşkilatçısı Mərkəzi Praqada yerləşən “Transitions”, maliyyə donoru isə “IREX” idi və düşərgəni keçirməkdə məqsəd əhalinin sosial tələbatlarına cavab verən internet ideyalarının reallaşdırılmasına maddi və təşkilati kömək etmək idi. Düşərgəni adı çəkilən təşkilatların nümayəndələri də izlədilər. Azərbaycanda  bu düşərgə ilk dəfə də məhz  eyni təşkilatçı və donor tərəfindən ötən ilin sentyabrında təşkil olunmuşdu.

xeberler.az/Ellada

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda sosial internet ideyaları müsabiqəsi

Azərbaycanda sosial internet ideyaları müsabiqəsi

23-06-2011
Azərbaycanda Sosial internet ideyaları müsabiqəsi keçiriləcək

Azərbaycanda Sosial internet ideyaları müsabiqəsi keçiriləcək

31-08-2010
“Sosial Yeniliklər Düşərgəsi”nə dəvətlisiz!

“Sosial Yeniliklər Düşərgəsi”nə dəvətlisiz!

03-05-2011
Novxanıda Sosial Yeniliklər Düşərgəsi (SYD) keçirildi

Novxanıda Sosial Yeniliklər Düşərgəsi (SYD) keçirildi

20-09-2010
Sosial Yeniliklər Düşərgəsindən xəbər var

Sosial Yeniliklər Düşərgəsindən xəbər var

16-05-2011
"Sizin biznes ideyanız var?"

"Sizin biznes ideyanız var?"

12-03-2013
Elm və Texnologiya Sahibkarlığı Proqramına start verildi

Elm və Texnologiya Sahibkarlığı Proqramına start verildi

17-05-2012
“Azercell Telekom” MMC sosial yönümlü “Barama” lahiyəsinə start verdi

“Azercell Telekom” MMC sosial yönümlü “Barama” lahiyəsinə start verdi

11-09-2009
“Google”nin 10 yaşı tamam olur

“Google”nin 10 yaşı tamam olur

25-09-2008
Azərbaycanda keçirilən ilk Foto və Sənət düşərgəsinə start verildi

Azərbaycanda keçirilən ilk Foto və Sənət düşərgəsinə start verildi

27-08-2009
KörpüKamp layihəsi başa çatdı

KörpüKamp layihəsi başa çatdı

18-05-2009
Bakıda Yay Kompüter düşərgəsinin açılış mərasimi keçirilib

Bakıda Yay Kompüter düşərgəsinin açılış mərasimi keçirilib

03-07-2009
“Bu günə qədər düşərgələrdə ancaq öyrənirdik, bu düşərgədə isə öyrəndiklərimizi tətbiq etdik”.

“Bu günə qədər düşərgələrdə ancaq öyrənirdik, bu düşərgədə isə öyrəndiklərimizi tətbiq etdik”.

21-09-2010
Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

14-11-2013
Startup Günləri keçiriləcək

Startup Günləri keçiriləcək

15-10-2013
Win Phone 2 müsabiqəsinə start verildi

Win Phone 2 müsabiqəsinə start verildi

21-01-2013
Bloqosfer 2011 Forumu baş tutdu

Bloqosfer 2011 Forumu baş tutdu

05-09-2011
Kəndlərdə internetdən necə istifadə olunur?

Kəndlərdə internetdən necə istifadə olunur?

05-04-2013
“Startup Azərbaycan” layihəsi çərçivəsində “Startup Məktəbi”nin yaradılması nəzərdə tutulub

“Startup Azərbaycan” layihəsi çərçivəsində “Startup Məktəbi”nin yaradılması nəzərdə tutulub

18-10-2013
YUNESCO təhsildə İKT-nin istifadəsinə dair müsabiqə elan edir

YUNESCO təhsildə İKT-nin istifadəsinə dair müsabiqə elan edir

27-09-2010
Azərbaycanda I foto və sənət düşərgəsi keçiriləcək

Azərbaycanda I foto və sənət düşərgəsi keçiriləcək

24-08-2009
“Startup school” da ideya yarışı keçiriləcək

“Startup school” da ideya yarışı keçiriləcək

05-04-2023
Azərbaycanda ilk Realiti-Şouya start verilib!

Azərbaycanda ilk Realiti-Şouya start verilib!

11-06-2009
Azərbaycanda tələbələr üçün “Start Up” layihəsinə start verilir

Azərbaycanda tələbələr üçün “Start Up” layihəsinə start verilir

27-05-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə