Previous Next
Bağla

Namizədliyini irəli sürənlər sosial mediadan çağırışlara başlayıb

03-09-2015 17:54
Namizədliyini irəli sürənlər sosial mediadan çağırışlara başlayıb

Məlum olduğu kimi, Prezident İlham Əliyev Milli Məclisə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilsin.

Artıq noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində 25 nəfər deputatlığa namizədliyini irəli sürüb. Bunu ötən gün  Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov söyləyib.

Xeberler.az-ın məlumatına görə, artıq deputatlığa namizədliyini irəli sürənlər imza toplamaq üçün internetin, eləcə də sosial medianın imkanlarından istifadə etməyə başlayıb.

Belə ki,  namizədliyi irəli sürənlərdən REAL siyasi hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli özünün Facebook səhifəsi vasitəsilə seçicilərinə  çağırış edərək onlardan dəstək istəyib.

Tanınmış yazar Aysel Əlizadə də  deputatlığa namizədliyin irəli sürənlər sırasındadır.

Aysel Əlizadə Xeberler.az-a açıqlamasında bildirib ki, imza toplamaq üçün sosial medianın imkanlarından istifadə edəcək: “Sosial mediada xeyli izləyicim, dostum, oxucum var. Onların köməyindən yararlanmağı düşünürəm. Bizim maddi resursumuz güclü deyil, ancaq insan resursumuz var. İllərlə qazandığım sayğıya, sevgiyə arxalanıb seçkiyə qatılmaq qərarına gəlmişəm”.

Deputatlığa namizədliyə iddialı olanlardan sosial media üzrə ekspert Azər Həsrət istənilən halda sosial mediadan geniş şəkildə istifadə edəcəyəni bildirib.

O, Xeberler.az-a bildirib ki, seçki kampaniyasında sosial medianın ona böyük köməyi olacaq: “2010-cu ildən bu sahədə  təcrübəm var. Sosial media üzərindən istər təbliğatın qurulması, istər onlayn platformada həyata keçirilən seçkilərdə iştirak edib qalib gəlmək baxımından  bir neçə internet sayt üzərindən həyata keçirilən səsvermələrdə I yeri qazanmağı bacarmışam. Bu da məhz sosial medianın gücü hesabına olub. Qələbəmi təmin edən əsas amil sosial mediadan istifadə etməyim idi. Yəni mən vaxtında sosial mediadan güclü istifadə etmişdim. Nəticə etibarilə onlayn səsvermədə qalib oldum. Bu il də namizədliyimi irəli sürəcəyim seçkilər zamanı sosial medianın gücündən istifadə edəcəyəm. Deyə bilərəm ki, artıq 2010-cu ildən fərqli olaraq 2015-ci ildə Azərbaycanda sosial media hər bir fərd üçün əlçatımlıdır. Bu baxımdan düşünürəm ki, seçki kampaniyasında sosial media mənə kömək edəcək”.

 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Virtual səsvermənin real səsverməyə müsbət təsiri olacaq”

“Virtual səsvermənin real səsverməyə müsbət təsiri olacaq”

12-10-2015
Namizədlərin sosial mediada mübarizəsi başladı

Namizədlərin sosial mediada mübarizəsi başladı

09-10-2015
Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

10-10-2015
Deputatlığa namizədlərin virtual səsverməsi keçiriləcək

Deputatlığa namizədlərin virtual səsverməsi keçiriləcək

02-09-2015
Parlament seçkilərinin vaxtı müəyyənləşdi - Sərəncam

Parlament seçkilərinin vaxtı müəyyənləşdi - Sərəncam

28-08-2015
Prezident: "Ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm"

Prezident: "Ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm"

21-07-2023
“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014
Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022
Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

01-09-2024
MSK səsvermənin nəticələrini açıqladı-İlham Əliyev birincidir

MSK səsvermənin nəticələrini açıqladı-İlham Əliyev birincidir

12-04-2018
Azərbaycanda prezident seçkiləri keçirilir

Azərbaycanda prezident seçkiləri keçirilir

11-04-2018
Azər Həsrət: “İnternetin imkanlarından tam gücüylə istifadə etməyə çalışıram”

Azər Həsrət: “İnternetin imkanlarından tam gücüylə istifadə etməyə çalışıram”

27-09-2010
Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

26-10-2010
Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

08-02-2018
“Günahı sosial şəbəkədə yox, özümüzdə axtarmalıyıq”

“Günahı sosial şəbəkədə yox, özümüzdə axtarmalıyıq”

27-10-2017
Namizədlərin Facebook təşviqatının son günü: nə yazırlar?

Namizədlərin Facebook təşviqatının son günü: nə yazırlar?

30-10-2015
Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçiriləcək

Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçiriləcək

02-07-2011
Deputatlığa namizədlərin virtual səsverməsi başlandı

Deputatlığa namizədlərin virtual səsverməsi başlandı

09-10-2015
KörpüKamp layihəsi başa çatdı

KörpüKamp layihəsi başa çatdı

18-05-2009
“İrəli”də onlayn media ilə bağlı seminar keçirildi

“İrəli”də onlayn media ilə bağlı seminar keçirildi

15-10-2010
Sosial mediadan tez-tez istifadə həddindən artıq əsəbilik yaradır

Sosial mediadan tez-tez istifadə həddindən artıq əsəbilik yaradır

24-01-2025
Sosial media problemləri müzakirə olunub

Sosial media problemləri müzakirə olunub

05-05-2016
Parlament seçkilərinin səsverməsi başa çatıb

Parlament seçkilərinin səsverməsi başa çatıb

01-11-2015
Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilir

Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilir

01-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə