Azərbaycanda “şəxsi inkişaf” portalı fəaliyyətə başladı

03-02-2011 / 00:32

Artıq Sizlər üçün “şəxsi inkişaf” portalı fəaliyyətə başladı
Şəxsi inkişaf; təyin olunan məqsədlər üçün, içində olduğumuz vəziyyətdən daha yaxşısına keçmək və qaynaqları ən yaxşı şəkildə qiymətləndirmək olaraq təyin olunur.

İnsan çox böyük qabiliyyətlərə malikdir. Amma təəssüf ki, bu qabiliyyətlərimizi tam olaraq istifadə edə bilmirik. Bundan başqa sahib olduğumuz qabiliyyətləri başlı-başına buraxmaq haqqına da sahib deyilik. Qabiliyyətlərimizi inkişaf etdirərək onları harada, necə , nə vaxt və nə şəkildə istifadə edəcəyimizi qərarlaşdırmalıyıq.
Məlumat və təhsilin hər kəs üçün lazımlı olduğuna, paylaşılmazsa böyüməyəcəyi şüuru ilə, şəxslərə və qurumlara müsbət dəyər meydana gətirməyin ən böyük məsuliyyətimiz olduğuna inanırıq.

“İnkişafMərkəzi.az” portalının yaradıcıları bildirirlər ki:
Bir çox dillərdə şəxsi inkişafla bağlı məqalə və yazılara rast gəlinir, lakin doğma dilimizdə bu tipli məqalələr demək olar ki yoxdur. Biz öz slogonumuza, ideyalarımıza və prinsiplərimizə sadiq olaraq belə bir təşəbbüs göstərdik. İdeya müəllifi “IB Training Alliance” təlim mərkəzinin və “IB Club” gənclər inkişaf mərkəzinindir.

“İnkişafMərkəzi” layihəsinin hazırlanması və həyata keçirilməsi “IB Club”-un fəallıqları və bacarıqları ilə fərqlənən üzvləri tərəfindən edilmişdir.

Saytda yerləşdirilən məqalələr müxtəlif dillərdən (rus, türk, ingilis və s.) tərcümə edilmiş, mümkün qədər yerli qaydalara uyğunlaşdırılmışdır. Həmçinin yerli psixoloq və mütəxəssislər tərəfindən yazılan məqalələri də saytımızda oxuya biləcəksiniz.

“İnkişafMərkəzi.az” portalının məqsədi: Hər bir insanın şəxsi inkişafında əsas rol tutmaq, özünü inkişaf etdirmək istəyənlərin portalı olmaqdır. Portalda şəxsi inkişafınızın hər bir fazasını əhatə edəcək məqalələr tapa biləcəksiniz. “İnkişaf Mərkəzi” portalı öz məlumatları ilə peşakar işçidən, yeni işə başlayan şəxsə qədər, məktəblilər, tələbələr, magistrlar, hər bir elmi fəaliyyətdə olan şəxslər, ailə rəhbərləri və ailə üzvləri, sosial həyatda aktiv olanlar və bir sözlə HAMInın marağını cəlb edən və daima diqqət mərkəzində qalan FƏRQli portaldır.

Saytda nələr olacaq?

Saytda “şəxsi inkişaf”-ınız üçün müxtəlif mövzularda\" materiallar tapa biləcəksiniz. Psixoloqların yazıları, dünya təcrübələri, testlər, sorğular, müxtəlif tipli hekayələr, şəkillər, müsahibələr və s.

“Mənim yaşadığım, yazdığım, çəkdiyim və paylaşmaq istədiklərim var. Bu saytda yerləşdirmək istəyirəm.” – deyirsinizsə: Məmnuniyyət duyarıq. [email protected] email ünvanına sayta yerləşdirmək istədiyiniz məqalə, test, şəkil (şəxsi inkişafla bağlı) və s. işlərinizi göndərə bilərsiniz. Uğurlu olan (məqalələrdə, şəkillərdə və s.) şəxslərə saytda ayrıca bir bölmə açıla bilər, saytın idarə heyətində ola bilərlər.

Materiallarınız yalnız saytın məzmununa və qaydalarına uyğun olduğu halda, müəliffin kimliyini göstərməklə saytda yerləşdirə bilərik və bundan böyük zövq alarıq.
www.inkisafmerkezi.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə