Facebook təhlükəsizlik tədbirləri görür

09-05-2015 / 11:30

Hamımızın bildiyi kimi, veb saytlar istifadəçilərin hesab açması və ya sistemə daxil olması üçün Facebook hesablarımızı tələb edə bilir. Bu funksiyadan istifadə edərək bir çox veb saytda hesab aça bilirik.

Facebook hesablarımızla saytlara üzv olduğumuzda, məlumatlarımızı paylaşdığımız bu veb saytları daxil olduğumuz andan etibarən bəzi fərdi məlumatlar ələ keçirilirdi. Bunu bütün saytlar hamısı etməsə də, edənləri də az olmur.

Facebook bunun qarşısını almaq üçün daxil olmaq funksiyasına yeni anonim daxil olmaq funksiyası hazırlayır. Bu funksiya ilə birlikdə istifadəçilər, hər hansı bir saytda Facebook vasitəsi ilə daxil olmaq istədikdə artıq anonim daxil olmaq funksiyasını seçib, daxil olacaqlar.

Bu yeniliklə sizdən Facebook üzvlüyü tələb edən saytlara normal bir üzv kimi daxil ola biləcəksiniz. Veb saytlar heç bir şəkildə xüsusi məlumatlarınızı götürə bilməyəcək. Digər tərəfdən Facebooka bənzər tələbləri olan saytlara üzv olarkən, adı keçən saytın hansı məlumatları görüb görə bilməyəcəyini də təyin edəcək.

Facebook bu yeni təhlükəsiz üzvlük sistemini hələki beta versiyada ancaq öz test qrupu istifadə edə bilir. Sistemi sürətli bir şəkildə inkişaf etdirərək gələn həftə istifadəçilərə də təqdim etmiş olacaq.

                                                                                     Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə