Previous Next
Bağla

Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək

16-04-2021 18:06
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək

Cari ilin 26-28 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans və data yarışması keçiriləcək. “PASHA Holding”, "the International Bank of Azerbaijan", “BestComp” və bp şirkətinin maliyyə dəstəyi ilə təşkil olunacaq konfrans dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunur.

Konfrans çərçivəsində 20-dən çox ölkəni təmsil edən 50-dən çox tanınmış spiker, beynəlxalq təşkilatların nümayəndələri, mühəndislər, süni intellekt üzrə mütəxəssislər və futuristlər bir araya toplanaraq süni intellekt sahəsində dövrümüzün ən vacib bir sıra məsələlərini müzakirə edəcəklər:

• Rəqəmsal idarəetmədə süni intellekt və digər yeni nəsil texnologiyaların tətbiqinin sürətləndirilməsi;

• Süni intellektin inkişafı, dizaynı və tətbiqi zamanı etik çərçivənin qorunması məqsədilə tələb və təkliflərin izlənilməsi;

• Azərbaycanda süni intellekt əsaslı həllərin qurulması istiqamətində cari çağırışlar və gələcək baxışların təyin edilməsi;

• Süni intellekt ekosisteminin cəmiyyətdə təşviqatının təşkili istiqamətində qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması;

Təşkil olunacaq data yarışması öncəsi iki gün ardıcıl olaraq vörkşoplar keçiriləcək. Konfransın sonuncu günündə data yarışması təşkil olunacaq, qaliblər mükafatlandırılacaqlar. Konfransın rəsmi veb-səhifəsi – www.ai4digigov.com - da proqram, spikerlər, həmçinin data yarışmasında iştirak haqqında ətraflı məlumat almaq, eləcə də qeydiyyatdan keçmək mümkündür.

Tədbirlə maraqlananlar, həmçinin tədbirin rəsmi sosial media səhifəsinə baxa bilərlər: https://bit.ly/3wEWaB1 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Süni intellekt sahəsində beynəlxalq konfrans təşkil olunacaq

08-04-2021

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans başa çatıb

28-04-2021

“Rəqəmsal idarəetmədə süni intellekt” data yarışmasının qalibləri seçilib

03-05-2021

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir

27-04-2021

“İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” konfransı keçiriləcək

01-12-2025

Rəşad Nəbiyev “ScaleAI” nümayəndələri ilə görüşüb

06-03-2026

Azərbaycanda süni intellekt sahəsi ilə bağlı konfrans keçiriləcək

18-11-2015

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

Dövlət Agentliyi Süni intellekt üzrə Komitənin Bürosunda təmsil olunacaq

22-11-2019

Bakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilir

24-10-2025

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025

ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!

24-11-2025

“Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” Konfransı keçirilib

10-07-2025

Bakıda süni intellektlə bağlı konfrans keçiriləcək

25-09-2025

Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

19-07-2023

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

ABB-nin təşkilatçılığı ilə ölkədə ilk Data və Süni İntellekt Sammiti keçirilib

09-12-2024

Dünya səviyyəli ekspertlər ölkəmizə gəlir – Qlobal texnologiya tədbirlərindən biri ilk dəfə Bakıda!

22-09-2024

Bakıda “Agile Azerbaijan International Summit-2024” keçirilib

24-10-2024

“Müasir incəsənət məkanında süni intellekt” mövzusunda konfrans keçirilir

11-04-2025

Qırğızıstanda Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

14-10-2024

AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

17-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə