Previous Next
Bağla

Bakıda süni intellektlə bağlı konfrans keçiriləcək

25-09-2025 14:49
Bakıda süni intellektlə bağlı konfrans keçiriləcək

Bakıda Gülüstan sarayında oktyabrın 24-də süni zəkanın sosial sahəyə tətbiqi ilə bağlı konfrans (SOCGOV 2025 Konfransı) keçiriləcək.

Xeberler.az məlumat verir ki, tədbirin məqsədi süni intellektin sosial idarəetmə sahəsində məsuliyyətli və insan-mərkəzli tətbiqini təşviq etməkdir.

Bu tədbir dövlət qurumlarını, texnoloji liderləri, yerli və xarici mütəxəssisləri bir araya gətirəcək və gələcəkdə xidmətlərin rəqəmsallaşdırılması, sosial innovasiyaların yayılması prosesində mühüm rol oynayacaq. Keçiriləcək konfrans uzunmüddətli bir platformanın ilk addımı olacaq.

Konfransın təşkilatçılarından olan DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, bu tədbir Azərbaycanda bir ilk olacaq:

"Konfransın ideyası DOST Agentliyinin fəaliyyətindən irəli gəlir. Agentlik sosial sahədə innovasiyaların tətbiqi ilə mütəmadi məşğuldur və artıq Azərbaycan modeli təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da böyük maraqla qarşılanır".

Agentliyin əməkdaşı Sona Sadıxlının sözlərinə görə, tədbirdə könüllülər də fəal iştirak edəcəklər:

"Hazırlıq prosesinə cəlb olunan gənclər beynəlxalq konfrans təşkilində təcrübə toplayacaq, müxtəlif təlim proqramlarında iştirak edərək ünsiyyət və kommunikasiya bacarıqlarını təkmilləşdirəcəklər. Onlar yerli və xarici qonaqlarla mütəmadi təmasda olmaqla şəxsi və peşəkar inkişafları üçün dəyərli təcrübə əldə edəcəklər".

Qeyd edək ki, "SOCGOV" konfransında dünyanın 20-yə yaxın ölkəsindən nümayəndə iştirak edəcək. Tədbir vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzularını gündəmə gətirəcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilir

24-10-2025

"Süni zəka İnsan və Transformasiya üçün” adlı konfrans keçiriləcək

12-06-2025

"SOCGOV 2025" beynəlxalq konfransı başa çatıb

24-10-2025

DOST Agentliyi beynəlxalq konfrans çərçivəsində interaktiv seminar təşkil edib

10-06-2022

“İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” konfransı keçiriləcək

01-12-2025

Azərbaycan Avropa Sosial Şəbəkəsi üzvlərinin forumunda təmsil olunub

09-04-2025

Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

24-10-2025

DOST Agentliyində ictimai dinləmə və müzakirə keçirilib

01-06-2023

Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək

16-04-2021

Orxan Məmmədov: KOB-lar rəqəmsallaşmada çətinliklərlə üzləşir

24-10-2025

DOST Mərkəzinin əməkdaşı “Digital Almaty 2025” Forumunda iştirak edib

03-02-2025

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025

Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

06-05-2025

UNEC rəqəmsal iqtisadiyyatla bağlı dünya alimlərini bir araya gətirəcək

31-01-2020

Anar Əliyev: Süni intellekt sosial məsələlərdə yeni imkanlar yaradır

24-10-2025

“DOST to DOST” layihəsi üzrə keçirilən təlimlər yekunlaşıb

19-06-2025

DSMF, DOST və SXA BSTA-nın Avropa Şəbəkəsinin İdarəetmə Komitəsinə üzv seçilib

04-10-2025

Türkiyənin nümayəndə heyəti DOST Agentliyi və mərkəzi ilə tanış olublar

08-11-2019

Azercell   “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək

18-04-2024

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

24-01-2025

Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

19-07-2023

DOST könüllüsü olmaq üçün 150 mindən çox müraciət qeydə alınıb

19-06-2025

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

Rəqəmsal erada gənclər üçün imkanlar mövzusunda konfrans keçiriləcək

03-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə