Previous Next
Bağla

Dövlət qurumlarının əməkdaşları süni intellekt üzrə təlimdə iştirak ediblər

01-05-2026 21:03
Dövlət qurumlarının əməkdaşları süni intellekt üzrə təlimdə iştirak ediblər

Dövlət qurumlarının əməkdaşları üçün “Məhsul menecerləri üçün süni intellekt” təlim proqramı mayın 1-də sertifikat təqdimetmə mərasimi ilə yekunlaşıb.

Xeberler.az məlumat verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Süni İntellekt üzrə Tədris Mərkəzi (AI Academy) tərəfindən keçirilən təlim Elektron Təhlükəsizlik Xidmətinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Təqdimetmə mərasimində XRİTDX-nin İdarə rəisinin müavini Vüqar Həsənov, Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.

Təlim proqramı çərçivəsində dövlət qurumlarının nümayəndələri informasiya təhlükəsizliyi sahəsində yarana biləcək təhdid və risklərin qabaqcadan müəyyən edilməsi, müvafiq tədbirlərin proqnozlaşdırılması və bu məqsədlə süni intellekt əsaslı həllərin işlənib hazırlanması istiqamətində nəzəri bilik və praktiki bacarıqlar əldə ediblər.

Bu təşəbbüs “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı müəyyən edilmiş tapşırıqların icrası istiqamətində dövlət qurumlarında süni zəkanın institusional tətbiqinə hazırlığın sistemli şəkildə gücləndirilməsinə xidmət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

28-08-2023

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026

XRİTDX yeni istifadəyə verilmiş Laboratoriyada təlimlərə başlayıb

10-02-2026

Dövlət Xidmətinin təşkil etdiyi təlimlər başa çatıb

23-02-2026

“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib

26-12-2025

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik seminarı keçirilib

17-06-2025

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025

İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

16-05-2024

İlqar Musayev: Süni intellekt kibermüdafiyə strategiyamızı gücləndirmək imkanı verir

15-10-2024

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025

“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verilib

03-02-2026

XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

29-10-2023

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır

14-09-2021

"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

19-03-2025

Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq

28-08-2023

“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

23-09-2023

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025

Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

28-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə