Previous Next
Bağla

Azərbaycanda vençur kapital fondu yaradılıb

29-11-2022 11:33
Azərbaycanda  vençur kapital fondu yaradılıb

Azərbaycanda "Caucasus Ventures" adlı yeni vençur kapital fondu yaradılıb.

Xeberler.az bildirir ki, fondun 8 payçısı var ki, bunlardan biri də dövlətdir.

Payçıların ortaq qərarı ilə Məmməd Kərimov fonda rəhbər təyin edilib. O, bu təyinata qədər "Khazar Ventures" Fonduna rəhbərlik edib.

Yeni vençur fondunun təqdimat mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib: "Dünya təcrübəsi göstərir ki, qrantların verilməsi nəinki inkişafa xidmət edir, əksinə sıradan çıxmaya şərait yaradır. Bu günə qədər Azərbaycanda stratapların maliyyələşməsi dövlət qrantları, bankların kredit vəsaitləri, nadir hallarda isə risk götürmək istəyən investorların kiçik investisiyaları hesabına olub. Biz isə dövlət olaraq hesab edirik ki, qrantların verilməsi startapların pis vərdişlərə aludə olmasına gətirib çıxarır".

Onun sözlərinə görə, bu "Caucasus Ventures" Fondu "Azərbaycan-2030" milli prioritetlər sənədinə uyğun gəlir: "Yeni fondun yaradılmasında bizə dəstək olan "PAŞA Holdinq" MMC-yə və digər iştirakçılara təşəkkür edirəm".

Bununla belə, nazir deyib ki, bu vençur kapital fondunun yaradılması bütün problemləri həll etməyəcək: "Sektorun problemləri kifayət qədər böyükdür. Bunlar həm infrastrukturun istənilən səviyyədə, qanunvericiliyin isə adekvat olmamasından tutmuş, insan resurslarımızın kifayət qədər rəqabətli olmaması da daxil olmaqla yerli sahibkarların bazara inamının olmaması və startap mədəniyyətinin formalaşmaması kimi böyük perimetri əhatə edir. Əminəm ki, bunların hər birində nazirliyin və özəl sektorun öz planları var. Yalnız bu il biz tərəfdaşlarımızla birlikdə 650 mütəxəssisin hazırlanması üçün vəsait ayırmışıq. Əgər nəzərə alsaq ki, universitetlərin hər il bazara təqdim etdiyi məzunların sayı təxminən 3 000-dir, bu zaman bizim göstəricinin də əhəmiyyətli olduğunu deyə bilərik. Bizim tərəfdaşlarımız qarşısında qoyduğumuz ən mühüm vəzifələrdən biri odur ki, tez bir zamanda həmin kadrlar işlə təmin edilsin. Əks təqdirdə hər dəfə onlar yeni tələbələri, məzunları təlimlərdən keçirmək məcburiyyətindədirlər".

R. Nəbiyev bildirib ki, "Caucasus ventures" vençur fonduna ümumilikdə 11 milyon manat yatırılıb: "Bu vəsait mütləq şəkidə ekosistemin formalaşmasına xidmət edəcək. Biz bura universitet rektorlarını və iri holdinq rəhbərlərini dəvət etmişik. Hesab edirik ki, onlar da qanunvericiliyin yaratdığı imkandan istifadə edərək ekosistemin inkişafına töhfələrini verəcəklər. Ən başlıcası isə bu fond xarici investorların da ölkəmizə marağını artıracaq".

REPORT

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir: Vençur kapital fondunun yaradılması bütün problemləri həll etmir

29-11-2022

Ölkənin ilk vençur kapital fondu yaradıldı

27-12-2022

Azərbaycanda yeni vençur fondu yaradılacaq

02-03-2023

"Vençur maliyyələşməsi ilə bağlı qanunvericilikdə hər hansı bənd yoxdur"

29-11-2022

Nazir açıqladı-Startaplarla bağlı əhəmiyyətli yeniliklər olacaq

29-11-2022

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023

Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

16-12-2022

2-ci vençur fondun məqsədləri açıqlanıb

06-03-2023

Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024

"Caucasus Ventures" fondu neçə startapa yatırım edib?

04-05-2023

Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

25-05-2023

Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

10-10-2024

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025

Azərbaycanda yeni investisiya alətləri yaradılacaq

26-10-2023

İkinci vençur kapital fondu yaradılması istiqamətində işlər görülür

01-12-2023

“Boğaziçi Ventures” vençur fondu İnnovasiyalar Agentliyində nümayəndəliyini açıb

15-09-2020

Gəncə İnnovasiya Mərkəzi bu ilin sonuna qədər açılacaq

08-08-2025

Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - Osman Gündüz

03-09-2025

Məmməd Kərim: “Unicorn"u hədəf götürmək əvəzinə texnoloji yeniliklərə cavab verən startaplar hazırlamalıyıq

26-10-2023

İRİA: Azərbaycanda yaxın vaxtlarda üçüncü vençur fondu yaradılacaq

13-12-2024

"Boğaziçi Ventures" fondu tərəfindən Azərbaycanda startapların maliyyələşdirilməsinə start verilir

20-11-2020

Məmməd Kərim: “Regionun startap ekosistemində risk sərmayəsi mədəniyyəti formalaşır”

03-09-2025

İnarə Vəliyeva: Apreldə "Mygov" platformasının yeni versiyasının istifadəyə verilməsi planlaşdırılır

11-03-2024

Vençur fondların inkişafı nə üçün ləngiyir?

09-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə