Previous Next
Bağla

"Caucasus Ventures" fondu neçə startapa yatırım edib?

04-05-2023 17:07
"Caucasus Ventures" fondu neçə startapa yatırım edib?
Xatırladıram ki, ötən il Azərbaycanda 11 milyon manat nizamnamə kapitalına malik "Caucasus Ventures" fondu yaradılıb.
 
Bunun 5 milyon manatını dövlətin adından çıxış edən RİNN, 5 milyon manatını PAŞA Holdinq,1 milyon manatını isə 6 kiçik sahibkar təmin edib.
 
Fond yalnız Azərbaycanda deyil, bütün regionda və qlobalda olan startaplara da yatırım ediləcəyini bildirmişdi.
 
Görəsən bu vençur fondu indiyədək neçə startapa yatırım edib?
 
Təəssüf ki, hələlik bununla bağlı hər hansı rəsmi açıqlamaya rast gəlmək mümkün deyil.
 
Fondun rəhbərliyi və İRİA bununla bağlı indiyədək hər hansı açıqlama verməyiblər. Amma əldə etdiyimiz məlumatlara görə "Caucasus Ventures" fondu indiyədək təxminən 5 startapın hər birinə 50 min dollar civarında yatırımlar edib.
Bununla belə , müəyyən prosedurlar başa çatmadığından Fond bu haqda açıqlama vermək istəməyib.
Düşünürəm ki, hələlik ölkədə yeganə olan Fondun fəaliyyətinin canlandırılmasına, əlçatanlığın təkmilləşdirilməsinə ehtiyac var. Daha çox dövlət resursları hesabına formalaşan fondun şəffaflığa, informasiya açıqlığına diqqət yetirməsi də doğru olardı.
Eyni zamanda bildiyim qədər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu il Azərbaycanda 2-ci vençur fondunun da yaradılacağını açıqlamışdı.
Hansı ki, bu Fond ilkin inkişaf mərhələsində olan startaplar üçün daha çox maliyyə vəsaitinə əlçatanlığı təmin etməliydi.
Hələlik bu Fonddan da bir xəbər yoxdur.
Müşahidələr, aparılan təhlillər göstərir ki, ölkəmizdə startapların maliyyə resurslarına əlçatanlığı, regional və qlobal bazarla çıxışları sahəsində görüləcək xeyli işlər var.
 
Düşünürəm ki, İRİA digər əlaqədar qurumlarla birgə ekosistemin inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində səylərini gücləndirməlidir.
 
Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni vençur fondu yaradılacaq

Azərbaycanda yeni vençur fondu yaradılacaq

02-03-2023
2-ci vençur fondun məqsədləri açıqlanıb

2-ci vençur fondun məqsədləri açıqlanıb

06-03-2023
Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024
Ölkənin ilk vençur kapital fondu yaradıldı

Ölkənin ilk vençur kapital fondu yaradıldı

27-12-2022
Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

25-05-2023
Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

16-12-2022
Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023
Azərbaycanda  vençur kapital fondu yaradılıb

Azərbaycanda vençur kapital fondu yaradılıb

29-11-2022
Azərbaycanda startaplara edilən investisiyalar gizli saxlanılır-Ekspert

Azərbaycanda startaplara edilən investisiyalar gizli saxlanılır-Ekspert

05-06-2023
Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - Osman Gündüz

Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - Osman Gündüz

03-09-2025
Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

10-10-2024
İRİA: Azərbaycanda yaxın vaxtlarda üçüncü vençur fondu yaradılacaq

İRİA: Azərbaycanda yaxın vaxtlarda üçüncü vençur fondu yaradılacaq

13-12-2024
Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq

Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq

11-03-2024
Region ölkələrində startapların inkişafına dəstək hansı vəziyyətdədir?

Region ölkələrində startapların inkişafına dəstək hansı vəziyyətdədir?

16-03-2024
Türkiyədə ilkin mərhələdə olan startaplar üçün yeni təkan

Türkiyədə ilkin mərhələdə olan startaplar üçün yeni təkan

16-02-2016
Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025
İRİA nə zaman ötən ilin hesabatını verəcək?

İRİA nə zaman ötən ilin hesabatını verəcək?

13-02-2024
Yaponiya startaplarına 84 milyon dollar yatırım edildi

Yaponiya startaplarına 84 milyon dollar yatırım edildi

27-01-2016
Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025
Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

02-10-2024
Məmməd Kərim: Süni intellekt tərkibli çox sayda startaplara yatırım etmişik

Məmməd Kərim: Süni intellekt tərkibli çox sayda startaplara yatırım etmişik

02-09-2025
Ekspert: Yeni qaydalara görə, yeganə vençur fondumuzun bir startapa investisiya yatırması üçün 100 il lazımdır

Ekspert: Yeni qaydalara görə, yeganə vençur fondumuzun bir startapa investisiya yatırması üçün 100 il lazımdır

09-10-2024
10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

28-11-2022
Azərbaycanda qadın sahibkarlara 6 milyon manat kredit verilib

Azərbaycanda qadın sahibkarlara 6 milyon manat kredit verilib

23-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə