Previous Next
Bağla

Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - Osman Gündüz

03-09-2025 17:24
Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - Osman Gündüz
"“Caucasus Ventures” fondunun rəhbərliyinin son müsahibəsi bir çox suallar doğurub. Ədalət naminə deyim ki, bu Fond 3 il öncə yarananda, hörmətli nazirimiz ekosistem iştirakçılarını toplayıb onu təqdim edəndə çox sevinmişdik. Xüsusən də vençur maliyyələşmə haqqında qanunun on illər ərzində qəbulu mümkün olmadığı bir vaxtda o zaman belə bir addımın atılması olduqca müsbət dəyərləndirilmişdi. Gözləntilər çox idi".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, təəssüf ki, müəyyən addımlar atılsa da, Azərbaycanla əlaqəli olan xaricdəki startaplara müəyyən yatırımlar olsa da, yerli ekosisteminn inkişafına real dəstək baxımından gözləntilər indiyədək özünü doğrultmayıb. Eyni zamanda Fondun əsas istiqamətləri ilə bağlı o zaman nazirin dedikləri də hələlik özünü doğrultmayıb:
 
"Adətən Fonda qarşı ictimai təpkilər artanda Fondun rəhbəri, son vaxtlar da bir az bürokratlaşan dostumuz Məmməd bəy tez tələsik özlərinin yaratdığı və Fondun maliyyələşdirdiyi deyilən media qurumunda hansısa bir məlumatlar paylaşardı. Ötən dəfə belə olmuşdu.
 
İndi isə növbəti ictimai qınaqlar fonunda Azərtac-a müsahibə verib. Çox dərinə getmək istəmirəm.
 
Müsahibədən hər şey görsənir. Əsasən xaricdəki startaplara yönəlik addımlar atılıb. Özləri etiraf edirlər ki, Fondun fəaliyyətilə bağlı əvvəlki deyilən istiqaməti dəyişiblər. Hələlik yerli startap ekosistemin inkişafında Fondun rolu, yerli təşəbbüslərinm dəstəklənməsindəki rolu, indiyədək dəstəklənən layihələrdən əldə olunan nəticələr, uğursuzluq faizinin göstəricisi, dövlət resursu ilə formalaşan Fondun müsbət və ya mənfi təcrübəsinin olması, xaricdə uğur qazanmış azərbaycanlı təsisçilərə yatırım edilməsinin ölkə daxilində ekosistemin inkişafına töhfəsi və s. bu tip sualların cavabı müsahibədə yoxdur".
 
Osman Gündüz bildirib ki, dövlət resursları hesabına yaradılan Caucasus Ventures fondunun indiyədək bir ağlabatan hesabatlılığı və şəffaflığı olmayıb:
 
"Amma qlobalda, regionalda dövlət resursları olan bu tip Fondların fəaliyyətinə baxanda biz tamamilə başqa mənzərə ilə rastlaşırıq.
 
Maraqlısı odur ki, dövlət resursları hesabına formalaşan ilk belə Fondun bir dəfə də olsun ekosistem iştirakçıları ilə görüşü, fikir mübadiləsi təşkil edilməyib.
 
Belə bir görüşün keçirilməsi təklifi İRİA-ya bildirilsə də, hansısa səbəblərdən bu qurum da maraqlı tərəflərin iştirakı ilə bu tip görüşü indiyədək təşkil edə bilməyib.
Əslində qonşu ölkələrin təcrübəsinə baxanda görürük ki , onlarda belə Fondlar daha əvvəldən yaranıb və yerli ekosistemlərə milyonlarla yatırımlar edirlər. Bilmirəm Məmməd bəy nəyə əsaslanıb deyir ki bizim Fond Cənubi Qafqazda ilkdir. Amma reallıq odur ki onlarda bu tip vençur fondar çoxdan formalaşıb və dövriyyələri yüz milyonlarladır.
 
Bizim isə 1-2 milyon dövriyyəsi olan bir “yetim” Fondumuz var, o da ki belə.
Ümid edirəm İRİA da, Fondun təsisçiləri də, ekosistemimiz də bunların fərqindədir".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024
"Caucasus Ventures" fondu neçə startapa yatırım edib?

"Caucasus Ventures" fondu neçə startapa yatırım edib?

04-05-2023
10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

28-11-2022
Ölkənin ilk vençur kapital fondu yaradıldı

Ölkənin ilk vençur kapital fondu yaradıldı

27-12-2022
Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

16-12-2022
Ekspert: Yeni qaydalara görə, yeganə vençur fondumuzun bir startapa investisiya yatırması üçün 100 il lazımdır

Ekspert: Yeni qaydalara görə, yeganə vençur fondumuzun bir startapa investisiya yatırması üçün 100 il lazımdır

09-10-2024
Azərbaycanda  vençur kapital fondu yaradılıb

Azərbaycanda vençur kapital fondu yaradılıb

29-11-2022
Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

22-09-2025
2-ci vençur fondun məqsədləri açıqlanıb

2-ci vençur fondun məqsədləri açıqlanıb

06-03-2023
Vençur maliyyələşmə haqqında qanun layihəsi yenidən gündəmdədir - Ekspert

Vençur maliyyələşmə haqqında qanun layihəsi yenidən gündəmdədir - Ekspert

24-07-2025
Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025
Azərbaycanda neçə startap var?

Azərbaycanda neçə startap var?

13-03-2024
Region ölkələrində startapların inkişafına dəstək hansı vəziyyətdədir?

Region ölkələrində startapların inkişafına dəstək hansı vəziyyətdədir?

16-03-2024
Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq

Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq

11-03-2024
Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025
Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023
Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

14-04-2022
Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022
Məmməd Kərim: “Regionun startap ekosistemində risk sərmayəsi mədəniyyəti formalaşır”

Məmməd Kərim: “Regionun startap ekosistemində risk sərmayəsi mədəniyyəti formalaşır”

03-09-2025
Startap Azərbaycan komandasının Fond rəhbərliyi ilə görüşünün vaxtı açıqlandı

Startap Azərbaycan komandasının Fond rəhbərliyi ilə görüşünün vaxtı açıqlandı

02-06-2015
Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

25-05-2023
Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

05-02-2025
Startap Azərbaycan komandasının Fond rəhbərliyi ilə görüşü keçirilir-Fotolar

Startap Azərbaycan komandasının Fond rəhbərliyi ilə görüşü keçirilir-Fotolar

03-06-2015
Startap Azərbaycan komandası Dövlət Fondunun rəhbərliyi ilə görüşəcək

Startap Azərbaycan komandası Dövlət Fondunun rəhbərliyi ilə görüşəcək

29-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə