Previous Next
Bağla

İnarə Vəliyeva: Apreldə "Mygov" platformasının yeni versiyasının istifadəyə verilməsi planlaşdırılır

11-03-2024 15:05
İnarə Vəliyeva: Apreldə "Mygov" platformasının yeni versiyasının istifadəyə verilməsi planlaşdırılır

Bu il İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən beynəlxalq məktəblərin Azərbaycana gətirilməsi planlaşdırılır.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, ötən il “Holberton” məktəbi, ondan öncəki il isə “Technion” Universiteti ilə razılaşma əldə edilib.

“Bu il isə əlavə iki beynəlxalq İT məktəbin Azərbaycana gətirilməsi, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin genişləndirilməsi nəzərdə tutulub. Yəni daha çox insana məşğələlər keçiriləcək. Həmçinin 2023-cü ildə yaradılmış yerli kibertəhlükəsizlik məhsulunun üzərində işlərin tamamlanması və yerli şirkətlərə təqdim olunması planlaşdırılır. Bu, Azərbaycan üçün çox böyük irəliləyişdir. Çünki kibertəhlükəsizlik məhsulunun yaradılması kifayət qədər çətindir. İnnovasiya ekosistemində digər məsələ yeni startapların yaradılmasıdır. Biz birbaşa startapların özünə dəstək vermirik, ekosistemi inkişaf etdiririk, mühiti yaradırıq, xaricdən Azərbaycana inkubatorlar, akseleratorlar gətiririk. Yerli inkubator, akselerator proqramlarına dəstək oluruq. Hazırda Azərbaycanda 220 startap var, ancaq onlardan minimum 120-130-nun işlək məhsulu var. Bu o deməkdir, onların məhsulu və satışı var. Qalanların çoxu universitet tələbələridir və onların startapları ideya mərhələsindədir. Ancaq onlar beynəlxalq reytinqlərdə startap kimi qəbul olunmur. İnvestisiya ekosisteminim inkişaf etdirilməsi də bizim üçün prioritetlərdən biridir. Eyni zamanda, mələk investorlar klublarının sayının artması və orda olan investorların aktivləşdirilməsi bizim üçün vacibdir. Hazırda "Caucasus" vençur fond fəaliyyət göstərir. Bu il ikinci fondun yaradılması üzərində iş gedir. Azərbaycanda xarici və regional fondların açılması, bizim də oraya investor kimi qoşulmağımız planlaşdırılır", - deyə agentliyin sədri bildirib.

İnarə Vəliyeva qeyd edib ki, 2024-cü ildə olan ən prioritet məsələlərdən biri də bir sıra qanunvericilik aktlarının qəbul olunmasıdır ki, bu, ümumi rəqəmsallaşmanın sürətini artıracaq, rəqəmsallaşmanın hansı şəkildə baş verməsini müəyyən edən standartlar tətbiq edəcək: ““MyGov” platformasının aprel ayında işə düşməsi planlaşdırılır. Ümid edirik ki, Milli Məclisin yaz sessiyasında bu məsələlərə baxılacaq" , - deyə İ.Vəliyeva vurğulayıb.(Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnarə Vəliyeva: "Azərbaycanda kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur"

31-01-2024

İRİA sədri: Türkiyə ilə danışıqlar aparırıq ki, keyfiyyətli proqramları Azərbaycana gətirək

07-12-2023

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023

Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

16-12-2022

İnarə Vəliyeva: “mygov”, sadəcə, bir platforma deyil, vətəndaşlar üçün dəstək və qayğının rəmzidir

17-09-2024

İkinci vençur kapital fondu yaradılması istiqamətində işlər görülür

01-12-2023

Qızlar arasında İKT-yə maraq artıb

31-01-2024

Texnoparkımızın 63 rezidenti var

19-12-2023

İRİA: Azərbaycanı rəqəmsal sahədə lider dövlətə çevirmək məqsədimizdir

13-12-2024

İnarə Vəliyeva: Xidmətlərin rəqəmsallaşdırılması üçün dövlət qurumları ilə yol xəritəsi hazırlanıb

17-09-2024

Azərbaycanda yeni vençur fondu yaradılacaq

02-03-2023

Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

25-05-2023

İnarə Vəliyeva: Təhsil sahəsində xüsusi proqramları davam etdiririk

13-12-2024

İnarə Vəliyeva: "Daha bir neçə sahə rəqəmsallaşdırılacaq"

12-11-2024

İnarə Vəliyeva: Hazırda 600 min istifadəçi “Mygov”dan istifadə edir

11-10-2024

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024

Gələn il Azərbaycanın 3 regionunda İnnovasiya Mərkəzi fəaliyyətə başlayacaq

01-12-2023

Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq

11-09-2024

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

Bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək

17-09-2024

Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

17-09-2024

Azərbaycan Dünya Bankı ilə Rəqəmsal Transformasiya Strategiyası üzərində iş aparır

16-12-2022

Azərbaycan bazarına daxil olmaq istəyən xarici İKT şirkətlərinə dəstək veriləcək

17-05-2023

İnarə Vəliyeva: Rəqəmsal Sənəd Dövriyyəsinin məqsədi ətraf mühitə və ekoloji dayanıqlılığa müsbət təsirləri artırmaqdır

04-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə