Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024 / 13:10

Azərbaycanda hələlik startaplara dəstək üçün dövlətin dəstəyilə yaradılan yeganə vençur fondu var, o da Caucasus Ventures fondudur. Fond 2 il öncə RİNN-in ciddi səyləri ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (5 milyon manat), “PAŞA Holdinq” Şirkətlər Qrupu (5 milyon manat) və fərdi investorların (1 milyon manat) iştirakı ilə formalaşıb.

Uzun illər cəhdlər göstərilsə də cəmi 7 bənddən ibarət olan vençur qanunvericiliyini ölkəmizdə indiyədək də formalaşdırmaq mümkün olmayıb. Məhz buna görə də RİNN o zaman necə deyərlər qanunun “yanından keçib” eksositemə dəstək məqsədilə belə bir fond formalaşıdrmışdı.

Ötən müddət ərzində Fond cəmi bir neçə yerli startapa təxminən 50 min $ civarında investisiya yatırıb, 7-8 də xarici startaplara.

İndi məlum olub ki, Fondun fəaliyyətində sən demə nələrsə düz olmayıb. Mərkəzi Bank müəyyən edib ki, Azərbaycan əsaslı, lakin xaricdə qeydiyyatadn keçən startaplarımıza Fondun yatırımında qanunvericiliyin tələblərinin pozulması halları olubmuş.

Yəni Fondun xaricdə qərarlaşan startaplara investisiya yatırımı məqsədilə etdiyi valyuta ödənişləri “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaların”nın hansısa bəndinə düz gəlməyib.

Və bildiyim qədər Mərkəzi Bank Caucasus Ventures Fondunun bu məqsədlə nəzərdə tutulan əməliyyatlarına blok qoyub.

Vəssalam.

Dövlətin dəstəyilə yaradılan cəmi bircə Fondumuz vardı o da məhdudiyyətlə üzləşdi.

Qonşu ölkələrin bu tip fondlarının ötən ilki statistikalarına baxsaq görərik ki, milyonlarla yatırımlar ediblər startaplarına. Bizim bir "yetim" Fondumuz 5-10 manatlıq yatırım edib, nəticədə blokla üzləşib.

Maraqlıdır ki, görəsən indiyədək dünyada startapların maliyyələşməsindəki mövcud alətlər, SAFE və Convertible Note kimi investisiya alətləri, onların bizim qanunvericiliyə tətbiqi Fond tərəfindən araşdırılmayıbmı ?

Qonşu ölkələrin, hansı ki hərəsinin 5-10 vençur fondları var, təcrübələrinə baxsaq görərik ki onların qanunvericiliyi illər öncə bu tip beynəlxalq təcrübəyə uyğunlaşdırılıb.

Ümid edirəm Caucasus Ventures, İRİA əlaqədar qurumlarla birgə tezliklə mövcud qaydaları təkmilləşdirib böhrandan çıxa biləcəklər.

Yeri gəlmişkən, xatırladıram ki, Azərbaycan dünya startap reytinqində 100 ölkə arasında 80-ci yerdə qərarlaşıb.

 Osman Gündüz


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə