Previous Next
Bağla

“Boğaziçi Ventures” vençur fondu İnnovasiyalar Agentliyində nümayəndəliyini açıb

15-09-2020 19:12
“Boğaziçi Ventures” vençur fondu İnnovasiyalar Agentliyində nümayəndəliyini açıb

Xeberler.az bildirir ki, Azərbaycanda ilk dəfə İnnovasiyalar Agentliyində startapları və innovativ layihələri maliyyələşdirən beynəlxalq vençur fondunun nümayəndəliyi fəaliyyətə başlayıb.

Açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, “Boğaziçi Ventures” fondunun İdarə Heyətinin üzvü və Azərbaycan nümayəndəliyinin rəhbəri Turan Alməmmədov iştirak edib.

Tədbirdə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli Azərbaycanda innovasiya və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı görülə biləcək işlər və gələcək planlar barədə məlumat verib. Eyni zamanda yerli startapların “Boğaziçi Ventures” fondu ilə geniş əməkdaşlıq perspektivləri haqqında danışılıb.

İnnovasiyalar Agentliyinin tərtib etdiyi startap təsnifatlandırılmadan keçərək A və B kateqoriyalarına təyin olunan bütün startaplar “Boğaziçi Ventures” fondunun Azərbaycandakı startapların inkişafı üçün ayırdığı 5 milyon ABŞ dolları həcmində olan investisiya fonduna müraciət edə bilər. Startaplara investisiya qərarı beynəlxalq standartlar çərçivəsində “Boğaziçi Ventures”in daxili qiymətləndirmə siyasətinə əsasən veriləcək.

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral öz çıxışında qeyd edib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir. Bu səbəbdən Türkiyə dövləti olaraq innovasiyaların inkişafına daima dəstək göstərməyə hazır olduqlarını bildirib.

“Boğaziçi Ventures” fondunun İdarə Heyətinin üzvü və Azərbaycandakı nümayəndəliyinin rəhbəri Turan Alməmmədov Türkiyənin ən böyük texnoloji vençur fondu olan "Boğaziçi Ventures"in qiymətləndirməsinə əsaslanaraq, Azərbaycanda informasiya texnologiyalarının inkişaf tempinin regionda vençur fondunun fəaliyyəti üçün əlverişli şərait yaratmasına dair ətraflı məlumat verib.

“Boğaziçi Ventures”in əsas hədəfi Azərbaycanın startap layihələrinə maliyyə dəstəyi göstərərək onların sürətli inkişafını və xarici bazarlara çıxışını təmin etməkdir. Son
illər ərzində yerli startapların aktiv böyüməsi nəticəsində bölgəyə diqqətin cəlb olunması və vençur fondunun Azərbaycanda fəaliyyətə başlaması regionun ümumi iqtisadiyyatını gücləndirməklə yanaşı, ölkəmizin regionun texnoloji mərkəzinə çevrilməsində mühüm rol oynayacağı gözlənilir.

Mətbuat konfransında, həmçinin jurnalistlərin nümayəndəliyin gözlənilən fəaliyyəti və Azərbaycandakı startap ekosisteminin gələcəyi ilə bağlı sualları cavablandırılıb. Açılış mərasimində Agentliyin “Sponsorlar və tərəfdaşlar” guşəsinə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin və “Boğaziçi Ventures” fondunun lövhələri əlavə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Türkiyənin vençur fondunun ekspertləri Azərbaycan startapları ilə görüşəcək

Türkiyənin vençur fondunun ekspertləri Azərbaycan startapları ilə görüşəcək

18-02-2021
"Boğaziçi Ventures" fondu tərəfindən Azərbaycanda startapların maliyyələşdirilməsinə start verilir

"Boğaziçi Ventures" fondu tərəfindən Azərbaycanda startapların maliyyələşdirilməsinə start verilir

20-11-2020
Ekspert: “Boğaziçi Ventures” fondu nə üçün 5 milyonu Azərbaycana vermək istəmədi?

Ekspert: “Boğaziçi Ventures” fondu nə üçün 5 milyonu Azərbaycana vermək istəmədi?

17-07-2021
Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

10-10-2024
Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023
Ölkənin ilk vençur kapital fondu yaradıldı

Ölkənin ilk vençur kapital fondu yaradıldı

27-12-2022
Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

25-05-2023
Azərbaycanda yeni investisiya alətləri yaradılacaq

Azərbaycanda yeni investisiya alətləri yaradılacaq

26-10-2023
Azərbaycanda yeni vençur fondu yaradılacaq

Azərbaycanda yeni vençur fondu yaradılacaq

02-03-2023
Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

16-12-2022
Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025
2-ci vençur fondun məqsədləri açıqlanıb

2-ci vençur fondun məqsədləri açıqlanıb

06-03-2023
Azərbaycanda  vençur kapital fondu yaradılıb

Azərbaycanda vençur kapital fondu yaradılıb

29-11-2022
Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024
Səfirlər ilə xarici startapların Azərbaycana cəlb olunması müzakirə edilib

Səfirlər ilə xarici startapların Azərbaycana cəlb olunması müzakirə edilib

23-08-2019
Yaponiya səfirliyinin nümayəndəsi İnnovasiyalar Agentliyində olub

Yaponiya səfirliyinin nümayəndəsi İnnovasiyalar Agentliyində olub

25-10-2019
ABŞ səfiri: "Startap ekosisteminin inkişafını dəstəkləməkdə davam edəcəyik"

ABŞ səfiri: "Startap ekosisteminin inkişafını dəstəkləməkdə davam edəcəyik"

19-09-2024
Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

24-04-2026
ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlanıb

ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlanıb

27-06-2024
Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

02-10-2024
İRİA: Azərbaycanda yaxın vaxtlarda üçüncü vençur fondu yaradılacaq

İRİA: Azərbaycanda yaxın vaxtlarda üçüncü vençur fondu yaradılacaq

13-12-2024
İnnovasiyalar Agentliyində Hanaco Venture Capital-ın rezidenti ilə görüş keçirilib

İnnovasiyalar Agentliyində Hanaco Venture Capital-ın rezidenti ilə görüş keçirilib

08-10-2019
“Startup School 3” finalının münsiflər heyəti elan olundu

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025
Məmməd Kərim: “Unicorn"u hədəf götürmək əvəzinə texnoloji yeniliklərə cavab verən startaplar hazırlamalıyıq

Məmməd Kərim: “Unicorn"u hədəf götürmək əvəzinə texnoloji yeniliklərə cavab verən startaplar hazırlamalıyıq

26-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə