Azərbaycanda “Xalq kompüteri” layihəsinin hazırlanması yekunlaşır

05-11-2008 / 15:39

 Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhalinin kompüterlə təminatını artırmağı nəzərdə tutan «Xalq kompüteri» layihəsini rəy bildirmələri məqsədilə işçi qrupunun üzvlərinə göndərib. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, işçi qruplarının hamısından müsbət rəy alınarsa, layihə ölkə hökumətinə təqdim ediləcək. ABŞ-ın «Microsoft» və «Intel» şirkətlərinin iştirak edəcəyi «Xalq kompüteri» layihəsi çərçivəsində ilk növbədə müəllim və tələbələrə güzəştli şərtlərlə kompüterlərin verilməsi nəzərdə tutulur. Kompüterlərin faizsiz kreditlə 2 və ya 3 il müddətinə veriləcəyi gözlənilir. Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanda kompüteri olanların sayı xeyli artacaq.
Hazırda Azərbaycanda əhalinin hər 100 nəfərinə 4-5 kompüter düşür. Layihə həyata keçirildikdən sonra isə bu göstəricinin 20-25-ə çatacağı gözlənilir.Qeyd edək ki, «Xalq kompüteri» layihəsinin məqsədi əhalini güzəşti şərtlərlə kompüterlə təmin etmək, bu sahədə yerli istehsalı genişləndirməkdir.
Layihə kompüterlərin istehsalının yerli şirkətlər tərəfindən həyata keçirilməsini, bütün kompüterlərin lisenziyalı proqramla təmin olunmasını nəzərdə tutur.
Mənbə: rabita.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə