Previous Next
Bağla

İş yerləri barədə məlumatlar elektron informasiya sisteminə daxil ediləcək

18-09-2019 13:22
İş yerləri barədə məlumatlar elektron informasiya sisteminə daxil ediləcək

Xeberler.az bildirir ki, "Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması"nın təsdiq edilməsi haqqında "Məşğulluq haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması" təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov

Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması

1. Ümumi müddəalar

1.1. "Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması" (bundan sonra - Qayda) "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 18.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra - MEİS) "Məşğulluq" altsisteminə (bundan sonra - MAS) daxil edilməsi qaydasını və formasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Məşğulluq haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2.Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların əldə olunması və MAS-a daxil edilməsi

2.1. İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatı "Elektron hökumət" və ya Nazirliyin "e-sosial" internet portallarından istifadə etməklə MAS-da formalaşdırılmış "Vakansiya Bankı"na daxil edirlər.

2.2. Qanunun 7.2-ci maddəsinə əsasən MAS işəgötürənlərin əmək müqaviləsi bildirişi və vakansiya bankının məlumatları əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.

2.3. İşəgötürənlər boş olan iş yerlərini ləğv etdikdə, ştat vahidlərinə dair cədvəldə nəzərə alınması məqsədilə Nazirliyə bu barədə 5 (beş) iş günü müddətində rəsmi məlumat verməlidirlər.

2.4. Bu Qaydanın 2.3-cü bəndində göstərilən müddətdə məlumatlar Nazirliyə təqdim edilmədiyi halda, həmin iş yeri MAS tərəfindən vakansiya bankına daxil edilir.

2.5. İşəgötürənlər yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatları MAS-a bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun daxil edirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məşğulluq altsistemində vakansiyalar üzrə göndərişlərin verilməsi e-qaydada aparılır

22-01-2020

Məşğulluq altsistemi istifadəyə verilib

08-11-2019

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014

“Elektron prokurorluq” informasiya sistemi yaradılacaq

08-05-2021

“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

14-06-2023

Fərdi sahibkarlara texnikanın idxalı üçün sənədin verilməsi qaydası təsdiqlənib

20-04-2016

ƏƏSMN-nin informasiya sistemində yeni elektron xidmətlər yaradılıb

16-04-2019

Daha bir nazirlikdə islahatlar başladı - Fərman

18-01-2019

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015

Milli Məclisin növbəti plenar iclası işə başlayıb

01-05-2025

“Elektron hökumət” portalı haqqında Əsasnamə təsdiq edildi

06-11-2017

Yaşayış yeri üzrə arayışın verilməsi sadələşdirildi

29-09-2015

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

18-03-2025

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015

Tələbə-məzun dövlət elektron məlumat sisteminə daha bir nazirlik qoşulur

21-07-2015

Yerləşmə ilə bağlı qeydiyyat elektron aparılacaq-YENİLİK

18-03-2023

Prezident “Vətəndaşların müraciətləri haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb

13-11-2015

Qanunda dəyişiklik edildi

16-07-2018

Taksi operatorlarının Vergi Xidmətinə ötürülməli olan məlumatlarının siyahısı hazırlanacaq

15-01-2024

Azərbaycanda xəstəlik vərəqələri elektron veriləcək

04-04-2023

AZƏRTAC-ın adı dəyişdirildi

10-08-2015

“Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı” təsdiq edilib

29-11-2024

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-09-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə