Previous Next
Bağla

Azərbaycan və Gürcüstanın startapları arasında Anlaşma Memmorandumu imzalanıb

16-10-2024 18:05
Azərbaycan və Gürcüstanın startapları arasında Anlaşma Memmorandumu imzalanıb

“INMerge İnnovasiya Sammiti” çərçivəsində Azərbaycanın “Epoint” startapı ilə Gürcüstanın “CityPay” startapı arasında memorandum imzalanıb.

Xeberler.az-ın məlumatına görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib ki, memorandumun bir hissəsi olaraq ödənişlərin qəbulu prosesində “Epoint” və “CityPay” startapları arasında əməkdaşlıq nəzərdə tutulur.

“Epoint” kiçik və orta sahibkarlar üçün onlayn ödəniş aqreqatoru və e-ticarət platformasıdır. “Epoint” Azərbaycandakı istənilən bankın istənilən biznes hesabına yığılmış vəsaitin 24/7 onlayn rejimdə ödəməsini həyata keçirmək imkanını yaradır. Platforma müştərilər üçün mal və xidmətlərin ödənişi məqsədilə rahat interfeysi birləşdirir, hesab-faktura, QR kod yaratmaq və göndərməyi mümkün edir. Bununla yanaşı, “Epoint” “CyberSource” və beynəlxalq ödəniş şirkəti “Visa” ilə birlikdə e-ticarətdə “Apple Pay” və “Google Pay” ödənişlərinin qəbulu xidmətini istifadəyə verib.

“CityPay” vahid kriptovalyuta ekosisteminin yaradılmasına və gündəlik həyatda kriptovalyutadan istifadənin genişləndirilməsinə yönəlmiş maliyyə texnologiyası təminatçısıdır. Şirkətin innovativ məhsulunu inteqrasiya etməklə bizneslər vasitəçi platformalar olmadan müştərilərdən kripto aktivləri birbaşa almaq və həmin aktivləri milli valyutalara çevirən xidmətdən yararlanmaq üçün unikal imkan əldə edirlər.

Qeyd edək ki, “Epoint” startapı tədricən xarici bazarlara çıxan Azərbaycanın aparıcı startaplarından biridir. Startap İRİA-nın Texnoparkında rezident statusu da əldə edib. Bundan əlavə, İRİA-nın dəstəyi ilə həyata keçirilən “Roadshow” layihəsi çərçivəsində “WebSummit” (2023), “Money 20/20” (2023), “Gitex Dubai” (2024) kimi tədbirlərdə iştirak edib. Həmçinin, 2023-cü ildə “IDDA Awards” müsabiqəsində “İlin startapı” nominasiyasının qalibi olub.

“INMerge İnnovasiya Sammiti” çərçivəsində oktyabrın 10-11-də Bakıda keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında iştirak edəcək

03-08-2023

Yerli startap "500 Global"dan 100 min dollar investisiya aldı

16-02-2023

Azərbaycanın beş startapı ABŞ-da qlobal sammitdə iştirak edəcək

27-09-2024

Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

24-04-2026

Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23-05-2025

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

07-10-2024

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

28-11-2025

Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu imzalanıb

11-02-2026

İRİA startap ekosisteminin problemlərini araşdırmaq üçün sorğu keçirir

05-11-2024

“Azəriqaz” və “PashaPay” onlayn xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edəcək

10-10-2024

"digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirilib

13-12-2024

Azərbaycanda bu günədək 5 akselerasiya proqramı həyata keçirilib

13-12-2024

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib

11-10-2024

İRİA ilə “Telecom Italia” arasında Anlaşma Memorandumu imzalanıb

19-03-2025

İRİA nümayəndəsi: İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

13-12-2024

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025

“IDDA Awards 2023”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

01-12-2023

Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

10-03-2025

İnnovasiyaların və startapların inkişafına dair memorandum çərçivəsində layihələr razılaşdırılır

27-03-2024

KOBİA AzTU tələbələrinin startapına “Startap” şəhadətnaməsi verib

27-04-2026

“INMerge” İnnovasiya Sammiti başa çatıb

30-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə