Previous Next
Bağla

Azərbaycanın ən yaxşı startapı seçiləcək

18-05-2018 18:20
Azərbaycanın ən yaxşı startapı seçiləcək

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə 6-cı dəfə Seedstars World müsabiqəsinin yerli seçimləri baş tutacaq.

Xeberler.az bildirir ki, iyunun 8-də ADA Universitetində Azərbaycanın 10 ən yaxşı startapı ölkəni Seedstars sammitində təmsil etmək və 1 milyon ABŞ dolları qazanmaq uğrunda mübarizə aparacaq.

Qaydalara əsasən 2 ildən daha az müddətdə fəaliyyət göstərən, bu müddətdə real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar müsabiqədə iştirak edə bilərlər. Meyarlara uyğun olan startaplar yarışa qatılmaq üçün bu link vasitəsilə may ayının sonuna qədər qeydiyyatdan keçməlidir.

Qeyd edək ki, tədbirin keçirilməsində Seedstars-ın məqsədi inkişaf edən ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları diqqət mərkəzinə gətirməkdir.

Bu məqsədlə Seedstars ən innovativ və yeni yaranan startapları müəyyən etmək üçün 65-dən çox ölkəyə səfər edir və onlara İsveçrədə keçirilən beynəlxalq Seedstars Sammitində 1 milyon ABŞ dollarına qədər investisiya vəsaiti əldə etmək, dünyanın müxtəlif ölkələrindən olan investorlar və mentorlarla əlaqələr qurmaq imkanı yaradır. Əvvəlki iştirakçılar toplam 92 milyon ABŞ dollarından artıq investisiya cəlb etmiş və bununla 2,100-dən çox iş yerinin yaranmasını təmin edib. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Seedstars World növbəti dəfə Bakıya gəlir- 1 milyon qazanmaq imkanı

21-04-2017

Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

09-06-2018

Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

07-06-2019

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

28-06-2019

Seedstars World-də Azərbaycanı hansı startap təmsil edəcək?-Foto

04-05-2017

Azercell yerli startaplar üçün dünya bazarına yol açır

03-08-2015

Startaplar üçün 500 min dollar qazanmaq imkanı- Müsabiqə

08-06-2016

Yerli startapımız İsveçrədə 500 min dollar üçün yarışacaq

28-03-2017

Seedstars World-də Azərbaycanı Kvotter təmsil edəcək-Foto

19-06-2016

Seedstars Baku-da hansı startaplarımız iştirak edir?

14-06-2016

Yerli startaplar 500 min uğrunda yarışır

07-08-2015

Bakıda keçirilən Seedstars World müsabiqəsinin qalibləri açıqlandı

07-08-2015

Startap müsabiqələri keçirilir

17-07-2015

Startapımız beynəlxalq müsabiqənin finalında- Foto

16-03-2016

Startap komandamız İsveçrədə investorlar qarşısına çıxacaq

05-04-2017

Onbranch startapından Gənc Ol istifadəçiləri üçün yeni imkanlar

07-09-2018

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

17-09-2024

Layihəmiz beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb

17-04-2018

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018

“Seedstars World İstanbul”un nəticələri açıqlandı

29-10-2015

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

İnnovasiyalar Agentliyində "DEMO DAY" keçirilib

21-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə