Previous Next
Bağla

Seedstars World növbəti dəfə Bakıya gəlir- 1 milyon qazanmaq imkanı

21-04-2017 16:00
Seedstars World növbəti dəfə Bakıya gəlir- 1 milyon qazanmaq imkanı

İnkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal Seedstars World müsabiqəsi 5-ci dəfə Azərbaycana gəlir.

Xeberler.az-ın məlumatına görə,  mayın 3-də Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı, Azercell MMC, PAŞA Bank və ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri keçiriləcək.

Müsabiqədə Azərbaycanın 10 ən yaxşı startapı ölkəni Seedstars Sammitində təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq.

Bu müsabiqəyə qatılmaq arzusunda olanlar https://www.seedstarsworld.com/event/seedstars-baku-2017 səhifəsinə müraciət etməlidir.

Startapları üzə çıxarmaq missiyasına uyğun olaraq, Seedstars World ən yaxşı startapları müəyyən etmək, onlara 1 milyon ABŞ dollarına qədər vəsaiti qazanmaq şansı vermək və dünyanın müxtəlif yerlərində olan investor və mentorlarla əlaqələr qurmaq üçün bu il 65 ölkəyə səfər edir.

Seedstars World Azercell-lə yaxından əməkdaşlıq edir.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri, tədbirin yerli təşkilatçısı və Seedstars səfiri İmran Bağırov bildirib ki, Seedstars sahibkarlar və müxtəlif investorlar, bazar oyunçuları və digərləri üçün imkanlarla bol olan qlobal çoxşaxəli platformadır:

"Yarışmanın əsas məqsədi - inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdir. Bu müsabiqə yerli startapların dünya bazarına çıxması, öz bacarıqlarını nümayiş etdirmək üçün əla fürsətdir. Azərbaycandan olan 10 ən yaxşı startap hər il İsveçrədə keçirilən Seedstars Sammitinə qatılmaq imkanı üçün yarışa dəvət olunacaq”.

Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın ən yaxşı startapı seçiləcək

18-05-2018

Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

07-06-2019

Seedstars World-də Azərbaycanı Kvotter təmsil edəcək-Foto

19-06-2016

Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

09-06-2018

Azercell yerli startaplar üçün dünya bazarına yol açır

03-08-2015

Startaplar üçün 500 min dollar qazanmaq imkanı- Müsabiqə

08-06-2016

Seedstars World-də Azərbaycanı hansı startap təmsil edəcək?-Foto

04-05-2017

Yerli startapımız İsveçrədə 500 min dollar üçün yarışacaq

28-03-2017

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

28-06-2019

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

Bakıda keçirilən Seedstars World müsabiqəsinin qalibləri açıqlandı

07-08-2015

Startapımız beynəlxalq müsabiqənin finalında- Foto

16-03-2016

Seedstars Baku-da hansı startaplarımız iştirak edir?

14-06-2016

Startap müsabiqələri keçirilir

17-07-2015

Yerli startaplar 500 min uğrunda yarışır

07-08-2015

Startap komandamız İsveçrədə investorlar qarşısına çıxacaq

05-04-2017

Layihəmiz beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb

17-04-2018

Xarici İT şirkətlər layihələrimizə maraq göstərir

14-10-2015

“Seedstars World İstanbul”un nəticələri açıqlandı

29-10-2015

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Onbranch startapından Gənc Ol istifadəçiləri üçün yeni imkanlar

07-09-2018

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

17-09-2024

Barama yerli startaplara dəstəyi artırır

26-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə