Previous Next
Bağla

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

28-06-2019 10:00
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

Xeberler.az məlumat verir ki, “Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə startaplar arasında keçirilən "Seedstarts World"  müsabiqəsinin yerli seçimləri baş tutdu. “Hyatt Regency” otelində təşkil olunan yarışmada münsiflər heyəti qarşısında öz layihələrini təqdim etmək üçün dəvət olunan 7 startap sırasından “Wexplain” qalib seçildi. 

Məlumat üçün bildirək ki, “Wexplain” qərarlar qəbul olunması və ya məlumat mübadiləsi üçün toplantı təşkil etmək ehtiyacını azaldacaq yeni qurulmuş onlayn bir platformadır. Təklif etdiyi innovativ və davamlı həll sayəsində qalib gəlməyə müvəffəq olan bu startap Azərbaycanı  2019-cu ilin dekabr ayında Qazaxıstanda keçiriləcək “Seedstars CEE” regional sammitində təmsil etməklə yanaşı, bütün xərclər qarşılanmaqla, 2020-ci ilin aprel ayında İsveçrədə baş tutacaq “Seedstars World” yarışmasına qatılmaq, bununla da, “Seedstars Global Winner” adı və 500 000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparacaq.

Tibb elmləri sahəsində araşdırmalarla məşğul olan şəxslər üçün dərmanların təftiş məlumatlarını strukturlaşmış formaya salaraq, statistikanın aparılmasında yardımçı olan tətbiq təklif edən “APDVoice” müsabiqədə ikinci yerə layiq görüldü. Əşyaların İnterneti (IoT) texnologiyasına əsaslanan ağıllı tullantı toplanması sistemini təklif edən “WASCO” startapı isə üçüncü pillədə qərarlaşdı. Məlumat üçün bildirək ki, “Eleven Kings”, “Owbike”, “Real English” və “Senmur” yarışa dəvət olunan startaplar sırasında idi.

Qeyd edək ki, “Seedstars” inkişaf etməkdə olan ölkələrdə regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələrin, yaranmaqda olan startapların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 7 ildir ki, “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısı qismində çıxış edir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

07-06-2019
Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

09-06-2018
Seedstars World növbəti dəfə Bakıya gəlir- 1 milyon qazanmaq imkanı

Seedstars World növbəti dəfə Bakıya gəlir- 1 milyon qazanmaq imkanı

21-04-2017
Azərbaycanın ən yaxşı startapı seçiləcək

Azərbaycanın ən yaxşı startapı seçiləcək

18-05-2018
Azercell yerli startaplar üçün dünya bazarına yol açır

Azercell yerli startaplar üçün dünya bazarına yol açır

03-08-2015
Barama ölkəmizi Seedstars-da təmsil edib

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017
Bakıda keçirilən Seedstars World müsabiqəsinin qalibləri açıqlandı

Bakıda keçirilən Seedstars World müsabiqəsinin qalibləri açıqlandı

07-08-2015
Seedstars World-də Azərbaycanı hansı startap təmsil edəcək?-Foto

Seedstars World-də Azərbaycanı hansı startap təmsil edəcək?-Foto

04-05-2017
   Seedstars World-də Azərbaycanı Kvotter təmsil edəcək-Foto

Seedstars World-də Azərbaycanı Kvotter təmsil edəcək-Foto

19-06-2016
Startaplar üçün 500 min dollar qazanmaq imkanı- Müsabiqə

Startaplar üçün 500 min dollar qazanmaq imkanı- Müsabiqə

08-06-2016
Yerli startapımız İsveçrədə 500 min dollar üçün yarışacaq

Yerli startapımız İsveçrədə 500 min dollar üçün yarışacaq

28-03-2017
Seedstars Baku-da hansı startaplarımız iştirak edir?

Seedstars Baku-da hansı startaplarımız iştirak edir?

14-06-2016
Yerli startaplar 500 min uğrunda yarışır

Yerli startaplar 500 min uğrunda yarışır

07-08-2015
Startap müsabiqələri keçirilir

Startap müsabiqələri keçirilir

17-07-2015
Startapımız  beynəlxalq müsabiqənin finalında- Foto

Startapımız beynəlxalq müsabiqənin finalında- Foto

16-03-2016
Onbranch startapından Gənc Ol istifadəçiləri üçün yeni imkanlar

Onbranch startapından Gənc Ol istifadəçiləri üçün yeni imkanlar

07-09-2018
Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015
Startap komandamız İsveçrədə investorlar qarşısına çıxacaq

Startap komandamız İsveçrədə investorlar qarşısına çıxacaq

05-04-2017
Barama Graduation Ceremony tədbiri baş tutub

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018
Bir günə sayt yaratmağı öyrən seminarı keçirilib

Bir günə sayt yaratmağı öyrən seminarı keçirilib

05-03-2019
Barama Regional Sahibkarlıq Konfransı baş tutub

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018
  Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017
Proqramçıların sevimli müsabiqəsi başlayır

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018
Barama yerli startaplara dəstəyi artırır

Barama yerli startaplara dəstəyi artırır

26-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə