Previous Next
Bağla

Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

09-06-2018 11:26
Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

Azərbaycanın ən yaxşı startapı seçildi və 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi.

Xeberler.az bildirir ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın, Patent və Əmtəə Nişanları Mərkəzinin, İsveçrənin Azərbaycandakı səfirliyinin, eləcə də ADA universitetinin dəstəyi ilə ölkəmizdə 6-cı dəfə təşkil olunan Seedstars World müsabiqəsinin qalibi bəlli olub. İyunun 8-də ADA Universitetində baş tutan final mərhələsində münsiflər heyəti tərəfindən seçilən 10 yerli startap öz layihələrini təqdim edərək Azərbaycanın ən yaxşı startapı adı uğrunda mübarizə aparıblar.

Qaydalara əsasən müsabiqəyə 2 ildən daha az müddətdə fəaliyyət göstərən, real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar qoşula bilərdilər. Beləliklə münsiflərin səs verməsi ilə Elçin Əsgərovun Onbranch layihəsi innovativ dayanıqlı həllinə görə Azərbaycanın ən yaxşı startapı adına layiq görülüb. Tap2Doc layihəsi ilə Ceyhun Cəfərov 2-ci yerin qalibi, “Owbike” layihəsi ilə isə Həsənağa Azad 3-cü yerin qalibi olublar. Mükafatın bir hissəsi olaraq, Onbranch layihəsi 2019-cu ilin aprelində İsveçrədə keçiriləcək beynəlxalq Seedstars Sammitində iştirak edəcək. Bir həftə davam edəcək təlim proqramı zamanı startapımızın dünyanın inkişaf etməkdə olan 65-dən çox ölkəsinin qaliblərilə, həmçinin investor və mentorlarla görüşmək imkanı olacaq. Sammitin son günündə yerli qaliblər 1000 nəfərlik auditoriya qarşısında layihələrini təqdim edəcəklər və 1 milyon ABŞ dolları həcmində investisiya uğrunda yarışacaqlar. Tədbirin media dəstəyi technote.az portalı və Barama Media tərəfindən təmin edilib. Mi Mobile distribyutor şirkəti tərəfindən qaliblərə hədiyyələr təqdim olunub.

İnkişaf etməkdə olan və sürətlə böyüyən bazarlara dünya turunu davam etdirən Seedstars World-ün növbəti dayanacağı Qazaxıstanın Astana şəhəridir. Seedstars regional məsələlərin həllini hədəfləyən və onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. Seedstars World inkişaf etməkdə olan bazarlarda keçirilən dünyanın ən böyük startap yarışmasıdır. Tədbirin keçirilməsində Seedstars-ın məqsədi inkişaf edən ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları üzə çıxarmaqdır.

Məlumat üçün bildirək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri–startapları dəstəkləyərək onların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

07-06-2019

Azərbaycanın ən yaxşı startapı seçiləcək

18-05-2018

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

28-06-2019

Seedstars World növbəti dəfə Bakıya gəlir- 1 milyon qazanmaq imkanı

21-04-2017

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

Seedstars World-də Azərbaycanı Kvotter təmsil edəcək-Foto

19-06-2016

Seedstars World-də Azərbaycanı hansı startap təmsil edəcək?-Foto

04-05-2017

Azercell yerli startaplar üçün dünya bazarına yol açır

03-08-2015

Startaplar üçün 500 min dollar qazanmaq imkanı- Müsabiqə

08-06-2016

Bakıda keçirilən Seedstars World müsabiqəsinin qalibləri açıqlandı

07-08-2015

Onbranch startapından Gənc Ol istifadəçiləri üçün yeni imkanlar

07-09-2018

Yerli startapımız İsveçrədə 500 min dollar üçün yarışacaq

28-03-2017

Seedstars Baku-da hansı startaplarımız iştirak edir?

14-06-2016

Yerli startaplar 500 min uğrunda yarışır

07-08-2015

Startap müsabiqələri keçirilir

17-07-2015

Startapımız beynəlxalq müsabiqənin finalında- Foto

16-03-2016

Startap komandamız İsveçrədə investorlar qarşısına çıxacaq

05-04-2017

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

“Seedstars World İstanbul”un nəticələri açıqlandı

29-10-2015

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018

Bir günə sayt yaratmağı öyrən seminarı keçirilib

05-03-2019

Layihəmiz beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb

17-04-2018

Barama yerli startaplara dəstəyi artırır

26-02-2016

Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

09-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə