Previous Next
Bağla

Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

07-06-2019 09:46
Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

 “Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 15-16 iyun tarixlərində startaplar arasında ”Seedstars World” müsabiqəsinin yerli seçimləri keçiriləcək. 

Xeberler.az bildirir ki, ölkəmizdə 7-ci dəfə baş tutacaq bu yarışma inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirməyə kömək edəcək. Müsabiqənin qalibi seçilən startap Azərbaycanı “Seedstars CEE” regional sammitində təmsil etməklə yanaşı, bütün xərclər qarşılanmaqla, İsveçrədə keçirilən “Seedstars World” yarışmasına qatılmaq, bununla da, “Seedstars Global Winner” adı və 500 000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparacaq .

Startaplar 9 iyun tarixinədək aşağıda qeyd edilən ünvana ərizə ilə müraciət edərək, müsabiqədə iştirak etmə imkanı qazanacaqlar: https://seedsta.rs/ssw19-baku

Ərizə qəbulu bitdikdən sonra, “Seedstars” komandası təlimdə iştirak etmək və investorlarla üz-üzə görüşmək üçün 10-a yaxın ən yaxşı startapı seçəcək.

Qeyd edək ki, “Seedstars” inkişaf etməkdə olan ölkələrdə regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır.

Məlumat üçün bildirək ki, “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələrin, yaranmaqda olan startapların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 7 ildir ki, “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

28-06-2019

Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

09-06-2018

Seedstars World növbəti dəfə Bakıya gəlir- 1 milyon qazanmaq imkanı

21-04-2017

Azərbaycanın ən yaxşı startapı seçiləcək

18-05-2018

Azercell yerli startaplar üçün dünya bazarına yol açır

03-08-2015

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

Seedstars World-də Azərbaycanı Kvotter təmsil edəcək-Foto

19-06-2016

Startaplar üçün 500 min dollar qazanmaq imkanı- Müsabiqə

08-06-2016

Yerli startapımız İsveçrədə 500 min dollar üçün yarışacaq

28-03-2017

Seedstars World-də Azərbaycanı hansı startap təmsil edəcək?-Foto

04-05-2017

Bakıda keçirilən Seedstars World müsabiqəsinin qalibləri açıqlandı

07-08-2015

Seedstars Baku-da hansı startaplarımız iştirak edir?

14-06-2016

Yerli startaplar 500 min uğrunda yarışır

07-08-2015

Startapımız beynəlxalq müsabiqənin finalında- Foto

16-03-2016

Startap komandamız İsveçrədə investorlar qarşısına çıxacaq

05-04-2017

Onbranch startapından Gənc Ol istifadəçiləri üçün yeni imkanlar

07-09-2018

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Startap müsabiqələri keçirilir

17-07-2015

“Seedstars World İstanbul”un nəticələri açıqlandı

29-10-2015

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

17-09-2024

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Layihəmiz beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb

17-04-2018

Barama yerli startaplara dəstəyi artırır

26-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə