Previous Next
Bağla

XRİTDX kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir

21-05-2026 14:07
XRİTDX kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) xüsusi stendlə təmsil olunur.

Xeberler.az məlumat verir ki, tədbir iştirakçıları stenddə “ağıllı” və rəqəmsallaşan şəhərlərdə kibertəhlükəsizliyin urban dayanıqlılığın təmin edilməsində oynadığı mühüm rolu əks etdirən təqdimatlar və interaktiv simulyasiyalarla tanış olurlar.

Nümayiş etdirilən həllər rəqəmsal texnologiyaların şəhər həyatının bütün sahələrinə inteqrasiyası fonunda informasiya sistemlərinin təhlükəsizliyinin strateji əhəmiyyətini ön plana çıxarır.

Stenddə təqdim olunan simulyasiyalar nəqliyyat, rabitə, enerji və digər kritik xidmətlərə yönəlmiş potensial kibertəhdidlərin mümkün təsirlərini əyani şəkildə nümayiş etdirir. Təqdimatlar göstərir ki, rəqəmsal şəhər ekosistemində baş verə biləcək kiberinsidentlər təkcə texniki problem deyil, həm də şəhər xidmətlərinin fasiləsiz fəaliyyətinə, ictimai təhlükəsizliyə, iqtisadi aktivliyə və vətəndaşların rəqəmsal xidmətlərə etimadına təsir göstərə bilən amildir.

Stendlə tanış olan XRİTDX-nin Xidmət rəisinin müavini general-mayor Allahverən İsmayılova burada nümayiş etdirilən ssenari və interaktiv simulyasiyalar barədə ətraflı məlumat verilib. Bildirilib ki, təqdim olunan həllər Xidmətin dövlət informasiya ehtiyatlarının və kritik informasiya infrastrukturunun mühafizəsi sahəsində formalaşmış peşəkar təcrübəsi, kibertəhdidlərin monitorinqi və təhlili nəticəsində əldə edilmiş bilik və yanaşmalar əsasında hazırlanıb. Qeyd olunub ki, simulyasiyalar rəqəmsallaşan şəhərlərdə yarana biləcək potensial riskləri və onların mümkün nəticələrini vizuallaşdırmaqla yanaşı, qabaqlayıcı kibertəhlükəsizlik tədbirlərinin və kiberdavamlılığın təmin edilməsinin əhəmiyyətini nümayiş etdirir.

Eləcə də Allahverən İsmayılova WUF13 Şəbəkə İnfrastrukturunun Nəzarət Mərkəzində XRİTDX tərəfindən təmin edilən xidmətlərin vəziyyəti, şəbəkə infrastrukturunun fasiləsiz monitorinqi, kibertəhlükəsizlik nəzarəti və rəqəmsal xidmətlərin dayanıqlı fəaliyyəti istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

XRİTDX WUF13 platformasında bir daha vurğulayır ki, müasir və rəqəmsallaşan şəhərlərdə dayanıqlılığın əsas şərtlərindən biri kibertəhlükəsizlikdir. “Ağıllı” şəhərlərin təhlükəsiz və fasiləsiz fəaliyyəti rəqəmsal infrastrukturun etibarlı qorunmasından birbaşa asılıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

XRİTDX beynəlxalq tədbirdə iştirak edib

08-05-2025

Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

16-09-2025

XRİTDX Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

10-04-2025

İlqar Musayev: Texniki fasilələr kibertəhlükəsizliyin önəmini göstərir

03-02-2026

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

Bu il Dövlət Xidməti 1 milyondan çox zərərli elektron poçtu bloklayıb

11-08-2025

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026

XRİTDX-də ilk yarımilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

22-07-2025

Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb

29-12-2025

Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

07-07-2025

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

02-10-2023

Avqust ayında 30 milyondan çox zərərli keçid qeydə alınıb

03-09-2025

Azərbaycan qlobal kibertəhlükəsizlik konfransında təmsil edilib

16-03-2023

XRİTDX: Son 5 ildə dünyada kiberhücumların sayı artıb

05-09-2025

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Bakıda keçirilən “kiber müharibə” yarışının qalibi müəyyənləşib

27-10-2023

XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

27-04-2026

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

19-02-2025

Bu gün Azərbaycanda WUF13-ə start verilir

17-05-2026

Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

20-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə