Previous Next
Bağla

Azərbaycanın plastik kart bazarının inkişaf səviyyəsi

26-03-2012 01:54
Azərbaycanın plastik kart bazarının inkişaf səviyyəsi
Bu ilin əvvəli üçün Azərbaycanda dövriyyədə olan aktiv plastik kart sayı 4,6 mln olub. 

Xəbərlər-in verdiyi məlumata görə, kartların 85 faizi ölkədəki 44 bankdan ikisinin payına düşür. Belə ki, Kapitalbank-ın 2,1 mln, Azərbaycan Beynəlxalq Bankının 1,9 mln kartı var. Bu bankların kartlarının mütləq əksəriyyəti pensiya və maaş kartıdır. I bankın sahibi prezident İlham Əliyevin qohumu olan Paşayevlər ailəsidir, ABB-nin səhmlərinin 50,2 faizi dövlətindir.

4,7 mln əhalisi olan Gürcüstanda dövriyyədə 4 mln kart var. 2011-ci ildə onların vasitəsilə 49,5 mln əməliyyat keçirilib. Bizdə həmin dövrdə 50 mln tranzaksiya həyata keçirilib. Gürcüstanda əməliyyatların 58,3 faizi, Azərbaycanda 90 faizi nağd pul çıxarılması əməliyyatıdır. Müqayisə üçün Rusiyada bu göstərici 56,7 faiz olub. Nağd pul çıxarılması ilə bağlı olmayan POS terminallar vasitəsilə əməliyyatlar 3 faizdən az olub. Halbuki statistikaya əsasən, ölkədə 13 min POS terminal var. 2011-ci ildə onlar 70 faiz artıb.
 
Ekspertlər bildirir ki, bu gün POS terminalların qurulması işi deklorativ xarakter daşıyır. Bir çox hallarda xidmət sahəsi obyektlərində hər ay bu avadanlıqdan passiv istifadəyə görə cərimə ödəməyə üstünlük verirlər. Məşhur mağaza şəbəkələrindən birinin təmsilçisi Turan-a bildirib ki, krediti POS terminal vasitəsilə ödəməyə cəhd edəndə deyiblər ki, bu əməliyyat POS terminallarla həyata keçirilmir. Amma müştərinin israrını görüb satıcı əməliyyatı keçirməyə razılıq verib, bir şərtlə ki, gələcəkdə aldığı malın pulunu nağd ödəsin.

Kart bazarının inkişafına təsir edən vacib amillərdən biri kartların özünün əlçatanlığıdır. Bu istiqamətdə Azərbaycan bankları nəsə etmək istəyirlər. Bir sıra banklar müştərilərə pulsuz kartlar təklif edir. Amma ilkin üzvlük haqqı ödənilməklə. Bu məbləğ 20-200 manatdır. Ən ciddi problem nağdlaşdırma zamanı meydana çıxır. Müqayisəli analiz göstərir ki, bizim tariflər Zaqafqaziyada ən rəqabətə davamsızdır.
 
Ermənistan və Gürcüstanda bankomatlardan nağd pul çıxarılanda məbləğin 0.2-0,5 faizi, Azərbaycanda 0,8-1 faizi tutulur. Bununla kifayətlənməyən Azərbaycan bankları hər əməliyyat üçün minimal ödəniş alırlar. Tranzaksiya məbləğindən asılı olaraq onlar 0,20 manatdan 1,5 manata qədər pul tutur. Bankların əksəriyyəti 80 qəpik alır. Qafqazda bu praktikadan yalnız Azərbaycan bankları istifadə edir. Bu isə tranzaksiyaların sayına təsir edir.

Məsələn, müştəri yüz manatı 5 tranzaksiya ilə çıxarmaq istəyirsə, bir dəfəyə çıxarılandan 4 dəfə çox komissiya ödəməli olur. Yerli banklar bu zaman hansısa xərcləri bəhanə edirlər. Görünür, Ermənsitan və Gürcüstan banklarında bu, nədənsə yoxdur. Halbuki Azərbaycanda 5 prosessinq mərkəzi var.
Faktlar göstərir ki, nağdsız əməliyyatların stimullaşdırılmasına yönəldilən tədbirlər yalnız gurultulu sözlərdir.
 
Bu gün Vergilər Nazirliyi öz işini POS terminal qurmağa məcbur etməkdə görür. Onlardan istifadəyə nəzarət olunmur. Halbuki kassa aparatlarına nəzarət real nəticələr vermişdi. Digər tərəfdən, büdcə təşkilatlarının ölkənin ali rəhbərliyi ilə bağlı olan banklara yönəldilməsi çətin ki plastik kart bazarının keyfiyyət artımına kömək etsin.
 
Turan

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

25-01-2023
Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

10-08-2017
Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025
Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

19-04-2023
5 milyon manatılıq elektron ticarət dövriyyəsi olub

5 milyon manatılıq elektron ticarət dövriyyəsi olub

22-05-2024
Azərbaycanda olan POS-terminalların sayı açıqlandı

Azərbaycanda olan POS-terminalların sayı açıqlandı

08-11-2017
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

10-09-2016
Azərbaycanda bankomatların sayı açıqlandı

Azərbaycanda bankomatların sayı açıqlandı

08-07-2015
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

08-11-2016
Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025
Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025
Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023
Azərbaycan Beynəlxalq Bankı plastik kartların sayını 1,8 mln-a çatdırıb

Azərbaycan Beynəlxalq Bankı plastik kartların sayını 1,8 mln-a çatdırıb

31-01-2011
Naxçıvanda 1 aya 125 POS-terminal quraşdırılıb

Naxçıvanda 1 aya 125 POS-terminal quraşdırılıb

26-10-2014
Nağdsız ödənişlərin 87 faizdən çoxu elektron ticarətin payına düşüb

Nağdsız ödənişlərin 87 faizdən çoxu elektron ticarətin payına düşüb

30-08-2025
Kredit kart əməliyyatlarının sayı artıb

Kredit kart əməliyyatlarının sayı artıb

24-05-2012
Azərbaycanda POS-terminalların 2/3-si paytaxtda cəmləşib

Azərbaycanda POS-terminalların 2/3-si paytaxtda cəmləşib

25-06-2015
DVX POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlayacaq

DVX POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlayacaq

15-11-2024
DəmirBank plastik kartlar üzrə əlavə xidmətlər təklif edir

DəmirBank plastik kartlar üzrə əlavə xidmətlər təklif edir

12-10-2015
Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə

Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə

16-04-2021
Ölkədə bankomatlar və Pos-terminalların sayı artıb

Ölkədə bankomatlar və Pos-terminalların sayı artıb

10-11-2010
 Ölkədə yeni ödəniş platformaları yaradılacaq-Müsahibə

Ölkədə yeni ödəniş platformaları yaradılacaq-Müsahibə

08-11-2017
Azərbaycanda POS-terminalların sayı azalır

Azərbaycanda POS-terminalların sayı azalır

11-07-2016
Naxçıvanda quraşdırılan POS-terminalların sayı açıqlanıb

Naxçıvanda quraşdırılan POS-terminalların sayı açıqlanıb

19-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə