Previous Next
Bağla

Azərbaycanlı məktəblilər “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

04-02-2025 16:58
Azərbaycanlı məktəblilər “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

Kosmik texnologiyalar sahəsində yeniliklər hər gün, hər saat inkişaf edir. Yeni texnologiyalar həm elmi tədqiqatların daha dərindən öyrənilməsinə, həm də kommersiya məqsədli layihələrin inkişafına təkan verir. Xüsusilə kosmosda fəaliyyət göstərən cihazların miniatürləşdirilməsi, yəni kiçikölçülü, yüngül, lakin yüksək funksionallığa malik cihazların hazırlanması bu sahədə yeni inqilabi dövr açır.

Xeberler.az bildirir ki, Azərbaycan kosmik tədqiqatlar sahəsində öz mövqeyini getdikcə gücləndirir. Son illərdə milli peyk proqramlarının həyata keçirilməsi, innovasiya müsabiqələrinin təşkili və Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM) təhsilinin inkişafı istiqamətində atılan mühüm addımlar gənc nəslin bu sahəyə marağını artırır və ölkədə texnoloji inkişafı sürətləndirir.

Məktəblərin müasir texnoloji avadanlıqlarla təmin edilməsi və müəllimlərin peşəkar inkişafı istiqamətində atılan addımlar da şagirdlərin gələcək uğurlarında mühüm rol oynayır. Xüsusilə kosmik yeniliklərlə bağlı seminarlar, təlim proqramları və layihələr vasitəsilə şagirdlər kiçik yaşlarından müasir texnologiyaların necə işlədiyini öyrənir və bu sahədə öz gələcək karyeralarını qurmağa təşviq olunurlar.

Qeyd edək ki, Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın bu sahədə göstərdiyi təşəbbüslərin rolu əvəzolunmazdır.

Bu təşəbbüslər gəncləri yalnız nəzəri biliklərlə məhdudlaşdırmır, həm də real qlobal problemlərin həll yollarını tapmağa istiqamətləndirir. Məktəblilər arasında keçirilən innovasiya müsabiqələri, elmi konfranslar və texnologiya sərgiləri gənclərin öz ideyalarını təqdim etməsi və beynəlxalq səviyyədə tanınması üçün əlverişli platforma yaradır. Bu tədbirlərdə şagirdlər öz layihələrini inkişaf etdirərək mühəndislik, proqramlaşdırma və tədqiqat sahələrində təcrübə qazanırlar.

2025-ci ildə bu təşəbbüslərin zirvə nöqtələrindən biri olaraq “SpaceX” daşıyıcı raketi vasitəsilə “PocketQube” piko-peykinin kosmik orbitə buraxılması planlaşdırılır. Bu layihə KOSMİK Akademiyanın təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Paşa Holdinq”, Braziliya Kosmik Agentliyi və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə keçirilən “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cu sinif şagirdləri arasında baş tutacaq.

“PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.

Standart olaraq ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.

“SpaceX”in “birgə buraxılış proqramı” (“rideshare”) vasitəsilə kiçik peyklərin orbitə buraxılması xərclərinin azalması layihənin iqtisadi baxımdan daha əlçatan olmasını təmin edir. “Rideshare” proqramının mahiyyəti ondan ibarətdir ki, bir raket buraxılışı
zamanı müxtəlif müştərilərə məxsus olan kiçikölçülü peyklər eyni anda orbitə çıxarılır.

Bundan əlavə, “SpaceX”in yüksək etibarlı buraxılış platforması “PocketQube” peykinin təhlükəsiz şəkildə orbitə çatdırılmasını təmin edəcək və layihənin texniki və elmi məqsədlərinin uğurla həyata keçirilməsinə imkan yaradacaq.

Bu təşəbbüslər azərbaycanlı məktəblilərin beynəlxalq kosmik texnologiyalara inteqrasiyasını, qabaqcıl texnologiyaların təhsilə mühüm təsirini, məktəblilərin rəqəmsal savadlılığının artırılması istiqamətində atılan addımların rolunu bir daha vurğulayır.

Bundan əlavə, bu layihələr gəncləri məktəb yaşlarından yerli və beynəlxalq səviyyədə yeni əməkdaşlıq qurmağa, praktiki tətbiqlər vasitəsilə nəzəri biliklərini mürəkkəb layihələrdə tətbiq etməyə təşviq edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"SpaceX" şirkəti 72 mini peyki uğurla orbitə çıxarıb

13-06-2023

“SpaceX” kompaniyası daha 47 internet peykini orbitə çıxaracaq

22-06-2023

“SpaceX” İndoneziyanın rabitə peykini orbitə çıxarıb

19-06-2023

“SpaceX” 22 “Starlink” peykini orbitə çıxardı

16-09-2023

“SpaceX” iki gün ərzində 52 ədəd “Starlink” peykini orbitə çıxarıb

26-09-2025

"SpaceX" 29 ədəd "Starlink" mini peykini orbitə çıxarıb

19-01-2026

"Starlink" internet peyklərindən ibarət onlarla qrup orbitə çıxarılıb

05-01-2026

Növbəti "Starlink" internet peykləri orbitə çıxarılıb

30-03-2023

Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

03-12-2025

"SpaceX" internet peyklərinin yeni qrupunu orbitə çıxarıb

03-12-2025

Azərbaycan 800 Milyon Dollarlıq peyk layihəsi üçün SpaceX təklifini dəyərləndirir

18-07-2025

“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb

21-05-2025

“SpaceX” internet peyklərinin 200-cü qrupunu orbitə çıxarıb

31-10-2024

"Azərkosmos": Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

08-10-2024

“SpaceX”in internet peyklərinin yeni qrupu orbitə çıxarılıb

12-11-2024

"SpaceX"in raketi "Starlink"in bir qrupu ilə orbitə çıxıb

05-12-2025

“SpaceX” Avropanın iki naviqasiya peykini orbitə çıxarıb

18-09-2024

“SpaceX” orbitə daha 26 internet peyki çıxarıb

13-05-2025

"Vega-C" raketi KOMPSAT-7 peykini orbitə çıxarıb

02-12-2025

"SpaceX" orbitə 21 peyk göndərdi

04-09-2023

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Azərbaycanın yeni peykləri orbitə “Falcon” raketləri ilə buraxıla bilər

09-05-2023

“Azərkosmos”: Yeni nəsil peyk sistemlərini orbitə çıxaracağıq

24-04-2025

Azərbaycanın növbəti peykinin orbitə buraxılacağı vaxt açıqlanıb

05-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə