Previous Next
Bağla

Azercell 20 il çalışan işçilərini mükafatlandırıb- Foto

15-12-2016 17:17
Azercell  20 il çalışan işçilərini mükafatlandırıb- Foto

Azərbaycanın aparıcı mobil operatoru, milyonlarla abunəçinin etibarını qazanmış Azercell Telekom MMC 20 illik yubileyi münasibəti ilə şirkətdə ilk gündən çalışan işçiləri üçün görüş təşkil edib.

Düz 20 il əvvəl – 1996-cı il dekabrın 15-də Azercell Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb.

Bununla da ölkənin mobil telekommunikasiya sektorunun tarixində tamamilə yeni keyfiyyət səhifəsi açılmış olub. 

Xeberler.az-ın məlumatına görə, görüş zamanı Azercell-in prezidenti Vahid Mürsəliyev çıxış edib, şirkətin 20 ildə keçdiyi yola qısa nəzər salaraq indi gəlib çıxdığı səviyyəni dəyərləndirib.

Onu sözlərinə görə, Azercell təqdim etdiyi xidmətlər sayəsində öz abunəçilərinin hər kəsdən və hər zaman bir addım irəlidə olmasını təmin etməkdə israrlıdır:

“Hazırda beynəlxalq şirkətin bir hissəsi olan Azercell nəinki ölkənin, ümumilikdə regionun qabaqcıl mobil operatorudur. Biz bu mövqeyə gəlib çatmaq, müştərilərimizin sonsuz etibarını qazanmaq üçün çox işləmişik. Abunəçilərimizə qarşı dürüst olmuşuq, onlara hörmətlə yanaşmışıq. ​Əminəm ki, dəyərlərimizə və biznes prinsiplərimizə sadiq qalaraq, bundan sonra da öncüllüyümüzü qoruyub saxlayacaq, daha da inkişaf edəcəyik”.

V.Mürsəliyev şirkətin yarandığı gündən Azercell-də işləyən, 20 ildir burada əmək sərf edən əməkdaşları da mükafatlandırıb. Onlara xatirə hədiyyələri, sertifikatlar təqdim olunub, gələcək işlərində daha böyük uğurlar arzulanıb.

Azercell prezidenti qeyd edib ki, istənilən şirkətin uğur qazanmasında ən başlıca faktor onun peşəkar komandasının mövcudluğu, əməkdaşlarının işə məsuliyyətli yanaşması ilə bağlıdır:

"Bu baxımdan Azercell-in bəxti gətirib, çünki məhz sadiq əməkdaşları sayəsində Azercell indiki lider mövqeyə gəlib çata bilib. Hazırda Azercell-in peşəkar işçiləri digər şirkətlərdə təlimlər keçir, xarici ölkələrdə işləyirlər. Eyni zamanda, Azercell rəhbərliyi də öz işçilərinin səylərini yüksək qiymətləndirir. Yubiley yığıncağında Azercell-in departament direktorları, aparıcı əməkdaşları iştirak ediblər.

Azercell yeni nəsil telekommunikasiya şirkəti kimi daim öndə olmağı, hər kəsin etibar etdiyi operator kimi qalmağı, daha yeni yüksəklikləri fəth etməyi  hədəfləyir.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan

14-12-2019

“Azercell-in mobil bazarda payı 48 faizdir”

22-02-2017

Azercell-ə daşınan nömrələrin sayı artıb

27-10-2015

Azercell Azərbaycana yeni texnologiya gətirir

02-12-2015

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

20-06-2022

Azercell iPhone 12 və iPhone 12 Pro alan abunəçilərə internet hədiyyə edir

06-11-2020

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018

“Xidmətlərimizin səviyyəsi Formula-1 yarışı kimi sürətli olacaq”

13-04-2016

Azercell “İlin Mobil Operatoru” seçildi

18-12-2015

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021

“Azercell” abunəçilərinə yarana biləcək problemlər barədə xəbərdarlıq etdi

30-01-2009

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020

Vahid Mürsəliyev Azercell-in prezidenti təyin olundu

01-12-2015

«Azercell» daha 4 beynəlxalq MMS rouminq sazişi bağlayıb

07-05-2009

“Azercell telekommunikasiyanın inkişafına 68 milyon manat vəsait ayırıb”

24-02-2016

Azercell 21 yaşını qeyd edib

16-12-2017

Azercell 4G şəbəkəsini genişləndirir

15-11-2015

Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin

18-10-2019

Azercell-dən Yeni İl kampaniyası

05-01-2018

Azercell: “600-dən çox yeni iPhone sifarişi almışıq”

05-11-2016

Azercell-in prezidenti tələbələrlə görüşüb-Foto

15-12-2017

Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

16-05-2020

Azercell-dən daha bir uğur

08-12-2017

Azercell abunəçilərinə hədiyyə balans qazandırır

23-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə