Previous Next
Bağla

Azercell 552 pulsuz diş müalicəsi edib

02-02-2018 15:51
 Azercell 552 pulsuz diş müalicəsi edib

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası uğurla fəaliyyət göstərir. Klinika 2017-ci ildə gördüyü işlərlə bağlı yekun hesabatını açıqlayıb.

Xeberler.az bildirir ki, hesabata əsasən kimsəsiz və yardıma ehtiyacı olan 552 nəfər ötən il klinikanın müayinə və müalicəsinə cəlb olunub. Yanvar ayında Mobil Diş Klinikası Pirşağıda 10 saylı internat evindəki 124 uşağa xidmət göstərib. Fevral və mart ayları ərzində klinikanın həkimləri Zəngilan şəhərciyi tam orta məktəbinin 50 nəfər şagirdini müayinəyə cəlb ediblər.

Aprel və may aylarında Əhmədli qəsəbəsi SOS Uşaq Kəndində məskunlaşan 102 nəfər uşaq peşəkar stomatoloji xidmətdən yararlana bilib. İyun ayında isə həkimlər Yasamal Rayonu Əlillər Təşkilatında 47 nəfərə təmənnasız yardım ediblər. İyul, avqust və sentyabr aylarında Abşeron rayonu, "Məzun evi" sosial müəssisəsinin 139 nəfəri bu xidmətdən yararlanıb. Oktyabr ayında Nizami rayonu, Lal-kar uşaqlar üçün 3 saylı internat məktəbinə baş çəkən klinikanın həkimləri burda 35 nəfəri müayinə və müalicəyə cəlb ediblər.

Sabunçu rayonu, 11 saylı inteqrasiya təlimli internat məktəbində isə həkimlər oktyabr ayında xidmət göstəriblər. İnternat məktəbində 56 nəfər müayinədən keçib.

Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar, Lənkəran, Lerik və Balakəndə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Biləsuvarda yerləşən Qaçqın düşərgəsində və internat məktəbində uşaqlara xidmət göstərib. 

Qeyd edək ki, Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan Azercell Telekom MMC Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Fəaliyyət göstərdiyi bu illər ərzində minlərlə insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu təqdirdə müalicə alıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

26-07-2017

Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

02-02-2017

Azercell-in Mobil Diş Klinikası pulsuz stomatoloji xidmət göstərib

16-02-2016

Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir

20-04-2018

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası hesabatını açıqladı

15-01-2020

Azercell-in dəstəyi ilə pulsuz göz müayinələri davam edir

06-02-2018

Azercell təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

15-05-2019

“Mobil Göz Klinikası” pulsuz göz müayinələrini davam etdirir

07-02-2017

Azercell-dən pulsuz müayinələr

04-04-2017

Azercellin Mobil Diş Klinikası ödənişsiz müayinələri davam etdirir

03-11-2019

Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə davam edir

05-07-2021

Azercell-in Mobil Göz Klinikası fəaliyyətini davam etdirir

24-04-2018

Azercell 250-ə yaxın pulsuz göz müayinəsi təşkil edib

04-05-2016

Mobil Göz Klinikası daha 800-ə yaxın insana dəstək oldu

30-07-2018

Azercell-dən pulsuz göz müayinəsi imkanı

30-03-2016

Azercell sosial layihələrini davam etdirir

17-08-2018

Azercell 1000-dən çox pulsuz göz müayinəsi təşkil edib

18-01-2017

Azercell-in Mobil Göz Klinikası Ağdama səfər edib

30-01-2019

Azercell-in Mobil Göz Klinikasında 500-dən çox müayinə aparılıb

26-11-2015

Azercell-dən pulsuz göz müayinəsi

21-10-2016

Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

02-04-2021

Azercell ödənişsiz göz müayinələri təşkil etməyə davam edir

11-03-2019

Azercell-in Mobil Göz Klinikası yüzlərlə insanı pulsuz müayinə edib

10-09-2015

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

10-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə