Previous Next
Bağla

Azercell-in Mobil Göz Klinikası yüzlərlə insanı pulsuz müayinə edib

10-09-2015 14:15
Azercell-in Mobil Göz Klinikası yüzlərlə insanı pulsuz müayinə edib

Azercell-in Mobil Göz Klinikası yay aylarında yüzlərlə insanı pulsuz müayinə edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Azercell Telekom-un unikal sosial layihələrindən biri olan Mobil Göz Klinikası bu gün də fəaliyyətini uğurla davam etdirir. Hər zaman olduğu kimi, Mobil Göz Klinikası bu il də valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edərək, həmçinin, ahıllar və aztəminatlı ailələrə də xidmət göstərib.

2011-ci il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan və Azərbaycanda çox maraqla qarşılanan bu layihədən indiyə qədər 2 mindən artıq uşaq yararlanıb. Layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Azercell-in bu təşəbbüsü o qədər uğurlu olub ki, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırmağa başlayıblar. Təkcə bu ilin son 7 ayı ərzində Azercell-in bu layihəsi çərçivəsində 455 nəfər müayinədən keçib ki, bunun da 305 nəfəri uşaqlar, 150 nəfəri isə böyüklərdir.

Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində Klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Azercell-in bu uğurlu layihəsi payız və qış aylarında ehtiyacı olan insanlara yardım etməyə davam edəcək.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Mobil Göz Klinikası Ağdama səfər edib

30-01-2019

Azercell sosial layihələrini davam etdirir

17-08-2018

Azercell-in Mobil Göz Klinikasında 500-dən çox müayinə aparılıb

26-11-2015

Azercell ödənişsiz göz müayinələrini davam etdirib

30-03-2019

Azercell ödənişsiz göz müayinələri təşkil etməyə davam edir

11-03-2019

Azercell ödənişsiz göz müayinələri təşkil edib

19-07-2019

Azercell-in Mobil Göz Klinikasının səfərləri davam edir

07-11-2019

Azercell-dən pulsuz göz müayinəsi imkanı

30-03-2016

Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir

20-04-2018

“Mobil Göz Klinikası” pulsuz göz müayinələrini davam etdirir

07-02-2017

Azercell-dən pulsuz göz müayinəsi

21-10-2016

Azercell-in Mobil Diş Klinikası pulsuz stomatoloji xidmət göstərib

16-02-2016

Azercell-in Mobil Göz Klinikası-nda 900-dən çox adam müayinə edilib

31-01-2020

Azercell-in dəstəyi ilə 13 minə yaxın insan tibbi yardım alıb

22-02-2019

Azercell 250-ə yaxın pulsuz göz müayinəsi təşkil edib

04-05-2016

Mobil Göz Klinikası daha 800-ə yaxın insana dəstək oldu

30-07-2018

Azercell tərəfindən ödənişsiz göz müayinələrinin təşkili davam edir

10-04-2019

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

10-10-2019

Azercell ilə dünyanı daha yaxşı görün

08-05-2019

Azercell təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

15-05-2019

Azercellin Mobil Diş Klinikası ödənişsiz müayinələri davam etdirir

03-11-2019

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası hesabatını açıqladı

15-01-2020

Azercell-in Mobil Göz Klinikası Ağdama gedir

13-09-2018

Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

02-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə