Previous Next
Bağla

Azercell-dən pulsuz göz müayinəsi

21-10-2016 17:48
Azercell-dən pulsuz göz müayinəsi

Azercel şirkətinin yardımı ilə kimsəsiz qadının göz əməliyyatı uğurla həyata keçirilib.

Azercell Telekom-un dörd illik tarixi olan “Mobil Göz Klinikası” sosial layihəsi indiyə qədər valideyn himayəsindən məhrum olan minlərlə uşağa, həmçinin ahıllara və aztəminatlı ailələrə xidmət göstərib.

Şirkətdən Xeberler.az-an verilən məlumata görə, klinikanın həkimləri bu ilin avqust və sentyabr aylarında da müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara dayaq durublar. Müayinə olunan xəstələrin arasında Mərdəkan qəsəbəsində, qonşusunun evində qalan tənha qadın Murzina Valentinanın iki gözündə katarakta aşkar olunub. Azercell-in, Xəzər Qayğıkeşlik mərkəzinin və TİSA beynəlxalq məktəbin tələbələri tərəfindən göstərilən yardım nəticəsində xanımın hər iki gözü uğurla əməliyyat edilib.

Azercell-in Mobil Göz klinikasının dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyinin həkim-oftalmoloqları  ümumillikdə avqust və sentyabr aylarında 206 nəfərə pulsuz tibbi xidmət göstərib.

İlk olaraq Mingəçevir şəhərində valideyn himayəsindən məhrum olan  uşaqlara, ahıllara və aztəminatlı ailələrə xidmət göstərilib. Həkimlər 29 böyük və 6 uşaq olmaqla 35 nəfəri müayinə ediblər. Həkimlərin geniş müayinələri nəticəsində 3 nəfərin gözündə  katarakta aşkar edilib və qərara gəlinib ki, xəstələr oktyabr ayında keciriləcək pulsuz əməliyyat aksiyasından yararlansınlar.

Azercell-in Mobil Göz klinikasının həkimləri Mingəçevirdən sonra Ağstafa rayonuna səfərləri zamanı 30 nəfəri müayinə edərək, 19 nəfərə eynək reseptləri yazıb, 14 nəfərə müalicə təyin ediblər.

Azərbaycanın bölgələrinə səfərdən sonra Mobil Göz Klinikasının həkimləri Bakının bir sıra qəsəbələrində pulsuz yardımlarını davam etdiriblər. Bakının Pirallahı, Qaraçuxur, Bülbülə və Mərdəkan qəsəbələrində valideyn qayğısından məhrum olan  150 nəfərə yaxın kimsəsiz uşaq və aztəminatlı ailələrin üzvləri müayinədən keçib və müalicə alıblar.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər ediblər. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olublar.

 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell 250-ə yaxın pulsuz göz müayinəsi təşkil edib

Azercell 250-ə yaxın pulsuz göz müayinəsi təşkil edib

04-05-2016
Azercell-dən pulsuz göz müayinəsi imkanı

Azercell-dən pulsuz göz müayinəsi imkanı

30-03-2016
 “Mobil Göz Klinikası” pulsuz göz müayinələrini davam etdirir

“Mobil Göz Klinikası” pulsuz göz müayinələrini davam etdirir

07-02-2017
Azercell-dən pulsuz müayinələr

Azercell-dən pulsuz müayinələr

04-04-2017
Azercell-in Mobil Göz Klinikasında 500-dən çox müayinə aparılıb

Azercell-in Mobil Göz Klinikasında 500-dən çox müayinə aparılıb

26-11-2015
Azercell-in Mobil Diş Klinikası pulsuz stomatoloji xidmət göstərib

Azercell-in Mobil Diş Klinikası pulsuz stomatoloji xidmət göstərib

16-02-2016
Azercell-in dəstəyi ilə pulsuz göz müayinələri davam edir

Azercell-in dəstəyi ilə pulsuz göz müayinələri davam edir

06-02-2018
Azercell Telekom MMC-nin Mobil Diş Klinikası hesabatını açıqladı

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası hesabatını açıqladı

15-01-2020
Azercell-in Mobil Göz Klinikası Ağdama səfər edib

Azercell-in Mobil Göz Klinikası Ağdama səfər edib

30-01-2019
Azercell-in Mobil Göz Klinikası fəaliyyətini davam etdirir

Azercell-in Mobil Göz Klinikası fəaliyyətini davam etdirir

24-04-2018
Azercell 1000-dən çox pulsuz göz müayinəsi təşkil edib

Azercell 1000-dən çox pulsuz göz müayinəsi təşkil edib

18-01-2017
Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

02-04-2021
Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə davam edir

Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə davam edir

05-07-2021
Azercell-in Mobil Göz Klinikası yüzlərlə insanı pulsuz müayinə edib

Azercell-in Mobil Göz Klinikası yüzlərlə insanı pulsuz müayinə edib

10-09-2015
 Azercell 552 pulsuz diş müalicəsi edib

Azercell 552 pulsuz diş müalicəsi edib

02-02-2018
Azercell-in Mobil Göz Klinikası Ağdama gedir

Azercell-in Mobil Göz Klinikası Ağdama gedir

13-09-2018
Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir

Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir

20-04-2018
Azercell ödənişsiz göz müayinələri təşkil etməyə davam edir

Azercell ödənişsiz göz müayinələri təşkil etməyə davam edir

11-03-2019
Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

02-02-2017
Azercell  sosial layihələrini davam etdirir

Azercell sosial layihələrini davam etdirir

17-08-2018
Azercell-in Mobil Göz Klinikasının səfərləri davam edir

Azercell-in Mobil Göz Klinikasının səfərləri davam edir

07-11-2019
Azercell-in Mobil Göz Klinikası-nda 900-dən çox adam müayinə edilib

Azercell-in Mobil Göz Klinikası-nda 900-dən çox adam müayinə edilib

31-01-2020
Azercell ilə dünyanı daha yaxşı görün

Azercell ilə dünyanı daha yaxşı görün

08-05-2019
Azercell ödənişsiz göz müayinələrini davam etdirib

Azercell ödənişsiz göz müayinələrini davam etdirib

30-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə