Previous Next
Bağla

Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə davam edir

05-07-2021 11:14
Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə davam edir

"Azercell Telekom" MMC-nin Səyyar Diş və Göz Klinikaları son üç ayda bütün təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmaqla 400-dən çox aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan şəxsə xidmət göstərib.

Belə ki, Azercell-in Səyyar Diş Klinikasında bu ilin ikinci rübü ərzində 166 nəfərə təmənnasız tibbi yardım göstərilib. Aprel ayında klinikanın həkimləri Suraxanı rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladlarını (46 nəfər) müalicə və müayinə ediblər. May ayında Masazır qəsəbəsindəki 56 saylı Kəlbəcər tam orta məktəbinin 50-yə yaxın şagirdi müayinədən keçib. İyun ayında isə Gürgən qəsəbəsində xidmətdə olan klinikada 71 uşağın diş problemi aradan qaldırılıb. Ümumilikdə bu ilin ilk yarısında Azercell-in Səyyar Diş Klinikasında 218 nəfər müalicə alıb. 

Hesabat dövründə Azercell-in Səyyar Göz Klinikası da öz növbəsində oftalmoloji problemləri olan şəxslərə yardımını əsirgəməyib. Son 3 ayda Azərbaycanın müxtəlif bölgələrinə səyahət edən klinikanın həkimləri 267 nəfərə kömək göstəriblər. Təkcə iyun ayında 120 xəstə (93 böyük, 27 uşaq) pulsuz müayinə və müalicə olunub. Onlar arasında şəhid və qazi ailələrinin üzvləri, aztəminatlı ailələrin uşaqları, uşaq və gənclər təşkilatlarının üzvləri də var.

2021-ci ilin əvvəlindən bu günədək klinikanın həkimləri tərəfindən göz problemi olan 372 nəfərə (230 böyük, 142 uşaq) yardım edilib. Bu müddət ərzində klinikanın heyəti Bakı ilə yanaşı, Sumqayıt, Pirallahı və Zirə qəsəbələri, Quba, Ucar, Kürdəmir rayonu, Siyəzən rayonları, Xudat şəhərində səyyar şəkildə xidmət göstərib.

Beləliklə, Azercell-in Səyyar Klinikaları bu il ərzində ümumilikdə 600-ə yaxın şəxsə ödənişsiz tibbi xidmət təqdim edib. Qeyd edək ki, "Azercell Telekom" MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən səyyar klinikalar "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

02-04-2021

Azercell 552 pulsuz diş müalicəsi edib

02-02-2018

Azercell-in Mobil Diş Klinikası pulsuz stomatoloji xidmət göstərib

16-02-2016

Azercell-in dəstəyi ilə pulsuz göz müayinələri davam edir

06-02-2018

Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

26-07-2017

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası hesabatını açıqladı

15-01-2020

Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir

20-04-2018

Azercell sosial layihələrini davam etdirir

17-08-2018

Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

02-02-2017

Azercell-dən pulsuz müayinələr

04-04-2017

Azercell-dən pulsuz göz müayinəsi

21-10-2016

Azercell-in Mobil Göz Klinikası fəaliyyətini davam etdirir

24-04-2018

Azercell və Xəzər TV-nin birgə xeyriyyə layihəsi

07-06-2019

Azercell ödənişsiz göz müayinələri təşkil etməyə davam edir

11-03-2019

Azercellin Mobil Diş Klinikası ödənişsiz müayinələri davam etdirir

03-11-2019

Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə aksiyada iştirak edib

24-11-2020

Azercell təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

15-05-2019

“Mobil Göz Klinikası” pulsuz göz müayinələrini davam etdirir

07-02-2017

Azercell 250-ə yaxın pulsuz göz müayinəsi təşkil edib

04-05-2016

Azercell-in Mobil Göz Klinikası Ağdama səfər edib

30-01-2019

“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları yüzlərlə insana təmənnasız xidmət göstərib

16-01-2021

Azercell-in Mobil Göz Klinikasının səfərləri davam edir

07-11-2019

Azercell-in dəstəyi ilə 13 minə yaxın insan tibbi yardım alıb

22-02-2019

Azercell 1000-dən çox pulsuz göz müayinəsi təşkil edib

18-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə