Previous Next
Bağla

Azercell-in dəstəyi ilə pulsuz göz müayinələri davam edir

06-02-2018 16:16
Azercell-in dəstəyi ilə pulsuz göz müayinələri davam edir

Ölkədə 20 ildən artıq müxtəlif istiqamətdə sosial məsuliyyət layihələri həyata keçirən Azercell Telekom-un dəstəyi ilə səyyar Mobil Göz Klinikası ötən il 864 nəfərə pulsuz xidmət göstərib.

Xeberler.az-ın məlumatına görə, yanvar ayı ərzində klinikanın həkimləri Kürdəmir rayonunda məskunlaşan 36 məcburi köçkün və qaçqınlara yardım ediblər. Müayinələr nəticəsində eynək reseptləri yazılıb, müalicələr təyin edilib.

Eyni zamanda Əmircan qəsəbəsi 13 saylı və Hövsan qəsəbəsi 23 saylı poliklinikada 58 nəfər müayinə olunub.

Sabunçu rayonu Sosial Müdafiə Fondunun dəstəyi ilə isə 42 nəfər müayinədən yararlanıb. Fevral ayında həkimlər Bilgəh və Şağan qəsəbəsində ümumilikdə 78 nəfəri müayinə ediblər. Bilgəh qəsəbəsi 11 saylı internat məktəbində 42, Şağan qəsəbəsi Əlilliyi olanlar üçün müalicəvi pansionatda 36, Nərimanov rayonu "Qızıl Aypara" cəmiyyətində isə 32 nəfər müayinəyə cəlb olunub.

Yaz aylarında da klinikanın həkimləri yüksək və aktiv fəaliyyətləri ilə seçiliblər. Mart ayında həkimlər Nərimanov rayonundakı Rus icmasına, Gəncə Şəhərində SOS Uşaq Kəndindəki uşaqlara və Lökbatan qəsəbəsində məskunlaşan qaçqınlara xidmət göstəriblər. Aprel və may aylarında Mobil göz klinikasının həkimləri Pirşağı qəsəbəsi 10 saylı internat evində 29, İcra Hakimiyyətinin dəstəyi ilə Pirallahı qəsəbəsində yaşayan 30 imkansız şəxsə, Yasamal və Nizami rayonunda 84, Xaçmaz rayonu Gödəkli kəndi tam Orta məktəbinin 35 şagirdinə xidmət göstəriblər. İyun ayında isə klinikanın həkimləri Bakının Yasamal və Dərnəgül rayonlarında məskunlaşan 43 məcburi köçkün və qaçqını, eyni zamanda 20-ci sahə “Qızıl Aypara“ Cəmiyyətində 25 nəfəri müayinə və müalicə ediblər.

İyun ayında Mobil Göz Klinikası Xaçmaz rayonunda məskunlaşan 28 nəfər məcburi köçkünə də yardım ediblər. Sumqayıt şəhərində məskunlaşan 28 məcburi köçkünə isə klinikanın həkimləri iyul ayında xidmət göstəriblər. Avqust ayında isə Xırdalan şəhəri “Sevinc” uşaq bağçasında məskunlaşan məcburi köçkün, o cümlədən Buzovnada yardımda ehtiyacı olan 59 nəfər müayinədən yararlanıb. Binə qəsəbəsində “Ümid yeri”sığınacağında 31 nəfər, Buzovnada isə 1 saylı psixonevrolojı sosial xidmət müəssisəsində 22 nəfər oktyabr ayında həkimlərin müayinə və müalicəsinə cəlb olunub.

Azercell Telekom və “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin dəstəyilə fəaliyyət göstərdiyi bu illər ərzində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Bakı ilə yanaşı, klinikanın həkimləri ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-dən pulsuz müayinələr

04-04-2017

Azercell-in Mobil Göz Klinikası fəaliyyətini davam etdirir

24-04-2018

Azercell 552 pulsuz diş müalicəsi edib

02-02-2018

“Mobil Göz Klinikası” pulsuz göz müayinələrini davam etdirir

07-02-2017

Mobil Göz Klinikası daha 800-ə yaxın insana dəstək oldu

30-07-2018

Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

26-07-2017

Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə davam edir

05-07-2021

Azercell 1000-dən çox pulsuz göz müayinəsi təşkil edib

18-01-2017

Azercell 250-ə yaxın pulsuz göz müayinəsi təşkil edib

04-05-2016

Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

02-02-2017

Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir

20-04-2018

Azercell-in Mobil Diş Klinikası pulsuz stomatoloji xidmət göstərib

16-02-2016

Azercell-dən pulsuz göz müayinəsi

21-10-2016

Azercell-in Mobil Göz Klinikası Ağdama səfər edib

30-01-2019

Azercell-in Mobil Göz Klinikasında 500-dən çox müayinə aparılıb

26-11-2015

Azercell-dən pulsuz göz müayinəsi imkanı

30-03-2016

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası hesabatını açıqladı

15-01-2020

Azercell ödənişsiz göz müayinələri təşkil etməyə davam edir

11-03-2019

Azercell sosial layihələrini davam etdirir

17-08-2018

Azercell ilə dünyanı daha yaxşı görün

08-05-2019

Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

02-04-2021

Azercell təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

15-05-2019

Azercell-in Mobil Göz Klinikası Ağdama gedir

13-09-2018

Azercell-in Mobil Göz Klinikasının səfərləri davam edir

07-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə