Previous Next
Bağla

Azercell-dən pulsuz müayinələr

04-04-2017 18:30
Azercell-dən pulsuz müayinələr

Bu ilin yanvar, fevral və mart ayları ərzində məcburi köçkün və aztəminatlı ailələr üçün pulsuz göz müayinələri təşkil edilib. Belə ki, Azercell –in Mobil Göz Klinikası 2017-ci ilin ilk 3 ayı ərzində də fəaliyyətini uğurla davam etdirib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, klinika yanvar, fevral və mart ayları ərzində müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib.Yeni ilin ilk ayında klinikanın həkimləri Bakının Hövsan, Əmircan və Sabunçu qəsəbəsində, həmçinin  Kürdəmir rayonunda məcburi köçkün və kimsəsizlər üçün müayinələr təşkil ediblər.

Bu səfərlər çərçivəsində 136 nəfər ümumi yoxlamadan keçib. Fevral ayında isə klinikanın həkimləri 108 nəfəri müayinəyə cəlb ediblər. İlk olaraq Bilgəh qəsəbəsi 11 saylı internat məktəbinə üz tutan həkimlər, sonra "Qızıl Aypara" cəmiyyətində və Şağan qəsəbəsi "Əlilliyi olanlar üçün müalicəvi pansionatda" xidmət göstəriblər.

Mart ayında isə Nərimanov rayonunda, Gəncə şəhəri SOS uşaq kəndində və Lökbatan qəsəbəsində 100-dən çox insan müayinədən keçib. Bu ilin əvvəlində 108-i uşaq, 236-sı isə böyük olmaqla, ümumilikdə 344 nəfər müayinə olunub. Müayinələr nəticəsində 203 nəfərə müalicə, 147 nəfərə isə eynək təyin olunub.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in dəstəyi ilə pulsuz göz müayinələri davam edir

06-02-2018

Azercell-in Mobil Göz Klinikası fəaliyyətini davam etdirir

24-04-2018

“Mobil Göz Klinikası” pulsuz göz müayinələrini davam etdirir

07-02-2017

Azercell-dən pulsuz göz müayinəsi

21-10-2016

Azercell 552 pulsuz diş müalicəsi edib

02-02-2018

Azercell 250-ə yaxın pulsuz göz müayinəsi təşkil edib

04-05-2016

Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

26-07-2017

Azercell-dən pulsuz göz müayinəsi imkanı

30-03-2016

Azercell-in Mobil Göz Klinikasında 500-dən çox müayinə aparılıb

26-11-2015

Azercell-in Mobil Göz Klinikası Ağdama səfər edib

30-01-2019

Azercell 1000-dən çox pulsuz göz müayinəsi təşkil edib

18-01-2017

Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə davam edir

05-07-2021

Azercell-in Mobil Diş Klinikası pulsuz stomatoloji xidmət göstərib

16-02-2016

Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir

20-04-2018

Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

02-02-2017

Mobil Göz Klinikası daha 800-ə yaxın insana dəstək oldu

30-07-2018

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası hesabatını açıqladı

15-01-2020

Azercell ödənişsiz göz müayinələri təşkil etməyə davam edir

11-03-2019

Azercell ilə dünyanı daha yaxşı görün

08-05-2019

Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

02-04-2021

Azercell sosial layihələrini davam etdirir

17-08-2018

Azercell-in Mobil Göz Klinikası Ağdama gedir

13-09-2018

Azercell-in Mobil Göz Klinikası yüzlərlə insanı pulsuz müayinə edib

10-09-2015

Azercell ödənişsiz göz müayinələri təşkil edib

19-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə