Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Yeni xidmətin üstünlükləri:
1. Müştəri sorğularını ani emal edir;
2. Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;
3. Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.
Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər xüsusi bölüm vasitəsilə tətbiqin funksionallığına dair təklif və istəklərini də rahatlıqla göndərə bilərlər.
“Azercell” tətbiqin yeni imkanlarından yararlanmaq üçün tətbiqin ən yeni versiyasını “App Store” və ya “Play Store”dan yükləmək xahiş edilir.
Xatırladaq ki, ötən ilin dekabr ayında “AI Chat Bot”u Android əməliyyat sistemində işləyən cihazlar üçün istifadəyə vermiş Azercell yerli telekommunikasiya bazarında süni zəka əsaslı bot xidmətini təqdim etmiş ilk telekommunikasiya şirkəti oldu.
“Azercell” tətbiqini indi yükləyin və süni zəka texnologiyasının üstünlüklərindən faydalanın!
Əlavə məlumat üçün: https://www.azercell.com/az/
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri