Previous Next
Bağla

Azercell-in Əlaqə Mərkəzi ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

14-08-2025 14:41
Azercell-in Əlaqə Mərkəzi ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

2025-ci ilin ilk altı ayı ərzində “Azercell Telekom”un müştəri xidmətləri kanalları üzərindən 2,5 milyondan çox müraciət qeydə alınıb. Bu dövrdə Telefon Mərkəzinə 1.5 milyona yaxın zəng daxil olub. Onlayn Müştəri Xidmətləri isə ümumilikdə 400 min sorğunu cavablandırıb.

Bu sorğuların 224 mini şirkətin “Facebook”, “Instagram”, “LinkedIn”, “X” və “TikTok” sosial media hesabları vasitəsilə qeydə alınıb. Eyni zamanda, Azercell-in mobil tətbiqinə inteqrasiya edilmiş süni intellekt əsaslı “AI Chat Bot” 800 minə yaxın müraciəti emal edib.

Telefon Mərkəzinə daxil olan zənglərin ortalama cavablandırılma müddəti 2 dəqiqə 45 saniyə təşkil edib ki, bu da 6-7 dəqiqəlik beynəlxalq standart ilə müqayisədə təqribən iki dəfə qısadır. Sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, balans və ödəniş məsələləri, tarif planları və digər xidmətləri əhatə edib.

Azercell-in Azərbaycan dilində tam spektr xidmət göstərən süni intellekt əsaslı ilk virtual assistenti olan “Aicell” də artıq müştəri məmnuniyyətinə öz töhfəsini verir.

Belə ki, Telefon Mərkəzinə müraciət etmiş müştərilərin 84%-in sorğusu “Aicell” tərəfindən emal edilib.

Məlumatlandırma, xidmətlərin aktivləşdirilməsi və deaktivləşdirilməsi daxil olmaqla, 10 istiqamət üzrə xidmət göstərən virtual assistent Mərkəzə daxil olmuş zənglərin 17%-ni müstəqil şəkildə cavablandırıb, digər sorğuları isə aidiyyəti üzrə yönləndirib.

Ötən ilin dekabr ayında “Azercell” mobil tətbiqində istifadəyə verilən “AI Chat Bot” isə istifadəçilərin istəklərini 90% dəqiqliklə anlayaraq onların 68%-ni birbaşa cavablandırıb.

24/7 rejimdə fəaliyyət göstərən bu rəqəmsal həll digər sorğuları Onlayn Müştəri Xidmətlərinə yönləndirib. Bu nəticələr Azercell-in yüksək xidmət keyfiyyətini və innovasiyalara əsaslanan müştəri yönümlü yanaşmasını əks etdirir. Belə ki, Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 93, 2% ilə qəbul edilmiş beynəlxalq standartdan (85%) üstün olub.

Azercell-in təqdim etdiyi xidmətin yüksək keyfiyyətinin daha bir göstəricisi mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Cari ilin aprel ayında “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq, Azercell ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərin emalına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Bu sertifikat müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.

Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə 7/24 rejimdə müraciət etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib

10-07-2024

Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95 faizə çatıb

04-04-2025

Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

28-06-2024

3 ay ərzində 1 milyona yaxın sorğu!

22-04-2022

Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94 faizi ötüb

25-01-2024

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022

“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

02-06-2023

"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22-01-2021

Azercell “AI Chat Bot” xidmətini təqdim edir

20-12-2024

Azercell Süni Zəka əsaslı Virtual Assistent xidmətini aktivləşdirib

15-11-2023

Azercell-in Müştəri Məmnuniyyəti göstəricisi son altı ayda 90 faizi keçdi

17-08-2020

Azercell abunəçiləri arasında sorğu keçirib

09-08-2018

“Azercell” yeni mükafata layiq görülüb

02-03-2021

Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!

29-08-2022

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

Azərbaycanın ilk Müştəri Dəstək Xətti - 20 il

02-11-2018

Azercell Müştəri Xidmətləri Gənclik Mall-da

14-06-2016

Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

25-03-2020

Azercell “AI Chat Bot” artıq iOS istifadəçilərinin də xidmətində

23-01-2025

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib

15-12-2025

Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

29-07-2020

Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015

Azercell yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib

16-01-2019

Azercell-i Bakı Süni İntellekt Forumunda “Aicell” təmsil etdi

07-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə