Previous Next
Bağla

Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95 faizə çatıb

04-04-2025 15:53
Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95 faizə çatıb

İl ərzində Azercell-in Telefon Mərkəzi 3 milyona yaxın zəng qəbul edib. Bir zəngin orta gözləmə müddəti 35 saniyə, orta cavablama vaxtı isə 2.5 dəqiqə təşkil edib. Bu da qəbul edilmiş beynəlxalq standart ilə müqayisədə (6-7 dəqiqə) yüksək göstəricidir. Zənglər əsasən tariflər, internet paketləri, rəqəmsal xidmətlər, müştərək xidmətlərə dair məlumatlar, nömrə ilə bağlı əməliyyatlar, balans və cari kampaniyalar ilə əlaqədar olub.

Digər tərəfdən Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistent “Aicell”in müraciətləri həll etmə prosesləri də ötən il ərzində davamlı olaraq təkmilləşdirilib. Nəticədə 2024-cü ilin sonuna Telefon Mərkəzinə daxil olan müraciətlərin təxminən 17%-i operatorlara yönləndirmədən süni zəka tərəfindən cavablandırıb. Bu da öz növbəsində daha qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olub. Ötən il abunəçilərin “Aicell” ilə ünsiyyətə marağı daha da artaraq 78.5%-ə çatıb, botun istifadəçi istəklərini düzgün anlama səviyyəsi isə 96.6% təşkil edib.

Azercell-in rəqəmsal ünsiyyət kanalları da müştərilərlə effektiv əlaqə qurmaqda mühüm rol oynayıb. Çat mərkəzi ilboyu ümumilikdə 750 000-dən çox müraciəti cavablandırıb, bunlardan təxminən 103 000-i “Facebook” və “Instagram” üzərindən daxil olan şəxsi mesajlar təşkil edib. Fərdi müraciətlərlə yanaşı, “Facebook”, “Instagram”, “YouTube”, “LinkedIn” və “TikTok” sosial şəbəkələrində 380 000-ə yaxın müştəri şərhi də cavablandırılıb.

Ötən ilin dekabr ayında lider mobil operator telekommunikasiya bazarında daha bir ilkə imza ataraq müştəri sorğularını operativ və fasiləsiz cavablandırmaq üçün “AI Chat Bot” həllini də istifadəyə verib. “Azercell” mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən bu həll müştəri sorğularını 24/7 rejimində cavablandırır. Süni zəka assistentlərinin ümumi mövzularla bağlı daxil olan müraciətləri yerində cavablandırması Əlaqə Mərkəzinin təmsilçilərinə abunəçilərə daha fərdiləşmiş xidmət göstərməyə imkan verib.

2024-cü ildə Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95%-ə çatıb. Bu göstərici qəbul edilmiş beynəlxalq standard sayılan 85%-dən 10% yüksəkdir. Azercell-in təqdim etdiyi xidmətin keyfiyyətinin daha bir göstəricisi lider mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Ötən ilin mart ayında “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq Azercell “ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Qeyd edək ki, bu sertifikat müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.

7/24 abunəçilərin sorğularını qəbul edən Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib

10-07-2024

Azercell-in Əlaqə Mərkəzi ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

14-08-2025

Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

28-06-2024

Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94 faizi ötüb

25-01-2024

3 ay ərzində 1 milyona yaxın sorğu!

22-04-2022

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022

Azercell “AI Chat Bot” xidmətini təqdim edir

20-12-2024

"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22-01-2021

“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

02-06-2023

Azercell “AI Chat Bot” artıq iOS istifadəçilərinin də xidmətində

23-01-2025

Azercell Süni Zəka əsaslı Virtual Assistent xidmətini aktivləşdirib

15-11-2023

Azercell-in Müştəri Məmnuniyyəti göstəricisi son altı ayda 90 faizi keçdi

17-08-2020

“Azercell” yeni mükafata layiq görülüb

02-03-2021

Azercell abunəçiləri arasında sorğu keçirib

09-08-2018

Azərbaycanın ilk Müştəri Dəstək Xətti - 20 il

02-11-2018

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Azercell-i Bakı Süni İntellekt Forumunda “Aicell” təmsil etdi

07-06-2024

Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

29-07-2020

Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

25-03-2020

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir

31-07-2023

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir

31-07-2023

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!

29-08-2022

Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir

04-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə