Previous Next
Bağla

Azercell Amazon ilə tərəfdaşlıq qurur

07-10-2025 18:38
Azercell Amazon ilə tərəfdaşlıq qurur

Rəqəmsal transformasiya strategiyasının bir hissəsi olaraq, Azercell qlobal Amazon Partnyorlar Şəbəkəsinə (Amazon Partner Network) rəsmi şəkildə qoşularaq müvafiq sertifikasiyanı əldə edib.

7 oktyabr tarixində Azercell və AWS (Amazon Web Services) nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əməkdaşlığın inkişafı və yeni istiqamətlərin müəyyən edilməsi müzakirə olunub. Görüş zamanı əsas diqqət yerli süni intellekt həllərinin inkişafı, infrastruktur layihələri, o cümlədən Direct Connect (xüsusi şəbəkə bağlantısı xidməti) və digər texnoloji istiqamətlərə yönəldilib.

Amazon rəqəmsal transformasiya proseslərinin dəstəklənməsinə, rəqəmsal bazarın inkişafına, yeni tərəfdaşların cəlb olunmasına və innovasiyaların təşviqinə hazır olduğunu vurğulayıb. Müzakirələr zamanı xüsusi diqqət kibertəhlükəsizliyin gücləndirilməsi, texnologiya sahəsində ixtisaslı kadrların hazırlanması, İKT sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi və milli süni intellekt strategiyasının həyata keçirilməsi təşəbbüslərinə yönəldilib.

Görüşlər çərçivəsində kibertəhlükəsizlik, süni intellekt strategiyası və innovativ texnologiyalar mövzularında xüsusi sessiyalar da təşkil olunub. Bu tərəfdaşlıq ölkənin milli rəqəmsal ekosisteminin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Amazon Web Services dünyanın ən geniş və qlobal miqyasda ən böyük şəbəkəsinə malikdir. Şirkətin infrastrukturu unikal şəkildə qurulub və istər bulud mühitində, istərsə də lokal və ya kənar platformalarda fəaliyyət göstərən tətbiqlər üçün misilsiz miqyaslanma, performans və etibarlılıq təmin edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Amazon Web Services Azərbaycanda

18-12-2025

Rəşad Nəbiyev “Amazon Web Services” in vitse-prezidenti ilə görüşüb

09-12-2025

"Amazon" və "OpenAI" 38 milyard dollarlıq müqavilə imzalayıb

04-11-2025

“Amazon” məlumat bazalarını idarə edəcək

18-11-2013

Türkiyədə Amazon-un rəsmi ofisi açıldı

04-12-2015

“Amazon” Rusiyaya malların göndərilməsini dayandırır

10-03-2022

“Amazon” ChatGPT-yə sərmayə yatıracaq

30-01-2026

Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

08-07-2025

Amazon Londonda məlumat emalı mərkəzi yaradır

21-08-2015

Microsoft və Amazon müqavilə imzaladı

02-09-2015

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir

14-06-2025

Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

14-05-2026

Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib

23-07-2025

Azercell-in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

20-06-2025

"Amazon"un məlumat mərkəzinə zərbə endirilib

05-03-2026

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024

4SİM: "Milli süni intellekt strategiyası üçün yol xəritəsi tərtib olunub"

13-04-2023

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025

Amazonun Kuiper peyk interneti Özbəkistanda fəaliyyətə başlayır

14-10-2025

Azercell və UiPath əməkdaşlığa başlayır

21-04-2025

“Amazon” və “Google” çoxbuludlu xidmət təqdim edib

01-12-2025

Amazon kitab mağazası açır

05-11-2015

Azercell-in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşıb

23-09-2025

Azərbaycan məhsullarını Amazon-a çıxarır

08-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə