Previous Next
Bağla

Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

05-06-2026 11:32
Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

Azercell Telekom Azərbaycan dili üçün süni intellekt imkanlarının inkişafı istiqamətində mühüm addım atıb. Şirkət Amazon Web Services (AWS) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində böyük dil modellərinin (LLM) təlimi üçün praktik tətbiqə hazır texnoloji platforma yaradıb.

Qabaqcıl bulud texnologiyaları və süni intellekt həllərinin məhdud rəqəmsal resurslara malik dillərə uyğunlaşdırılması baxımından bu layihə AWS-in rəsmi platformasında uğurlu nümunə kimi təqdim olunub. Bu layihə ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan dilini anlayan və onun xüsusiyyətlərini nəzərə alaraq məlumatları düzgün emal edən süni intellekt sistemlərinin yaradılması ölkənin rəqəmsal inkişafı və texnoloji transformasiyası baxımından vacib istiqamətlərdən biridir.

Azərbaycan dili zəngin qrammatik quruluşu və nisbətən məhdud rəqəmsal dil resursları səbəbindən süni intellekt modellərinin öyrədilməsi üçün mürəkkəb dillərdən hesab olunur.

Azercell və AWS-in birgə yaratdığı platforma Azərbaycan dilində daha böyük həcmdə mətnlərin emalı üçün zəmin yaradaraq süni intellekt modellərinin təlim prosesinin səmərəliliyini artırır. Bu əməkdaşlıq modeli qlobal texnologiya bazarında müşahidə olunan tendensiyanı da əks etdirir.

Belə ki, hazırda dünyada telekommunikasiya operatorları və hiperskaler qismində çıxış edən dünyanın aparıcı texnologiya şirkətləri bulud xidmətləri, data analitikası və süni intellekt sahələrində innovasiyaların inkişafını sürətləndirmək üçün səylərini birləşdirirlər.

Azercell üçün bu əməkdaşlıq ənənəvi telekommunikasiya operatorundan texnologiya yönümlü rəqəmsal şirkətə transformasiyasında növbəti mərhələdir.

Qeyd edək ki, Azərbaycan dili üçün süni intellekt həllərinin lokallaşdırılması “Azərbaycan Respublikasının 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyası”nın əsas prioritetlərindən biri hesab edilir. Yaradılmış texnoloji platforma Azercell-in süni intellekt ekosisteminin inkişafı üçün baza rolunu oynayacaq. Platforma gələcəkdə intellektual virtual köməkçilər, çat-botlar və digər rəqəmsal xidmətlərin inkişafını sürətləndirərək müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin fərdiləşdirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, Azercell-in Azərbaycan dili üçün süni intellekt texnologiyalarının inkişafına yönəltdiyi investisiyalar şirkətin rəqəmsal potensialını gücləndirməklə yanaşı, ölkənin milli rəqəmsal ekosisteminin və innovasiya mühitinin inkişafına da töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Amazon ilə tərəfdaşlıq qurur

07-10-2025

Amazon Web Services Azərbaycanda

18-12-2025

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026

Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

08-07-2025

Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!

29-08-2022

Azercell-in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

20-06-2025

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025

Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

14-05-2026

Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub

04-06-2026

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026

Nvidia Səudiyyə Ərəbistanının süni intellekt startapı ilə saziş imzalayıb

15-05-2025

Aİ süni intellekt sahəsinə 1,3 milyard avro investisiya yatıracaq

31-03-2025

Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

16-12-2022

Azercell-in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşıb

23-09-2025

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

30-05-2025

Qazaxıstan və Oracle əməkdaşlıq memorandumu imzlayıb

10-11-2025

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

25-05-2026

“Amazon” ChatGPT-yə sərmayə yatıracaq

30-01-2026

“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

04-06-2026

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir

14-06-2025

Qazaxıstanda Orta Asiyanın ən güclü superkompüteri istifadəyə verilib

30-07-2025

Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib

23-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə