Previous Next
Bağla

Azercell BDU-un Barama Media Mərkəzinə verilən dəstəyi dayandırıb

26-09-2019 10:21
Azercell BDU-un Barama Media Mərkəzinə verilən dəstəyi dayandırıb

Xeberler.az bildirir ki, bir neçə il öncə Azercell ilə BDU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumun imzalanmasının əsas məqsədi innovasiyaların inkişafına dəstək verməkdir. Lakin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətini Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiyalar Agentliyində davam etdirəcəyi bildirildikdən sonra, Azercell və Barama tərəfindən BDU-da yaradılan Barama Media Mərkəzinə verilən dəstək dayandırılıb.

Bu haqda Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz məlumat verib:

"Dünən BDU-da növbəti dərsə hazırlaşarkən otaqda internet problemi yarandı.
Düşündüm ki, qonşu auditoriyadakı Barama Media Mərkəzinin internetindən istifadə edim.

Bildirildi ki, “məlum” hadislərədən sonra Azercell və Barama tərəfindən BDU-da yaradılan Barama Media Mərkəzinə dəstək dayandırılıb.

Azercell üçün, Barama NRYTN yanında İnnovasiya Agentliyinin tərkibinə qatıldıqdan sonra öz mərkəzini internetlə təmin etmək problemə çevrilib.

Məntiqlə bəlkə də, əksinə olmalıydı, yəni artıq dövlət şirkəti olan Azercell və İnnovasiya üzrə Dövlət Agentliyi dövlət universitetində olan mərkəzinə daha çox diqqət yetirməliydi.

Oturuşmuş , ciddi şirkətlərin bəlli ənənələri olur, öz prinsiplərinə sadiq qalırlar.
Bu baxımdan, düşünürəm ki, mənasız və bəsit tədbirlərə sponsorluq etməkdənsə hazır qurulmuş infrastrukturu dəstəkləmək, onun vasitəsilə tələbələrin innovativ ideyalarının reallaşmasına, bilik və bacarıqlarının inkişafına kömək etmək daha doğru və faydalı addım olardı.

Ümid edirəm ki, NRYTN, Azercell və İnnovasiya Agentliyi problemi həll edə biləcəklər".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert Azercell-in açıqlamasına münasibət bildirib

05-07-2019

Barama Media Mərkəzi istifadəyə verildi-Foto

28-03-2017

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

"Barama" fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək

04-07-2019

İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

21-11-2019

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

Azercellin departament rəhbəri işdən ayrılıb

09-07-2019

Startapçı həyatından bir gün

12-10-2018

2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

“Azercell”in “Barama” layihəsindəki staj proqramı başa çatıb

29-10-2010

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018

Ekspert: İnnovasiya Agentliyi startapları öz ofisindən çıxarır

12-11-2019

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

Azercell mükafata layiq görüldü

03-11-2015

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

09-07-2019

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018

“Barama İnkubasiya 2021” proqramı davam edir

09-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə