Previous Next
Bağla

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016 16:10
Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

Azercell Telekom ölkəmizdə keçirilən daha bir beynəlxalq foruma dəstək verib.

Belə ki, mayın 17-də Qafqaz Universitetində  Böyük Həcmli Verilənlər Günü Bakı 2016 (Big Data Day Baku 2016) beynəlxalq forumu Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və Azercell-in dəstəyi ilə baş tutub. Big Data Day Baku 2016 Beynəlxalq Forumu (BDDB2016), böyük həcmli verilənlər mövzusunda artıq ikinci dəfəfdir ki, ölkəmizdə keçirilib.

Xeberler.az-ın məlumatına  görə, bu dəfə  "Böyük Həcmli Verilənlərin Böyük Biznes Dəyərə Çevrilməsi" şuarı altında keçirilən tədbirdə bu sahədə öz həlləri ilə tanınmış IBM, Oracle, Microsoft kimi qlobal və Azercell və ATL kimi yərli şirkətlərin expertləri məruzələrlə çıxış edib.

Tədbirdə Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov da mövzu barədə geniş təqdimatla məruzə edib. Imran Bağırov öz çıxışında Müştəri Xidmətləri səviyyəsinin ölçülməsi və ən yüksək müştəri təcrübəsinin əldə edilməsində Böyük Həcmli Verilənlərin əvəzedilməz olduğunu vurğuladı.

Tədbirin əsas məqsədi, cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər haqqında fikirləri daha da artırmaq, biznes, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənlər Elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir.  Bu ilki tədbirdə maliyyə, enerji, telekom, marketinq sahələri üzrə çalışan şəxslər, sahibkarlar, tədiqatçılar, dövlət nümayəndələri və tələbələr iştirak ediblər.

Azercell-in dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə Barama HackDay 2016, Seedstars World kimi beynəlxalq müsabiqələr keçirilib. Azercell eyni zamanda Azərbaycanlı gənclərin İKT sahəsində biliklərinin artmasına, onların dünya səviyyəli peşəkarlara çevrilməsinə yardım olan hər bir tədbirə dəstək olur. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində indəyədək onlarla gənc öz layihəsini dünya bazarına çıxarmağa, şəxsi şirkət qurmağa nail olub.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda Big Data Day keçiriləcək

14-03-2016

“Böyük Həcmli Verilənlərin Günü 2015” konfransı keçiriləcək

13-05-2015

ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

12-06-2019

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

28-08-2018

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018

Azercell yerli startaplar üçün dünya bazarına yol açır

03-08-2015

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

Startaplar üçün 500 min dollar qazanmaq imkanı- Müsabiqə

08-06-2016

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Azercell Global İnfluencer Day tədbirinin GSM sponsorudur

27-10-2018

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

Onbranch startapından Gənc Ol istifadəçiləri üçün yeni imkanlar

07-09-2018

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Seedstars World-də Azərbaycanı Kvotter təmsil edəcək-Foto

19-06-2016

Barama Media Mərkəzi istifadəyə verildi-Foto

28-03-2017

Azercellin departament rəhbəri işdən ayrılıb

09-07-2019

Seedstars World növbəti dəfə Bakıya gəlir- 1 milyon qazanmaq imkanı

21-04-2017

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

Azercell Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət konfransında iştirak etdi

16-10-2015

Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

07-06-2019

2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018

Azercell-dən ADNSU tələbələrinə əməkdaşlıq imkanı

05-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə