Previous Next
Bağla

Ekspert: İnnovasiya Agentliyi startapları öz ofisindən çıxarır

12-11-2019 12:04
Ekspert: İnnovasiya Agentliyi startapları öz ofisindən çıxarır

"Agentliyin atdığı addımlar anlaşılmaz və düşündürücüdür, o cümlədən, birmənalı olaraq ekosistemin inkişafına əngəl yaradan bir haldır"

"Təəssüflə bildirmək istərdim ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında yaradılan İnnovasiya Agentliyinin ilk addımları ekosistem üçün elə də uğurlu olmayıb. Artıq məlum olduğu kimi, bu qurum agentlikdə yerləşən BARAMA Mərkəzində çalışan bütün startaplara 2 həftə ərzində buranı tərk etməyi tapşırıb". 

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə deyib.

Onun sözlərinə görə, yalnız gələn ildən müqaviləyə yenidən baxıla biləcəyi elan olunub: "Hətta bu tip məlumatları açıqladığına görə rəhbərlik əsəbiləşib və startaplara dərhal bu dövlət qurumunun ofisini tərk etməyi əmr edib. Qeyd etmək istərdim ki, bu quruma rəhbərlik edənlər görünür, buranın dövlət qurumu olmasını və son zamanlar ölkədə aparılan islahatları, idarəetmədə yeni yanaşmaları unudublar və ya ümumiyyətlə, bundan xəbərsizdirlər. Məlum olduğu kimi, "Azercell" dövlət şirkətinə çevriləndən sonra onun BARAMA Akselerasiya Mərkəzi "Azercell"in əlindən alındı və İnnovasiya Agentliyinə verildi. BARAMA-nın tərkibində müqavilə ilə işləyən startaplar da bura köçürüldü və onlarla agentliklə yeni müqavilələr bağlanacağı bildirilmişdi".

Osman Gündüz bildirib ki, "Azercell" dövlətləşəndən və BARAMA Mərkəzi Agentliyin tabeliyinə qatılandan sonra onun bütün rəhbərliyi də istefa verib: "İndi köhnə BARAMA komandasından burada heç kim qalmayıb. Qalan yalnız BARAMA adıdır. Təəsüfləndirici haldır. Çünki istənilən halda ekosistemdə bir xeyli müddət oturuşmuş və müəyyən ənənəsi olan qurumu, yenisi olmadan ləğv etmək heç bir halda doğru addım deyildi. İnnovasiya Agentliyinin yeni rəhbərliyinin BARAMA rəhbərliyi ilə yola getməməsi hər halda anlaşılan ola bilər. Çünki yeni rəhbərlik güman ki, yeni konsepsiya ilə fəaliyyətə başlayacaq və ola bilər ki, onlar daha yaxşı töhfə verəcəklər. Amma buradakı onlarla "köhnə" startap komandasını da bir anda bayıra atmaq, düşünürəm ki, izahı olmayan və yolverilməz bir haldır. Xüsusilə də, ölkə rəhbərliyi bu dövlət qurumunu yaradanda ölkədə ekositemi inkişaf etdirmək, daha yaxşı, daha əlverişli innovativ mühit formalaşdırmaq məqsədi qarşıya qoyub. Burada yaradılacaq İnkubasiya və Akselerasiya Mərkəzi vasitəsilə startaplara, gənclərə hər cür köməklik etmək vəzifəsi qarşıya qoyulub. Bildiyim qədər bu məqsədlə quruma 15000000 manat dövlət vəsaiti də ayrılıb".

Ekspert hesab edir ki, İnnovasiya Agentliyinin atdığı addımlar anlaşılmaz və düşündürücüdür: "O cümlədən, birmənalı olaraq ekosistemin inkişafına əngəl yaradan bir haldır. Son zamanlar ekosistemə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində müsbət təcrübələrimz artmaqdaydı. Məsələn, dövlət resursları ilə formalaşan İNNOLAND ekosistemin inkişafında ciddi rol oynamağa başlayıb. Yaxşı təcrübələri var. Yeni yaranan agentliyin beynəlxalq və yerli təcrübələri öyrənərək daha aktiv fəaliyyət qurmaq əvəzinə bu cür anlaşılmaz addımlar atması təəssüf doğurur. Ümid edirəm ki, əlaqədar qurumlar, NRYTN buna münasibət bildirəcək".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert Azercell-in açıqlamasına münasibət bildirib

Ekspert Azercell-in açıqlamasına münasibət bildirib

05-07-2019
Azercell BDU-un Barama Media Mərkəzinə verilən dəstəyi dayandırıb

Azercell BDU-un Barama Media Mərkəzinə verilən dəstəyi dayandırıb

26-09-2019
NRYTN tabeliyindəki İnnovasiyalar Agentliyi ləğv edilə bilərmi?

NRYTN tabeliyindəki İnnovasiyalar Agentliyi ləğv edilə bilərmi?

17-05-2019
Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015
İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

21-11-2019
Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

13-08-2018
Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018
Ekspert: “Üç qurum bir araya gələrək yol xəritəsi hazırlamalıdır”

Ekspert: “Üç qurum bir araya gələrək yol xəritəsi hazırlamalıdır”

17-03-2021
Startapçı həyatından bir gün

Startapçı həyatından bir gün

12-10-2018
Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019
Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

18-10-2018
Azercellin departament rəhbəri işdən ayrılıb

Azercellin departament rəhbəri işdən ayrılıb

09-07-2019
İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018
"Barama" fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək

"Barama" fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək

04-07-2019
Ekspert: NRYTN -da nə baş verir?

Ekspert: NRYTN -da nə baş verir?

15-05-2020
Osman Gündüz: Azercell nə üçün gəlirlərini açıqlamadı?

Osman Gündüz: Azercell nə üçün gəlirlərini açıqlamadı?

03-03-2020
İnnovasiyalar sahəsində kordinasiya səlahiyyəti kimdədir?

İnnovasiyalar sahəsində kordinasiya səlahiyyəti kimdədir?

31-05-2019
Osman Gündüz: İnnovasiyalar Agentliyinin gələcək taleyi necə olmalıdır ?

Osman Gündüz: İnnovasiyalar Agentliyinin gələcək taleyi necə olmalıdır ?

05-03-2021
Azercell-in idarə edilməsində hansı yeniliklər ola bilər? –Şərh

Azercell-in idarə edilməsində hansı yeniliklər ola bilər? –Şərh

12-03-2018
Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017
Azercell-dən sahibkar xanımlara dəstək

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019
Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018
Barama Regional Sahibkarlıq Konfransı baş tutub

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018
Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

23-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə