“Azercell” “Cloudera” Məlumat Platforması ilə biznes proseslərini - 5 DƏFƏ SÜRƏTLƏNDİRİB

31-10-2023 / 23:19

Lider mobil operator yüksək hədəflərə çatmaq üçün məlumat arxitekturasını yeniləyib

Azərbaycanın lider mobil operatoru olan “Azercell” ölkədə ilk dəfə olaraq məlumatların
emalı sahəsində dünyanın aparıcı şirkəti olan “Cloudera” şirkəti ilə əməkdaşlıq etməyə
başlayıb.
“Cloudera” şirkətinin təqdim etdiyi Məlumat Platformasında istifadə etməyi nəticəsində
“Azercell” öz müştəriləri üçün yeni məhsulları və xidmətləri əvvəlkindən 5 dəfə daha sürətlə
hazırlayır.
Son illər Azərbaycanda internet və mobil texnologiyaların inkişafı bu xidmətlərin
istifadəçilərini qat-qat çoxaldıb.
Hazırda ölkə əhalisinin əksəriyyəti mobil internet istifadəçisidir. Xüsusilə sosial şəbəkələrin
inkişafı ilə mobil internet həyatın ayrılmaz hissəsinə çevrilib və texnoloji şirkətlərin məlumat
emalına ehtiyaclarını kəskin artırıb.
5 milyondan çox müştərisi olan “Azercell” müştəri sayı, bazar payı və mobil şəbəkə
əhatəsinə görə ölkənin aparıcı mobil telekommunikasiya operatorudur.
Şirkət adi vətəndaşlardan tutmuş biznes və iri korporasiyalara qədər geniş müştəri
bazasına malikdir və hər bir müştəri kateqoriyasına fərqli xidmətlər təqdim edir.
Hazırda “Azercell” Azərbaycanda milli telekommunikasiya infrastrukturunun
genişləndirilməsi layihəsinə uyğun olaraq 4G LTE şəbəkəsinin sürətini, tutumunu və əhatə
dairəsini artırmaqdadır.
İstifadəçilərin 3G-dən 4G-yə keçməsi yüksəksürətli məlumatlara və sürətli genişzolaqlı
internetə tələbatı kəskin artırır.

Bu vəziyyət şirkətə daxil olan məlumat axınının daha səmərəli idarə olunmasını tələb edir,
məlumat axınının sürətli və düzgün emalı “Azercell”-ə öz müştərilərinə yeni xidmət və
məhsullar hazırlamaq üçün də tələb olunur.
Bu ehtiyacları qarşılamaq üçün “Azercell” dünyanın qabaqcıl məlumat emalı platformasını
təqdim edən “Cloudera” şirkəti ilə əməkdaşlığa başlayıb.
“Cloudera” məlumat platforması – hazırda dünyada ən geniş istifadə edilən böyük həcmli
məlumatların data mərkəzi (on-premis) və hibrit emalı platformasıdır.
Ümumiyyətlə, dünyada verilənlər bazasının – böyük həcimli məlumatları idarə olunması
üzrə bir neçə tanınmış sistem fəaliyyət göstərir. Əsas məqamlar olaraq – məlumatların
açıqlığı və miqyaslarını, eyni zamanda bulud və lokal imkanlardan (hibrid sistemdən)
istifadə olunmasını, məlumatların çevik analitika imkanlarını və təhlükəsizliyi nəzərə
aldıqda ən effektiv kimi “Cloudera” Məlumat Platforması sayılır.
“Azercell”-in “Cloudera” şirkəti ilə əməkdaşlıq prosesində ilk addım olaraq Məlumat
Platforması ətrafında özəl bulud xidmətinin yaradılması olmuşdur. Bu, “Azercell”-də
istifadəçi məlumatlarının çeşidlənməsinə və şirkətin kommersiya, biznes araşdırma və
analitika qrupları tərəfindən əlçatanlığına şərait yaradıb.
““Cloudera” tərəfindən dəstəklənən açıq “data lakehouse” arxitekturası o deməkdir ki, bizim
etibarlı məlumat təminatçısı, paylanmış məlumatların emalı və maşın öyrənmə modelləri
üçün platformamız var”, - “Azercell Telecom” MMC-nin Big Data və Analitika üzrə Direktoru
Azad Hüseynov deyir.
Süni intellekt (AI) və maşın öyrənməsi (ML) sistemlərinin də iştirak etdiyi platforma
sayəsində “Azercell”-də məlumatların emalı daha da sürətlənib. Nəticədə bu, şirkətə
müştəri itkisinin qarşısını almağa, satışları optimallaşdırmağa, müştəriləri daha yaxşı təhlil
etməyə və iki SİM-kart istifadəçilərini müəyyən etməyə kömək edib.
“Cloudera” platforması “Azercell”-ə məhsul və xidmətlərin inkişafı üçün modellər yaratmağa
və abunəçilərin ehtiyaclarını real vaxt rejimində müəyyən etməyə, onlara dərhal müvafiq
təkliflər göndərməyə imkan verir.
“Azercell” şirkəti “Cloudera”-nın xidmətlərindən istifadə etməklə məlumatların emalını 40%
sürətləndirib, nəticədə indiyədək 1 gün ərzində davam edən emal prosesi 15 dəqiqəyə
endirilib.
““Azercell Telecom” MMC-nin Big Data və Analitika/Məlumat Mühəndisliyi Bölməsinin
rəhbəri Rəhim Əhmədov bildirir ki, “Cloudera” Məlumat Platformasının tətbiqi “Azercell”-in
yeni məhsulları bazara çıxarma sürətini də artırıb.

Məlumat bazasının “Cloudera” platformasına köçürülməsi nəticəsində “Azercell” öz
müştəriləri üçün yeni xidmət və məhsulları 5 dəfə daha sürətlə hazırlayır. Qərar vermə və
müştəri təcrübəsini təkmilləşdirmək sayəsində “Azercell”-in müştəri itkisi nisbəti 25%
azalıb.
"Cloudera Data Platforması tərəfindən təqdim edilən təkmil hibrid imkanlar “Azercell”-ə
Azərbaycanın telekommunikasiya bazarında yeni nəsil texnologiyalar tətbiq etməyə və
gələcəkdə kommersiya xidmətləri üçün 5G-ni sınaqdan keçirməyə imkan verəcək", -
Əhmədov bildirib.
Məlumatların sürətli idarə edilməsi sistemi nə üçün lazımdır? İri həcmli məlumatlarla
işləyən şirkətlər üçün bu - müştəri məlumatlarını sürətli təhlil edib onlara uyğun, optimal
məhsullar təqdim etmək üçün lazımdır. Rəqabətin getdikcə artdığı dövrdə belə imkanlar
olmadan fəaliyyət göstərmək mümkün deyil. Bu müştəri məmnuniyyəti ilə yanaşı, bu da
investisiyann geri qayıtma müddətini azaldır.
“Cloudera” məlumatların emalı sahəsində ən qabaqcıl şirkətlərdən biri olaraq dünyanın
100-lərlə iri şirkətləri və brendlərinə xidmətlər göstərir və onun xidmətlərindən müxtəlif
sahələrdə çalışan şirkətlər faydalanır.
Məsələn, qlobal əczaçılıq şirkətinin məlumat emalı sisteminin “Cloudera” vasitəsilə
təkmilləşdirilməsi nəticəsində şirkətin yeni dərman preparatlarının hazırlanması prosesi
qat-qat sürətlənib və 3 il ərzində 22,8 milyon dollar gəlirə sahib olub.
Digər nəhəng şirkət, qlobal kredit təşkilatı isə məlumatların emalını sürətləndirmək üçün
“Cloudera”-nın xidmətlərindən istifadə etməklə milyonlarla fiziki və hüquqi şəxs
müştərilərinin analiz sürətini qat-qat artırıb, əməliyyat xərclərini isə kəskin azaldıb. Nəticədə
şirkətin əməliyyat xərcləri ayda 200 min dollar azalıb, yeni bazarlara çıxması sayəsində
gəlirləri isə 30% artıb.
“Azercell”-in belə şirkətlə əməkdaşlığı təkcə müştəri məmnuniyyətinin artırılmasına deyil,
həm də şirkət daxilində biznes proseslərinin sürətlənməsi və təkmilləşməsinə, eləcə də
şirkətin texnoloji cəhətdən inkişaf etdirilməsi ilə gələcəkdə yeni biznes sahəsinə - fintek
sektoruna keçidinə də imkan yaradır.
Layihə haqqında ətraflı məlumat əldə etmək üçün: “Azercell” (cloudera.com)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə