Previous Next
Bağla

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib

09-06-2026 15:55
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib

“Azercell Telekom” MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 10002:2018 “Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılması” beynəlxalq standartı üzrə növbəti uyğunluq auditini uğurla tamamlayaraq sertifikatını yeniləyib. Audit “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilib.

ISO 10002:2018 standartı müştəri şikayətlərinin operativ və effektiv idarə olunmasını, müraciətlərin şəffaf şəkildə araşdırılmasını və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsini nəzərdə tutur. Sertifikatın yenilənməsi Azercell-də müştəri müraciətlərinin qəbul edilməsi, araşdırılması və cavablandırılması proseslərinin beynəlxalq tələblərə uyğun şəkildə təşkil olunduğunu təsdiqləyir.

Qeyd edək ki, Azercell bu sertifikatı ilk dəfə 2011-ci ildə əldə edib və ötən dövr ərzində müştəri məmnuniyyətinin artırılması istiqamətində tətbiq etdiyi idarəetmə sistemlərini davamlı olaraq təkmilləşdirib.

Məlumat üçün bildirək ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) müxtəlif sahələr üzrə beynəlxalq standartların hazırlanmasını həyata keçirən qlobal təşkilatdır. Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, həmçinin (012) 490 49 49 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 490 52 52 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə günün 24 saatı müraciət etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib

15-12-2025

Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

28-06-2024

“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

02-06-2023

Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

29-07-2020

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü

16-01-2024

“Azercell” yeni mükafata layiq görülüb

02-03-2021

Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib

10-07-2024

3 ay ərzində 1 milyona yaxın sorğu!

22-04-2022

Azercell-in Əlaqə Mərkəzi ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

14-08-2025

Azercell-dən növbəti uğur

07-09-2017

Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95 faizə çatıb

04-04-2025

Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

23-01-2026

Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiq etdi

19-12-2022

"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22-01-2021

“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü

24-01-2024

Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94 faizi ötüb

25-01-2024

“Azərpoçt” “ISO 9001:2015” sertifikatı alıb

16-12-2025

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Müştəri məmnuniyyətinin idarəedilməsi üzrə yeni dövlət standartı qəbul edilib

06-07-2022

Azercell İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

29-12-2019

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022

Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikata layiq görülüb  

19-12-2023

Azercell abunəçiləri arasında sorğu keçirib

09-08-2018

Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib

11-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə