Previous Next
Bağla

Azercell 4G şəbəkəsini genişləndirir

14-04-2015 14:44
Azercell 4G şəbəkəsini genişləndirir

2015-2016-cı illər ərzində 4G şəbəkəsinin getdikcə genişləndirilməsi planlaşdırılır.

Xəbərlər Azercell Telekom MMC-nin təqdim etdiyi 3G və 4G texnologiyalarının inkişafı ilə ilə maraqlanıb.

Mobil operator istifadəçilərin və biznes sahəsində çalışanların bu xidmətlərə olan təlabatı və həmçinin  operatorun bu xidmətlərinin keyfiyyəti və rəqabəti  ilə bağlı suallarımızı cavablandırıb.

Azercell şirkəti  mobil İnternet ilə bağlı mövcud vəziyyət və tendensiya ilə bağlı ətraflı məlumat verib.

-Hazırda Azercell Telekom MMC-də 4G ilə bağlı vəziyyət necədir ? Bu texnologiya indi hansı əraziləri əhatə edir ? 

-Azercell-in təqdim etdiyi 4G xidməti  hazırda  Bakı və Abşeron yarımadasını əhatə edir.  Gələcəkdə biz bu xidməti ölkənin digər əraziləri boyu da genişləndirməyi düşünürük.  

-Ümumiyyətlə , 3G və 4G üzrə ölkənin neçə faizini əhatə edirsiniz ?

-Qeyd edək ki, Azercell-in 2G/3G/4G şəbəkəsi işğal olunmuş əraziləri çıxmaq şərti ilə ümumilikdə ölkənin 99 faizini əhatə edir. Təkcə 3G şəbəkəmiz ölkənin 60 faizə  qədər ərazisini, 4G isə Abşeron yarımadasını və Bakı şəhərini əhatə edir. 

-4G Baza  stansiyalarınızın sayı artıbmı ?  Yəni,  ötən illə müqayisədə 4G stansiyalar nə qədər artıb ? 4G şəbəkənizi genişləndirirsinizmi ?

-Bu gün Azercell-in Bakını və Abşeron yarımadasını 4G şəbəkəsi ilə təmin edən 257 stansiyası var. Azercell regionda ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir.  Qeyd edək ki, hazırda istifadəçilər arasında 4G ilə müqayisədə 3G xidmətlərinə tələbat daha yüksəkdir. Bunu nəzər alaraq, təkcə 2014-cü il ərzində 3G şəbəkəsinin tutumunu Bakıda 92 faiz,  ölkə üzrə isə 48 faiz gücləndirdik. 2015-2016-cı illər ərzində 4G şəbəkəsinin getdikcə genişləndirilməsi planlaşdırılır.

-Şəbəkəni necə genişləndirirsiniz ? Ümumiyyətlə, 4G-yə olan tələbatı necə müəyyən edirsiniz ?

-Azercell şirkətinin uyğun departamentləri tərəfindən bazarın tələbatına dair araşdırmalar aparılır və nəticələrə əsasən planlama baş verir. Müəyyən olunmuş tələbatın qarşılanması üçün nəzərdə tutulmuş ərazilərdə uyğun tədbirlər planı həyata keçiririk.

-4G fəaliyyətə başlayandan sonra trafik artımında fərq yaranıbmı ? Abonentlər daha çox trafik əldə etməyə meyllidirlərmi ? 4G bazarında rəqabət varmı və  daha gəlirli olan korporativ müştərilər uğrunda mübarizə gedirmi ?

-Hesablamalarımıza görə, abunəçi 4G şəbəkəsinə keçdikdən sonra ortalama 150-200 faiz  daha çox internet trafikdən istifadə edir. Bu da 4G bazarında rəqabətin artacağı ilə bağlı yaranan ehtimalları artırır.

-Hazırda Sizdə 3G və 4G  şəbəkənizdə mobil İnternetin  orta sürəti necədir?

-3G şəbəkəsində 2.2 Mbp/s,  4G şəbəkəsində isə 90-100 Mbp/s-dir.

-Bir müddət  öncə RYTN tərəfindən mobil İnternetin də keyfiyyətinin monitorinqinin aparıldığı bildirilirdi.  Bu monitorinqlərin nəticəsi olaraq sizə hər hansı tövsiyyələr və ya iradlar bildirilibmi?

-Rabitə və Yüksək Texnologiyalar nazirliyinin apardığı araşdırmaların nəticələrinə əsasən bildirildi ki, Azercell ölkədə ən yüksək sürətli mobil İnternet xidmətləri təqdim edir. Azercell bundan sonra da öz şəbəkəsi və xidmətlərin təkmilləşdirərərək, abunəçilərinə rahat və sərfəli mobil rabitə təqdim etməyi davam etdirəcək.

-Mobil internetin keyfiyyətinin  yüksəldilməsi üçün modernləşdrimə aparılırmı, baza stansiyalarının buraxılış gücü artırılırmı?

-Azercell şirkətinin təqdim etdiyi Mobil internetin keyfiyyətinin və sürətinin artırılması üzərində tərəfimizdən daim xüsusi tədbirlər həyata keçirilir. Yuxarıda qeyd etdiyiniz kimi, ötən il ərzində Azercell-in 3G şəbəkəsinin tutumu ölkədə 48 faiz,  Bakıda isə 92 faiz gücləndirildi. Buna həm yeni stansiyaların, həm də, əsasən mövcud  stansiyalarda  2-ci daşıyıcıların quraşdırılması sayəsində nail olduq. 2014-cü ildə şəbəkəmizdə məlumat ötürülməsi 60 faiz artdı. Ümumiyyətlə isə, son 2 il ərzində, Azercell-in şəbəkəsini ölkə üzrə 25 faiz gücləndirmişik. 

-Mobil İnternetin qiymətində endirim gözlənilirmi? 

- Ötən il ərzində müxtəlif yeni təkliflər və kampaniyalar istifadəyə verərək mobil İnternetin 1GB qiymətini 30 faiz endirdik. Abunəçilərimizə bazarda ən ucuz İnternet paketi təqdim etdik: 0,25AZN= günlük 50MB İnternet. Həmçinin, GəncOl, Hədsiz kimi tarif paketlərimizdə həcm, keyfiyyət və qiymət baxımından unikal Mobil internet təklifləri mövcuddur.

-4G üzərindən  hansısa yeni xidmətləri təqdim etməyi düşünürsünüzmü?

-4G texnologiyasının tətbiqi və genişləndirilməsi daha geniş çeşidli, daha böyük sürətlə keyfiyyətli xidmətlərin göstərilməsinə imkan yaradacaq. 4G-nin təmin etdiyi yüksəksürətli İnternet xüsusilə də cihazdan-cihaza, M2M xidmətlərinin inkişafına təkan verir. Məlumatların ölçülməsinə, toplanılmasına və ötürülməsinə imkan verən bu texnologiya bank, nəqliyyat, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər və s. sahələrdə istifadə olunur. Azercell-in simkartları bir çox yerdə istifadə olunur- Azərİşıq, AzərQaz, AzərSu sayğaclarında, Bakı metropoliteninin keçidlərində, Asan İmza xidmətlərində, tıxacların idarə edilməsi sistemlərində və s. Son Bakutel sərgisində Azercell ictimaiyyətə M2M əsasında çalışan mobil Sağlamlıq, valideyn nəzarəti kimi yeniliklər nümayiş etdirdi. Hazırda bu istiqamətdə adları qeyd olunan və digər layihələr üzərində işləyirik, növbəti aylarda bu barədə ictimaiyyətə ətraflı məlumat təqdim edəcəyik.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-dən bölgələrdə olan istifadəçilərə şad xəbər

18-11-2017

Azercell-in ölkədə neçə baza stansiyası var?

31-03-2017

“Azercell-in mobil bazarda payı 48 faizdir”

22-02-2017

Azercell-ə daşınan nömrələrin sayı artıb

27-10-2015

Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

30-10-2021

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020

Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

28-11-2019

Bölgələrdə 4G-yə qoşul, Azercell-dən hədiyyə qazan

24-11-2017

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

16-07-2018

Azercell yeni genişmiqyaslı layihəyə start verdi

02-08-2022

Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

10-08-2020

Azercell 4G şəbəkəsini genişləndirir

17-06-2016

Azercell şəbəkəsini sürətləndirib

19-08-2015

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023

Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

19-06-2019

"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85 faizi ötüb

25-01-2021

Azercell-in 4G şəbəkəsi Naxçıvan şəhərini əhatə etdi!

26-05-2023

Azercell bu il 72 baza stansiyası yaradıb

14-04-2015

Azercell şəbəkəsi güclənməkdə davam edir

10-06-2015

Azercell 4G Naxçıvanda

19-01-2023

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023

Azercell baza stansiyalarının sayını artırıb

08-07-2015

Cocuq Mərcanlıda Azercell hər evə gəldi

10-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə