Previous Next
Bağla

Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

11-08-2022 16:27
Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində gerçəkləşən Gənc alimlərin yay düşərgəsi başa çatıb.

Xeberler.az bildirir ki, düşərgədə 5 günlük proqrama əsasən AMEA-nın, həmçinin müxtəlif nazirliklərin elmi müəssisə və təşkilatlarında çalışan gənc alimlər üçün təlimlər, seminarlar, intellektual-əyləncəli oyunlar, idman yarışları və müsabiqələr təşkil edilib.

Tədbirin təşkilində əsas məqsəd dünyada və Azərbaycanda fundamental elmin, akademik tələblərin, milli ənənələrin inkişafını gücləndirmək, gənclərin multidisiplinar inteqrasiyasını təmin etmək, fərdi, institusional və intellektual inkişafına təkan vermək, elmin tədqiqat, innovasiya, müasir mühəndislik və təhsildə rolunu müəyyənləşdirməklə əylənərək öyrənmək olub.

Yay düşərgəsində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Demokratik Gənclər İctimai Birliyinin icraçı direktoru, Təhsil Nazirliyinin qrant layihələri üzrə təlimçisi Vəfa Vəliyeva, Təhsil Nazirliyi Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin baş mütəxəssisi Fərid Seyfullayev, Yüksək Texnologiyalar Parkının baş direktorunun müşaviri Müşviq Rəsulzadə, eləcə də AMEA-nın alim və mütəxəssislərinin praktik təlim və seminarları gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Proqrama uyğun olaraq Gənc alimlərin yay düşərgəsinin iştirakçıları AMEA Lənkəran Regional Elmi Mərkəzinə baş çəkərək, burada yetişdirilən müxtəlif çay növləri, sitrus bitkiləri, zəngin meşə genefondu ilə tanış olub, professor Fərman Quliyevin mühazirəsini dinləyiblər.

Düşərgənin sonuncu günü 44 günlük Vətən müharibəsi şəhidi Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olmuş Bağırzadə Mahsunun atası Zahir Bağırov gənclərlə görüşü təşkil edilib. Sonra gənclərin Şəhidlər Xiyabanına ziyarəti baş tutub.

Gənclər, həmçinin Lənkəran rayonunun əsrarəngiz gözəlliyindən zövq almaq məqsədilə Xanbulan kəndində olublar.

Günün sonunda bağlanış mərasimi baş tutub və düşərgə müddətində gənclər arasında təşkil olunmuş müxtəlif intellektual-əyləncəli oyunlar və idman yarışları üzrə qaliblərə sertifikat və müxtəlif hədiyələr təqdim edilib.

Sonda iştirakçılar çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışıb, düşərgəni yüksək səviyyədə təşkil etdikləri üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təşəkkürlərini bildiriblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gənclərin innovasiya yay düşərgəsi interaktiv təlimlərlə davam edir

10-08-2022

Gənclərin İnnovativ İdeya Qış Düşərgəsi keçiriləcək

19-01-2023

YTP mütəxəssisləri Gənclərin innovasiya düşərgəsi çərçivəsində təlimlər keçiblər

11-08-2022

Gənc mühəndislərin yay düşərgəsində PUA-ların üstünlükləri və tətbiqlərindən bəhs olunub

23-08-2022

Akif Əlizadə: “Gənc alimlərin informasiya texnologiyalarına dərindən yiyələnməsi vacibdir”

15-03-2013

İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

02-12-2016

AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

05-02-2021

Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

28-08-2018

“Bu gün hamımızın müəllimi internetdir”

04-06-2014

III Respublika İnnovasiya Müsabiqəsinin maarifləndirici tədbiri baş tutub

14-09-2019

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016

Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşəcək

01-06-2022

GTMŞ “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu açır

06-10-2009

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022

Azercell-in dəstəyi ilə "SOS Uşaq Kəndləri-Azərbaycan"-ın yetirmələri üçün yay düşərgəsi təşkil olunub

10-08-2023

Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətə başlayıb

03-02-2021

AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017

Kosmosla bağlı müsabiqənin nəticəsi açıqlanıb

16-04-2018

İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq

21-11-2013

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018

Elmi jurnalistikanın yaradılmasına başlanıb

04-06-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə