Previous Next
Bağla

Azercell İlin Telekommunikasiya Şirkəti seçilib

26-09-2019 14:08
Azercell İlin Telekommunikasiya Şirkəti seçilib

Xeberler.az bildirir ki, ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell Telekom biznes aləmində nüfuzlu sayılan Beynəlxalq “Stevie” mükafatına layiq görülüb. 2018-ci ilin nəticələri və nailiyyətləri üzrə münsiflər heyətinin apardığı dəyərləndirmə nəticəsində Azercell növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” nominasiyasında Bürünc “Stevie” mükafatı qazanıb. Şirkətin respublika boyu şəbəkənin gücləndirilməsi və genişləndirilməsi istiqamətində uğurla tamamladığı böyükmiqyaslı layihələri, ölkənin telekommunikasiya sahəsinin inkişafına verdiyi töhfəsi, sərgilədiyi nümunəvi müştəri xidmətləri, innovativ həllər və məhsullar bazası, eləcə də həyata keçirdiyi sosial təşəbbüsləri bu mükafatı qazanmasına vəsilə olub.

Xatırladaq ki, uğurlu fəaliyyətinin nəticəsi olaraq Azercell 2018-ci ili 49 % bazar payı ilə lider mövqedə başa vurub. Şirkət bu müddət ərzində daha 30 bölgədə 800-dən artıq 4G stansiyası qurub. Beləliklə də, Azercell-in 4G istifadəçilərinin sayı 1 milyonu keçib, internet istifadəsi isə 2017-ci il ilə müqayisədə 13 petabayta çatıb. Təkcə 2018-ci ildə Azercell-in ölkənin telekommunikasiya sahəsinin inkişafına yatırdığı sərmayənin dəyəri 59,5 milyon ABŞ dolları təşkil edib.

Məlumat üçün bildirək ki, 2002-ci ildə təsis olunmuş “Stevie” mükafatının dəyərləndirmə prosesinə iş adamlarının, biznes sahəsində aparıcı mövqedə çalışan şəxslərin və təlimçilərin də yer aldığı 1000-ə yaxın mütəxəssis cəlb olunur. “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell beynəlxalq mükafata layiq görülüb

27-08-2015

Azercell-in uğurlu fəaliyyəti diqqət mərkəzində

11-01-2019

Azercell növbəti beynəlxalq mükafatı qazandı

21-08-2018

Azercell daha bir uğura imza atdı

26-03-2019

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016

Startapımız beynəlxalq mükafata layiq görülüb

16-08-2016

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

Azercell “İlin Mobil Operatoru” seçildi

18-12-2015

Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

20-12-2021

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

25-08-2023

Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!

10-10-2024

“Azercell Telecom” STEVİE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı olub

19-08-2021

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025

Cocuq Mərcanlıda Azercell hər evə gəldi

10-01-2019

“Azercell” “İlin telekommunikasiya Şirkəti” oldu

21-12-2009

“Nar” nüfuzlu beynəlxalq mükafata layiq görüldü

17-08-2022

Azercell-in Rəqəmsal Dünyası Şimalda

07-08-2019

Azercell beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

15-09-2020

Azercell 2018-ci ilin nəticələrini açıqladı

27-02-2019

Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir

04-04-2024

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb

03-09-2024

Azercell və GSMA əməkdaşlığı gücləndirir

24-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə