Previous Next
Bağla

Startapımız beynəlxalq mükafata layiq görülüb

16-08-2016 10:17
Startapımız beynəlxalq mükafata layiq görülüb

Azercell beynəlxalq biznes aləmində uğurlarını artırmaqda davam edir.  

Şirkət Stevie Beynəlxalq Biznes Mükafatı üzrə 3 nominasiyanın qalibi olaraq münsiflər heyətinin böyük etimadını qazanıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, “İlin telekommunikasiya şirkəti” və “İlin Korporativ Ünsiyyət Departamenti” nominasiyası üzrə bürünc mükafatı qazanan Azercell Azərbaycanı beynəlxalq aləmə bir daha tanıtdırıb.

 Eyni zamanda, Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində yaranaraq fəaliyyət göstərən Sumaks şirkəti isə “İlin Startapı” nominasiyası üzrə gümüş mükafata layiq görülüb.

Şuranın rəylərinə əsasən: “Ölkənin qərb sərhədlərində hərbi vəziyyətlə əlaqədar Azercell-in öz abunəçilərini fasiləsiz əlaqə ilə təchiz etməsi və eyni zamanda, gərgin döyüşlərin getdiyi vaxtda bir həftə ərzində ön cəbhəyə yaxın ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsini 30% gücləndirməsi Azercell şirkətinin nümunəvi mobil operator olduğunu sübut edir. Bundan əlavə, ön cəbhə zonasındakı hərbi qulluqçular və vətəndaşlar üçün növbəti dəyərli dəstəyini göstərərək, Füzuli, Ağdam və Tərtər rayonlarındakı döyüş bölgələrində məskunlaşmış abunəçilərinə şəbəkədaxili 60 dəqiqə pulsuz danışıq hədiyyə edən şirkət bu nümunəvi işinə görə də İlin telekommunikasiya şirkəti adını almağa layiqdir”.

 Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən Sumaks startapı isə innovativ Avtomaks və məişət proseslərinin idarə edilməsi üzrə  layihələrə görə gümüş mükafatına layiq görülüb.

Qeyd edək ki, Azərbaycanda bir ilk olan Avtomaks qurğusunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona məsafədən nəzarəti həyata keçirmək, iş prosesini asanlaşdırmaqdan ibarətdir.

Xatirladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində baş tutan Stevie mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır.

Qeyd edək ki, Azercell Telekom 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə "İlin İctimaiyyətlə Əlaqələr Şirkəti", 2012-də  ətraf mühitin qorunmasına xidmət edən "Karbon Kalkulyator" layihəsinə görə "İlin Kreativ Komandası" nominasiyasında, 2014-cü və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu ("Bölgə" tarifinə görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə), İlin ən yaxşı Müştəri Xidməti (Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə) nominasiyalarında Stevie mükafatına layiq görülüb.

 

Xeberler.az 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016

Azercell beynəlxalq mükafata layiq görülüb

27-08-2015

Azercell növbəti beynəlxalq mükafatı qazandı

21-08-2018

Azercell-in uğurlu fəaliyyəti diqqət mərkəzində

11-01-2019

Azercell İlin Telekommunikasiya Şirkəti seçilib

26-09-2019

Azercell daha bir uğura imza atdı

26-03-2019

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

25-08-2023

“Azercell” “İlin telekommunikasiya Şirkəti” oldu

21-12-2009

Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

20-12-2021

“Azercell Telecom” STEVİE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı olub

19-08-2021

Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!

10-10-2024

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019

Azercell beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

15-09-2020

Azercell “İlin Mobil Operatoru” seçildi

18-12-2015

Azercell mükafata layiq görüldü

03-11-2015

“Nar” nüfuzlu beynəlxalq mükafata layiq görüldü

17-08-2022

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

Yerli startapımız öz laboratoriya mərkəzini açır

07-03-2017

“Azercell” telekom sahəsinin lideri seçilib

08-12-2010

Azercell-dən cəbhə xəttinə dəstək

04-04-2016

"Azerconnect" nüfuzlu "Stevie®" mükafatına layiq görülüb

19-10-2023

Azercell abunəçiləri arasında sorğu keçirib

09-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə