Previous Next
Bağla

Azercell-in layihəsi beynəlxalq sərgidə-Foto

29-09-2017 17:04
Azercell-in layihəsi beynəlxalq sərgidə-Foto

Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza atan Azercell Telekom MMC ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasından da kənarda qalmayıb.

Xeberler.az bildirir ki, şirkət sərgidə hər kəs tərəfindən maraqla qarşılanan,  ölkəmizdə alternativi olmayan unikal Bookmate layihəsi ilə iştirak edir. Stenddə Azercell şirkətinin təmsilçiləri mobil tətbiq və ona qoşulma qaydaları haqqında məlumat verir, proqramla xüsusi maraqlanan ziyarətçilərə bir aylıq ödənişsiz abunə kodu hədiyyə edirlər.

Qeyd edək ki, sərginin açılış günündə iştirak edən Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayev proqramla yaxından tanış olduqdan sonra şirkət əməkdaşlarının dəstəyi ilə tətbiqi mobil cihazına yükləyib və Azərbaycanda elektron kitaboxuma imkanının mövcudluğunu təqdirəlayiq hal kimi qiymətləndirib. Çoxsaylı mədəniyyət və incəsənət xadimləri də proqramla tanış olaraq onun ədəbiyyatın və elmin inkişafına verdiyi töhfəni xüsusi vurğulayıblar.

Xatırladaq ki, Azercell sərgidə iştirak edən yeganə mobil operatordur.

2015-ci ildə mütaliə sevərlərə təqdim edilən Bookmate - minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil proqramdır. Bookmate daxilində abunəçilərə Azərbaycan, eləcə də, Rus, İngilis və Türk dillərindəki kitablar təqdim edilir. Səkkiz yüz əlli minlik kitabxanada ən çox satılan, ən çox oxunan, ən yaxşı satılan, ən məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür.

Cəmi 3,5 AZN-lik aylıq abunə olmaqla  Bookmate istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazlarına yükləyə bilirlər.

Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər.  Xidmətin ən mühüm üstünlüklərindən biri - Bookmate kitabxanasında məşğul olmaq üçün daimi internetə ehtiyacın olmamasıdır.

Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında hansı cihazın– telefon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 30-dək davam edəcək. Azercell Telekom hər kəsi sərgidə fəal iştiraka çağırır, Bookmate layihəsi ilə yaxından tanış olmaq üçün sizi öz stendinə dəvət edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

500 min kitab cibinizdə

01-04-2016

Azercell-lə 500 min kitab indi cəmi 0,15 AZN

05-07-2016

Bookmate istifadəçilərinin sayı 11 mini keçdi

15-11-2016

Azercell yeni Audio Kitablar layihəsini təqdim etdi

27-11-2018

“Gənclər kitab oxuyur” layihəsinin bağlanışı keçirilib-Foto

01-07-2017

Azercell yeni müsabiqəyə başladı

19-04-2017

Azercell elektron və audio kitablarla IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxış edib

17-11-2023

Azercell-in Bookmate plus paketi ilə dünya ədəbiyyatı smartfonunuzda

03-10-2019

Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir

22-09-2022

Azercell yeni mobil servis təqdim edib

12-11-2015

Azercell yeni layihəyə başladı

11-04-2017

Azercell rəqəmsal Yeni İl kampaniyasını təqdim edir

11-12-2019

Azercell dahi Nizaminin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq

17-11-2021

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024

"Azercell"in rəqəmsal həlləri ilə yeni tədris ilinə hazırlıq daha rahat oldu

14-09-2021

Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” Azercell-in Audiokitab layihəsində

19-02-2021

Azercell daha bir festivala dəstək verir

09-04-2018

Azercell-in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib

03-05-2019

Azercell abunəçilərini yeni texnoloji həllərindən faydalanmağa dəvət edir

02-12-2015

Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı  

01-06-2024

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021

Azercell abunəçilərini rəqəmsal kampaniya ilə sevindirir!

30-12-2020

Azercell-in dəstəyi ilə keçirilən festivalın qalibləri

03-05-2018

«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

21-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə